Xəbərlər
Qax rayonunda Beynəlxalq Ailə Günü qeyd edilib
Qax rayonunda Beynəlxalq Ailə Günü qeyd edilib

Beynəlxalq Ailə Günü münasibəti ilə rayondakı “Yaşıl Park” Mədəniyyət və İstirahət parkında ənənəvi ailə bayramı tədbiri keçirilib. Tədbir, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Qax rayon icra hakimiyyəti başçısı Musa Şəkiliyev, rayonun icra strukturları, rayon ziyalıları, AQUPDK-nin sədri Hicran Hüseynova, respublikamızın bütün şəhər və rayonlarından müxtəlif nominasiyalar üzrə qalib gəlmiş nümunəvi ailələr iştirak edib. Tədbir iştirakçıları ilk öncə Heydər Əliyevin rayonun mərkəzində ucaldılan abidəsinin önünə gül-çiçək qoyub, xatirəsini ehtiramla yad ediblər. 
Tədbirdə çıxış edən Qax rayon icra hakimiyyətinin başçısı Musa
Şəkiliyev tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik etmiş, belə mötəbər bayramın Qaxda keçirilməsini təmin etdiyinə görə rayon əhalisi adından AQUPDK-nın rəhbərliyinə minnətdarlığını bildirib.
Daha sonra tədbirdə çıxış edən AQUPDK-nin sədri Hicran Hüseynova bildirmişdi ki, Beynəlxalq Ailə Günü artıq xalqımızın sevimli bayramları sırasına daxil olmuşdur. BMT Baş Məclisinin 1993-cü il 20
sentyabr tarixli qətnaməsinə uyğun olaraq hər il may ayının 15 qeyd
edilir.
Qax
rayon icra hakimiyyəti başçısı M. Şəkiliyev və AQUPDK-nin sədri H.
Hüseynova Qax rayonunun Ləkit kənd sakinləri, 60 il birgə ömür sürmüş
Məcid və Məryəmana Əzizovlar ailəsini, habelə yeni ailə quran Tural
Həsilov və Türanə Mənəfovanı təbrik edərək onlara xoş arzularını
bildirmişlər. Hər iki ailəyə AQUPDK-nın və rayon icra hakimiyyətinin
qiymətli hədiyyələri təqdim olunub.
Daha sonra qonaqlar, müxtəlif şəhər və rayonları təmsil edən ailələrin əl işlərindən ibarət sərgilərlə tanış olublar.








