Heydər Əliyev"Uşaqlar müstəqil Azərbaycan Respublikasının parlaq gələcəyidir";   "Qadın dünyadır, qadın həyatdır, insanlığı yaşadan müqəddəs varlıqdır…Qadın hərakatı böyük qüvvədir";   "Uşaqlara qayğı hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur!"

Xəbərlər

8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜ MÜNASİBƏTİLƏ BAYRAM TƏDBİRİ KEÇİRİLMİŞDİR

8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜ MÜNASİBƏTİLƏ BAYRAM TƏDBİRİ KEÇİRİLMİŞDİR “Avropa” mehmanxanasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirmişdir.

BMT-nin Əhali Fondunun və “Azercell Telekom” MMC-nin dəstəyi ilə təşkil olunmuş tədbirdə dövlət rəsmiləri, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər. Komitə sədri Hicran Hüseynova bayram ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif olunmuş qadınları təbrik etmişdir. Qeyd olunmuşdur ki, bu mükafatlar Azərbaycan qadınlarına göstərilmiş çox böyük etimaddır.

Tədbirdə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyeva komitənin xatirə hədiyyəsinə layiq görülmüşdür. Ötən il Azərbaycanın ictimai-siyasi həyatında fərqlənən bir sıra tanınmış qadınlara da mükafatlar verilmişdir. Mərasimdə çıxış edənlər qadınları yüksək bir varlıq kimi dəyərləndirmişlər. Bildirilmişdir ki, bu gün Azərbaycan qadınının səsi dünyanın ən yüksək tribunalarından eşidilir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfifri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının dünyadakı nüfuzu ölkədə gender siyasəti sahəsində aparılan məqsədyönlü fəaliyyətin nəticəsidir.

Bayram tədbiri konsert proqramı ilə davam etmişdir.

08.03.2010 | 




Baş xəbər 

Press-reliz 

Komitəmiz

Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə fəaliyyət göstərdiyi dövr ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir