Heydər Əliyev"Uşaqlar müstəqil Azərbaycan Respublikasının parlaq gələcəyidir";   "Qadın dünyadır, qadın həyatdır, insanlığı yaşadan müqəddəs varlıqdır…Qadın hərakatı böyük qüvvədir";   "Uşaqlara qayğı hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur!"

Xəbərlər

“ Erkən nikahlar-uşaq hüquqlarının qorunması” toplusunun təqdimat mərasimi keçirilmişdir

AZƏRBAYCANDA ERKƏN NİKAHLARA DAİR APARILAN ARAŞDIRMANIN NƏTİCƏLƏRİ AÇIQLANMIŞDIR

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Uşaq Fondunun ölkəmizdəki nümayəndəliyi Azərbaycanda erkən nikahlar və onların başvermə səbəblərinin öyrənilməsinə dair araşdırma aparmışlar. Fevralın 16-da araşdırmanın yekunları ilə bağlı “ Erkən nikahlar-uşaq hüquqlarının qorunması” toplusunun təqdimat mərasimi keçirilmişdir.

Komitənin sədri Hicran Hüseynova respublikanın müxtəlif regionlarında erkən nikahlar üzrə aparılan araşdırmanın nəticələri barədə məlumat vermişdir. Bildirmişdir ki, son illər ölkəmizdə diqqət tələb edən daha bir məsələ erkən nikah problemidir. Erkən nikahların bağlanması ilbəil azalsa da, bu sahədə problemlər qalmaqdadır. Ölkənin bəzi regionlarında isə erkən yaşlarında ərə gedən qızların sayı artmaqdadır. Artıq formalaşmış yanlış stereotiplər nəticəsində hələ də bəzi valideynlər düşünürlər ki, qız övladlarını tez ailə qurmağa məcbur etməklə onlar üçün daha yaxşı həyat səviyyəsi təmin etmiş olurlar.

H.Hüseynova demişdir ki, respublikada bu hallara qarşı mübarizə istiqamətində böyük maarifləndirmə işi aparılır. Bütün bunları nəzərə alaraq AQUPDK Ailə Məcəlləsində gənclərin nikah yaşı ilə bağlı dəyişiklik edilərək hər iki cins üçün onun aşağı həddinin 18 yaş olması təklifini irəli sürmüşdür. YUNİSEF-in Azərbaycandakı numayəndəliyinin rəhbəri Mark Hervord ölkədə uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işləri yüksək qiymətləndirmişdir.

Bu istiqamətdə aparılan islahatlardan danışan Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli demişdir ki, ötən il Azərbaycanda bağlanan 90 min nikahdan 5 mini erkən nikahların payına düşür. Mərasimdə dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən danışılmış, uşaqların hüquqlarının müdafiəsinə yönəlmiş bir sıra dövlət proqramlarının, tədbirlər planlarının qəbul edildiyi diqqətə çatdırılmışdır. Bu istiqamətdə ən önəmli proqramların həyata keçirilməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın məqsədyönlü fəaliyyəti xüsusi qeyd edilmişdir.

16.02.2010 | 




Baş xəbər 

Press-reliz 

Komitəmiz

Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə fəaliyyət göstərdiyi dövr ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir