Xəbərlər
16.01.2008 | "XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə" birgə layihəyə dair sənədlərin imzalanma mərasimi keçirilmişdir
2008-ci il yanvarın 16-da Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında «XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə» birgə layihəyə dair sənədlərin imzalanma mərasimi keçirilmişdir.![]()
30.12.2007 | AQUPDK-nın uşaqlara bayram töhfəsi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə əvvəl Suraxanı rayonu Yeni Günəşli qəsəbəsindəki 2 saylı uşaq evində bayram sovqatı ilə xüsusi qayğıya ehtiyyacı olan uşaqlarla bayram tədbiri keçirmişdir.![]()
11.12.2007 | Hicran Hüseynova BMT Baş Assambleyasının yüksək səviyyəli plenar iclasında iştirak etmişdir
BMT Baş Assambleyasının 2002-ci ildə keçirilmiş 27-ci xüsusi sessiyasının yekun sənədi olan “Uşaqlar üçün yararlı dünya” Bəyannaməsinin və Fəaliyyət Planının qəbul edilməsindən sonrakı beş il ərzində əldə olunmuş nailiyyətləri qiymətləndirmək məqsədilə bu il dekabrın 11-12-də Nyu-Yorkda BMT Baş Assambleyasının yüksək səviyyəli plenar iclası keçirilmişdir. BMT Baş Assambleyasının 2002-ci ildə keçirilmiş 27-ci xüsusi sessiyasının yekun sənədi olan “Uşaqlar üçün yararlı dünya” Bəyannaməsinin və Fəaliyyət Planının qəbul edilməsindən sonrakı beş il ərzində əldə olunmuş nailiyyətləri qiymətləndirmək məqsədilə bu il dekabrın 11-12-də Nyu-Yorkda BMT Baş Assambleyasının yüksək səviyyəli plenar iclası keçirilmişdir. ![]()
03.12.2007 | Beynəlxalq Əlillər Günü
3
dekabr 2007-ci il tarixdə Beynəlxalq Əlillər Günü ilə əlaqədar olaraq
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi «Biz hamı kimiyik»
şüarı altında dövlət müəssisələrində və ailələrdə yaşayan sağlamlıq
imkanları məhdud olan uşaqların gəzintisini keçirmişdir. Gəzinti
«Azərbaycan» kinoteatrının qarşısından başlayaraq Fəvvarələr meydanında
yerləşən Mc.Donalds restoranında nahar yeməyi ilə yekunlaşaşmışdır.![]()
01.12.2007 | QİÇS-ə qarşı mübarizə mövzusunda imla yazı layihəsi həyata keçirilmişdir
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 1 dekabr QİÇS-ə qarşı Beynəlxalq Mübarizə günü münasibətilə Təhsil Nazirliyi ilə birgə maarifləndirici tədbir təşkil etmişdir.
![]()
30.11.2007 | Beynəlxalq Əlillər Günü
30
noyabr 2007-ci il tarixdə saat 12:00-da Azərbaycan Respublikasının
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Səhiyyə Nazirliyi
və Bakı Baş Səhiyyə İdarəsi ilə birlikdə 3 dekabr Beynəlxalq Əlillər
Günü münasibəti ilə Ramanadakı Gənc Əlillərin Əmək və İstirahət evində
tibbi müayinə və görüş keçirmişdir. Tədbirdə Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva və Bakı
Baş Səhiyyə İdarəsi sədri Leyla Seyidbəyova iştirak etmişlər.![]()
12345678910111213141516171819202122232425








