Heydər Əliyev"Uşaqlar müstəqil Azərbaycan Respublikasının parlaq gələcəyidir";   "Qadın dünyadır, qadın həyatdır, insanlığı yaşadan müqəddəs varlıqdır…Qadın hərakatı böyük qüvvədir";   "Uşaqlara qayğı hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur!"

Xəbərlər

18.02.2008 |  «Hüquqşünas qadınlar:problemlər, perspektivlər» mövzusunda konıfrans keçirilmişdir
18 fevral 2008-ci il tarixdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ədliyyə Nazirliyi ilə birgə «Hüquqşünas qadınlar: problemlər, perspektivlər» mövzusunda konıfrans keçirilmişdir



13.02.2008 |  Bolqarıstanın Sofiya şəhərində “Məişət Zorakılığı Hüquqi İslahatlar” mövzusunda Regional Konfrans keçirilmişdir
2008-ci il 12-14 fevral tarixində Bolqarıstanın Sofiya şəhərində “Məişət Zorakılığı Hüquqi İslahatlar” mövzusunda Regional Konfrans keçirilmişdir. Konfransda Azərbaycan iki nümayəndə ilə təmsil olunmuşdur. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Gender məsələləri və qadın problemləri şöbəsinin böyük məsləhətçisi Kazımov Rza və Miqrasiya Resurs Mərkəzi QHT-nın sədri Azər Allahverənov.



13.02.2008 |  AQUPDK-nın sədri Hicran Hüseynova Vyana Qlobal Forumunda iştirak etmişdir.
Fevralın 13-15-də BMT Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsində (BMT NCİ) «İnsan alverinə qarşı Mübarizə üçün BMT-nin Qlobal Təşəbbüsü üzrə Vyana Qlobal Forumu keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tədbirdə iştirak etmişdir.Forumun keçirilməsində əsas məqsədlər insan alverinə qarşı mübarizənin aktuallığının beynəlxalq səviyyədə müzakirə edilməsi, bu cinayətlə mübarizə məqsədilə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və dövlətlərin təcrübələrinin Forum çərçivəsində müzakirə edilməsi olmuşdur.



06.02.2008 |  AQUPDK veb saytının təqdimat mərasimi keçirilmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu gün saat 10:30-da BMM-də Komitənin yaradılmasının iki illiyi münasibətilə hazırlanmış Veb-saytın təqdimat mərasimini keçirmişdir.Tədbirdə kütləvi informasiya vasitələrinin və qeyri hökümət təşkilatlarının nümayəndələri iştirak etmişlər.



20.01.2008 |  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində də 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir.
Ölkəmizin Hər yerində olduğu kimi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində də 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir.Komitənin əməkdaşları Şəhidlər xiyabanını ziyarət etmişlər.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivinin iştirakı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.



18.01.2008 |  «Zəhra Quliyeva - İnsanlara nur bəxş edən ömür» mövzusunda dəyirmi masa təşkil edilmişdir
2008-ci il yanvarın 18-də Azərbaycan qadın hərəkatının liderlərindən biri, nüfuzlu dövlət və ictimai xadim, görkəmli oftalmoloq alim, professor Zəhra xanım Quliyevanın anadan olmasının 85 ili tamam olur.



12345678910111213141516171819202122232425




Baş xəbər 

Press-reliz 

Komitəmiz

Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə fəaliyyət göstərdiyi dövr ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir