Xəbərlər
22.04.2008 | Goranboy rayonunda aprelin 22-də qadınların üçüncü qurultayına hazırlıq çərçivəsində konfrans keçirilmişdir.
Goranboy rayonunda aprelin 22-də qadınların üçüncü qurultayına hazırlıq
çərçivəsində konfrans keçirilmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova konfransın işində iştirak etmişdir.![]()
18.04.2008 | Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 85 illiyi münasibətilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,
04.04.2008 | Qeyri Hökumət Qadın Təşkilatları ilə birgə Azərbaycan Qadınlarının III Qurultayına hazırlıq mərhələsi” mövzusunda Dəyirmi Masa keçirmişdir.
4 aprel 2007-ci ildə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Qeyri Hökumət Qadın Təşkilatları iləbirgə Azərbaycan Qadınlarının III Qurultayına hazırlıq mərhələsi ”mövzusunda Dəyirmi Masa keçirmişdir. Tədbirdə qadın qeyri-hökumət təşktlatlarının nümayəndələri ilə ölkəmizin inkişafının müasir mərhələsində qarşıda duran vəzifələr və müstəqil Azərbaycan qadınlarının üçüncü qurultayına hazırlıqla bağlı məsələlər müzakirə olunmuşdur.![]()
18.03.2008 | Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Qobu qəsəbəsində xeyriyyə aksiyası keçirmişdir
18 mart 2008-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Abşeron Rayon İcra Hakimiyyəti ilə birlikdə Qobu qəsəbəsində məskunlaşan şəhid, qaçqın və məcburi köçkün ailələrinə Novruz bayramı münasibətilə sovqat təqdim etmişdir.Xeyriyyə aksiyası 500-dən artıq imkansız ailəni əhatə etmişdir. ![]()
13.03.2008 | Uşaq və Ailələrə DəstəkMərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlara müvafiq ləvazimatların təqdim edilməsi mərasimi keçirilmişdir
13 mart 2008-ci ildə Şüvəlan qəsəbəsində yerləşən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzində müvafiq ləvazitamatların təqdimat mərasimi keçirilmişdir. 2006-cı ildə BMT-nin Qadınlar Gildiyasının xeyriyyəçilik fəaliyyətinin həyata keçirilməsi məqsədilə bir sıra ölkələr öz layihələrini təqdim etmişdir. 2006–cı il ücün 145 ölkə layihə təqdim etmiş və bu ölkələr arasında Azərbaycan Respublikası da təmsil olunuraq secilən 45 ölkədən biri olmuşdur.![]()
07.03.2008 | Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində Ağbirçəklər Şurası yaradılmışdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində Ağbirçəklər Şurası yaradılmışdır. Bu barədə martın 7-də respublikanın ictimai-siyasi həyatında mühüm rol oynayan qadınlarla görüşdə məlumat verilmişdir. Ailə məsələlərindən danışan komitənin sədri Hicran Hüseynova bildirmişdir ki, bu gün regionlarda bir sıra ciddi problemlər qalmaqdadır. Erkən nikahlar, məişət zorakılığı kimi məsələlər hamımızı narahat edir.![]()
12345678910111213141516171819202122232425








