Xəbərlər
02.02.2009 | Böyüklər “Uşaq ili”nə hazırlaşır.
Prezident İlham Əliyevin dekabrın 22-də imzaladığı sərəncamı görə, Azərbaycanda 2009-cu il “Uşaq İli” elan olundu. Bu, Azərbaycan üçün yenilik olsa da dünya təcrübəsində belə faktlar çoxdur. MDB səviyyəsində Rusiya, Ukrayna və Belarusda dövlət səviyyəsində analoji addımlar atılıb. Hətta Rusiyada 2007-ci ildə üç il müddətinə “uşaq ili” elan edilib. Bəs bizdə “Uşaq ili” nə ilə əlamətdar olacaq, hansı işlər görülməlidir? ![]()
02.02.2009 | “Uşaq ili” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlanıb təsdiq edilməsi üçün Azərbaycan prezidentinə təqdim edilib.
Azərbaycan Respublikası Prezidentinin 2009-cu ilin “Uşaq ili” elan edilməsi Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil, Səhiyyə, Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Statistika Komitəsi və digər müvafiq qurumlarla birlikdə tədbirlər planını hazırlayıb Azərbaycan prezidentinə təqdim edilib.![]()
31.01.2009 | Qənirə Paşayeva erməni zorakılığına məruz qalan azərbaycanlı qadınlar haqqında məlumat verib
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qurumun plenar iclasında “feminisid” (qadınların məhz qadın olduqları üçün öldürülməsi) mövzusunda keçirilən müzakirələrdə çıxış edib. O, Azərbaycanda bu sahədə aparılan işlər haqqında danışaraq gender bərabərliyi, dövlətin və cəmiyyətin idarə olunmasında qadınların rolunun artırılması, qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı kəskin mübarizə aparılmasının dövlətin prioritetləri sırasına daxil olduğunu, bu məsələlərlə məşğul olan ayrıca qurum – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradıldığını deyib: “Bu yaxınlarda ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Azərbaycan qadınlarının qurultayı keçirildi və bu mövzular çox ciddi şəkildə müzakirə olundu”.
![]()
25.12.2008 | Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi veteranlar üçün bayram tədbiri keçirmişdir.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ənənəsinə uyğun olaraq Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində veteranlar üçün bayram tədbiri təşkil etmişdir. 2008-ci il dekabrın 26-da Azərbaycan Respublikası Veteranlar Təşkilatının Bakı Şəhər Şurasında keçirilən aksiyada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları və veteranların nümayəndələri iştirak etmişlər.![]()
23.12.2008 | 2009-cu il "Uşaq ili" elan edilmişdir
2009-CU İLİN “UŞAQ İLİ” ELAN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI![]()
11.12.2008 | Dekabrın 11-də Ümumilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Heydər Əliyev və dövlət qadın siyasəti” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri, ziyalılar, QHT nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Heydər Əliyev və dövlət qadın siyasəti” kitabının Ümumilli Liderin nəzəri irsinin tədqiqi baxımından böyük əhəmiyyətə malik olduğunu vurğuladı.![]()
12345678910111213141516171819202122232425








