Xəbərlər
MƏTBUAT ÜÇÜN
Dövlətin ailə siyasətini həyata keçirilməsi istiqamətində Komitə tərəfindən 2009-cu ilin birinci yarısında müxtəlif ixtisaslar üzrə yüksək səviyyəli ekspertlər cəlb olunmaqla
Milli-mənəvi dəyərlərin qorunub saxlanılması;
Qan qohumluğunun gələcək nəslin sağlamlığına mənfi təsiri;
Erkən nikah hallarının azaldılması;
Gündəlik həyatda zorakılıq halları;
Gənc ailələrin reproduktiv sağlamlığı;
Nikah müqaviləsinin əhəmiyyəti
kimi aktual mövzularla bağlı Bakı şəhərinin məktəblərinin yuxarı sinif şagirdləri üçün maarifləndirmə məqsədilə mühazirələr təşkil edilmişdir. Keçirilən tədbirlər şagird və valideynlər tərəfindən böyük maraqla qarşılanmış və bu çur tədbirlərin davamlı keçirilməsi ilə əlaqədar Komitəmizə müraciətlər daxil olmuşdur.
Həmin mövzularda mühazirələr fevralın 2-dən başlanıb və il ərzində Bakı şəhərinin bir çox məktəblərində keçirilməsi planlaşdırılır.








