Xəbərlər
AZƏRBAYCAN VƏ KÜVEYT ARASINDA QADIN, UŞAQ VƏ AİLƏ MƏSƏLƏLƏRİ SAHƏSİNDƏ SAZİŞ İMZALANMIŞDIR
Bu günlərdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova başda olmaqla nümayəndə heyəti Küveyt Dövlətində rəsmi səfərdə olmuşdur. Səfərdə məqsəd ailə, qadın və uşaq problemləri sahəsində ölkələr arasında iki ildən bəri davam edən əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsi istiqamətində yeni əməli addımların atılmasından ibarət olmuşdur.
Səfər proqramı çərçivəsində Azərbaycan nümayəndə heyəti Küveyt Dövlətinin Qadın Məsələləri Komitəsinin sədri Şeyxa Lətifə Fəhd Əl Salem Əl Sabahın iştirakı ilə Əl-Küveyt şəhərində qadın problemləri üzrə inzibati Mərkəzin rəsmi açılış mərasimində iştirak edərək onun fəailyyəti ilə yaxından tanış olmuşdur.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Küveyt Dövlətinin Qadın Məsələləri Komitəsinin sədri Şeyxa Lətifə Fəhd Əl Salem Əl Sabah Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında ailə, qadın və uşaq məsələləri sahəsində əməkdaşlıq haqqında Sazişi imzalamışlar. İmzalanan sənəd müvafiq istiqamətlər üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə xidmət edir. İmzalama mərasimində çıxış edən Hicran Hüseynova Azərbaycanda digər məsələlərlə yanaşı ailə, qadın və uşaq problemlərinin önəmli olduğunu vurğulayaraq Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin ölkədə bu istiqamətdə uğurla aparılan siyasəti barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, Azərbaycan Respublikası və Küveyt Dövləti arasında səmərəli əməkdaşlığın inkişafı məhz ölkə başçılarının şəxsi təşəbbüsləri nəticəsində əldə edilmişdir.
İmzalanan Sazişə əsasən hər iki ölkədə qadınların irəli çəkilməsi, qadın problemləri sahəsində mütəmadi informasiya mübadiləsinin aparılması, birgə nəşrlərin buraxılması, ailə, qadın və uşaq problemlərinin araşdırılmasına həsr olunmuş ikitərəfli fəaliyyətin, habelə birgə beynəlxalq tədbirlərin təşkili, tərəflərin nümayəndələri üçün qarşılıqlı əsaslarla təlim kurslarının və treninqlərin keçirilməsi və digər istiqamətlər üzrə ardıcıl tədbirlərin reallaşdırılması planlaşdırılır.
İmzalama mərasimindən sonra Hicran Huseynova Şeyxa Lətifə Fəhd Əl Salem Əl Sabaha Ailə, Qadın və Uşaq Problemleri üzrə Dövlət Komitəsinin fəxri medalını təqdim etmişdir.
Küveytdə siyasi, iqtisadi, mədəni və sosial həyatda təmsil olunan fəal qadınlarla geniş görüş keçirilmişdir. Àçÿðáàéúàí íümayəndə heyəti ùÿr iki ölkədə qadınların potensialının inkişaf etdirilməsi, onların həm ailədə, həm də ictimai həyatda bütün imkanlardan istifadə etməsində dövlət tərəfindən yaradılan şəraitin böyük rol oynadığıíû qeyd eòìèøäèð.Bu sahədəêè problemlərdən äÿ ñþç à÷ûëàðàã, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 ôàèçèíèí işğal olunmasıíûí, 1 milyondan artıq insanın qaçqın və məcburi köçkün şəraitinə düşməsiíèí ilk növbədə qadınlara və uşaqlara mənfi təsir etdiyi bildirèëmişdir. Àilə başçılarını itirmiş qadınların cəmiyyətə reinteqrasiya olunaraq müəyyən peşəyə sahib olmaları üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsiíèí digər maraqlı tərəflərlə birgə qaçqın və məcburi köçkün qızlar və qadınlar üçün peşə hazırlığı, dil və kompüter kursları təşkil etdiyi bildirilmişdið. Bu baxımdan ölkəmizin Birinci Xanımı, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti, xüsusilə səhiyyə, elm və təhsil, mədəniyyət, ekologiya kimi sahələrdə həyata keçirdiyi mühüm layihələr və onların müsbət nəticələri barədə məlumat verilìèøäèð. Qeyd olunmuşdur ki, ölkəmizin Birinci Xanımının təşəbbüsü ilə Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” adlı beynəlxalq forum keçirilmişdir. Bu forum qadınların dünya tarixinin hər bir dövründə sülhün, əmin-amanlığın ən böyük təminatçısı olduğunu bir daha təsdiq etmişdir.
Hər iki tərəf bu səfəri və imzalanan Sazişi ailə, qadın və uşaq problemlərinin həlli sahəsində Azərbaycan Respublikası və Küveyt Dövləti arasında qarşılıqlı əməkdaşlığın inkişafında yeni mərhələ kimi qiymətləndirmiş və gələcəkdə birgə fəaliyyətin daha da genişləndirilməsinin zəruriliyi ortaq mövqe kimi ifadə olunmuşdur.








