Xəbərlər
İL ƏRZİNDƏ FƏRQLƏNƏN İSTEDADLI UŞAQLAR MÜKAFATLANDIRILMIŞLAR
İL ƏRZİNDƏ FƏRQLƏNƏN İSTEDADLI UŞAQLAR MÜKAFATLANDIRILMIŞLAR
30-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə il ərzində fərqlənən istedadlı uşaqlar mükafatlandırılmışlar.
Müsabiqələrdə müxtəlif nominasiyalar üzrə 11 məktəbli qalib adını qazanmışdır.
Tədbirin əhəmiyyətindən danışan komitənin sədri Hicran Hüseynova bildirmişdir ki, müsabiqələrin keçirilməsi uşaqların istedadlarını üzə çıxarmaqla yanaşı, onların Avropa təhsilinə inteqrasiyasını da təmin edir. Hər il olduğu kimi, bu dəfə də müsabiqələrdə 11 məktəbli yüksək yerə layiq görülmüşdür. Onlar il ərzində müxtəlif sahələr üzrə, o cümlədən idman, elm olimpiadası, musiqi, rəsm və incəsənətin digər növləri üzrə fərqlənmişlər.
Qaliblər sırasında ilk dəfə olaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda keçirilmiş VI Beynəlxalq Elm Olimpiadasının, Rusiya Federasiyasında millətlərarası milli mədəniyyət festivalının, Türkiyənin Antalya şəhərində 10 yaşınadək qızlar arasında şahmat üzrə dünya çempionatının və digər müsabiqələrin mükafatçıları da olmuşlar.
Mərasimdə qaliblərə diplom və hədiyyələr verilmişdir








