Xəbərlər
UŞAQ HÜQUQLARININ TƏBLİĞİ VƏ MÜDAFİƏSİ SAHƏSİNDƏ QALİBLƏR MÜKAFATLANDIRILMIŞLAR
UŞAQ HÜQUQLARININ TƏBLİĞİ VƏ MÜDAFİƏSİ SAHƏSİNDƏ QALİBLƏR MÜKAFATLANDIRILMIŞLAR
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Heç bir uşağı nəzərdən qaçırmayaq” kampaniyası çərçivəsində uşaq hüquqlarının təbliği və müdafiəsi sahəsində fəaliyyəti ilə seçilmiş qurum və şəxslərin mükafatlandırılması mərasimi olmuşdur.
Kampaniya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının birgə layihəsi çərçivəsində həyata keçirilmişdir.
Mərasimdə Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının sədri Nabil Seyidov “Heç bir uşağı nəzərdən qaçırmayaq” kampaniyası çərçivəsində görülən işlər barədə məlumat vermişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda ”Uşaq ili” çərçivəsində nəzərdə tutulan tədbirlər proqramının uğurla icra olunduğunu bildirmişdir. H.Hüseynova demişdir ki, uşaq problemlərinin həlli yalnız “Uşaq ili”nin çərçivələri ilə məhdudlaşmır, bu, uzunmüddətli, gələcəyə yönəlmiş siyasətdir. Komitə sədri Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu sahədə fəaliyyətini yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə uşaqların hərtərəfli inkişafı istiqamətində görülən tədbirlər - məktəb binalarının yenidən qurulması və inşası, sağlamlıq və tərbiyə müəssisələrinin bərpası, əlil uşaqlara həssas münasibət bütün cəmiyyəti, hər bir dövlət qurumunu vahid ideya ətrafında məqsədyönlü fəaliyyətə səfərbər edir.
Qalib hesab olunmuş qurum və şəxslər uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində “İlin dövlət qurumu”, “İlin QHT-si”, “İlin xeyriyyəçi özəl şirkəti”, “İlin adamı”, “İlin beynəlxalq təşkilatı”, “İlin mətbu orqanı”, “İlin televiziya və radio kanalı” nominasiyaları üzrə mükafatlandırılmışlar.
Tədbir uşaqların iştirakı ilə konsert proqramı ilə davam etdirilmişdir








