Heydər Əliyev"Uşaqlar müstəqil Azərbaycan Respublikasının parlaq gələcəyidir";   "Qadın dünyadır, qadın həyatdır, insanlığı yaşadan müqəddəs varlıqdır…Qadın hərakatı böyük qüvvədir";   "Uşaqlara qayğı hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur!"

Xəbərlər

“Uşaqların şəxsiyyət kimi formalaşmasında mənəvi-estetik tərbiyənin rolu” mövzusunda konfrans keçirilmişdir

Uşaqların şəxsiyyət kimi formalaşması hər bir cəmiyyətin əsas vəzifəsidir. Dövlətin təməli olan ailə bəşəriyyətin varlığı üçün çox önəmli bir amildir. Bu fikir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının birgə keçirdikləri “Uşaqların şəxsiyyət kimi formalaşmasında mənəvi-estetik tərbiyənin rolu” mövzusunda konfransda səslənmişdir.

Konfransın açılış mərasimində komitənin sədri Hicran Hüseynova çıxış edərək ölkədə uşaq və gənclərə göstərilən diqqət və qayğıdan, bu istiqamətdə həyata keçirilən digər tədbirlərdən danışmışdır. Bildirmişdir ki, Prezident İlham Əliyev uşaqların sağlam və gümrah böyümələri üçün hər bir şərait yaratmışdır. Müstəqil respublikamızda cəmiyyətin böyük bir hissəsini təşkil edən uşaqların yaşamaq, təhsil, sağlamlıq və başqa hüquqlarının təmin edilməsi tamamilə yeni istiqamətdə həyata keçirilir. Uşaqların təlim-tərbiyəsi sahəsində dünya təcrübəsi öyrənilir və tətbiq olunur. H.Hüseynova bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmiş, Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyətini yüksək qiymətləndirmişdir. BMT-nin Uşaq Fondunun (YUNİSEF) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mark Hervord Azərbaycanda gənclərlə bağlı uğurlu siyasət aparıldığını, bu sahədə bir çox layihələr və proqramlar həyata keçirildiyini diqqətə çatdırmışdır. YUNİSEF-in Azərbaycan hökuməti ilə yanaşı, qeyri-hökumət təşkilatları ilə də sıx əməkdaşlıq etdiyini vurğulayan M.Hervord qeyd etmişdir ki, qurum səhiyyə, təhsil, uşaqların mühafizəsi və digər sahələrdə birgə layihələr həyata keçirir.

YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva uşaqların estetik tərbiyəsinin təşkili və idarə olunması məsələlərindən danışmışdır. Bildirmişdir ki, ölkəmizdə uşaq və yeniyetmələrə diqqət və qayğı, yetişməkdə olan nəslin yüksək mənəvi-etik dəyərlərə yiyələnmələri üçün görülən bütün tədbirlər təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin uğurlu davamının nəticəsidir. Milli Məclisin deputatları və digər qurumların nümayəndələrinin iştirak etdikləri tədbirdə “Uşaqların mənəvi və estetik tərbiyəsində ailə və cəmiyyətin rolu”, “Uşaqların ekoloji tərbiyəsi məsələləri”, “Ailədə uşaqların mənəvi tərbiyəsi və televiziya, internet vasitələrinin uşaqların tərbiyəsində rolu”, “Uşaqların estetik tərbiyəsində incəsənətin rolu” mövzularında çıxışlar dinlənilmişdir. Konfransda, həmçinin uşaqların müasir dövrdə qloballaşmanın gətirdiyi mənfi təsirlərdən qorunması, onların vətənpərvərlik və milli ruhda tərbiyə olunması, bu sahədə beynəlxalq təcrübənin Azərbaycan üçün perspektivləri müzakirə olunmuşdur.

22.12.2009 | 




Baş xəbər 

Press-reliz 

Komitəmiz

Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə fəaliyyət göstərdiyi dövr ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir