Heydər Əliyev"Uşaqlar müstəqil Azərbaycan Respublikasının parlaq gələcəyidir";   "Qadın dünyadır, qadın həyatdır, insanlığı yaşadan müqəddəs varlıqdır…Qadın hərakatı böyük qüvvədir";   "Uşaqlara qayğı hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur!"

Xəbərlər

“Ailə və iş” mövzusunda tədbir keçirilmişdir.

“Ailə və iş” mövzusunda tədbir keçirilmişdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlığı çərçivəsində “Ailə və iş” mövzusunda tədbir keçirmişdir.

Atədbirdə çıxış edən komitə sədri Hicran Hüseynova deyib ki, dəyirmi masa ailə öhdəlikləri olan işçilərin ailə və iş həyatının əlaqələndirilməsi, bu sahədə mövcud vəziyyətin müzakirəsi məqsədindən danışmış, ailənin sosial statusunun daha da yüksəldilməsi prosesinə təsir göstərən amillərdən ən əhəmiyyətlisi sayılan ailənin maddi əsasının təmin edilməsi hər zaman cəmiyyətin diqqət mərkəzində olub.

H. Hüseynova bildirib ki, ailənin sosial dayağını təşkil edən əmək münasibətlərinin humanizm prinsipləri əsasında qurulması, ailə və iş həyatının yüksək səviyyədə əlaqələndirilməsini təmin edir.

Tədbirdə çıxış edən Milli Məclisin Sosial siyasət məsələləri komitəsinin sədri Hadı Rəcəbli bu gün Azərbaycanda dövlət tərəfindən ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə mühüm tədbirlər görüldüyünü, ailələrə sosial müavinətlər verildiyini deyib.

Onun sözlərinə görə, hər il ailələrin sosial müdafiəsi məqsədi ilə verilən müavinətlərin məbləği artırılır.

24.06.2009 | 




Baş xəbər 

Press-reliz 

Komitəmiz

Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə fəaliyyət göstərdiyi dövr ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir