Xəbərlər
Xaçmaz şəhərində “İstedadlı uşaqlar” yaradıcılıq müsabiqəsini təşkil etmişdir.
Xaçmaz şəhərində “İstedadlı uşaqlar” yaradıcılıq müsabiqəsini təşkil etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2008-ci il tarixli Sərəncamı ilə 2009-cu ilin Azərbaycan Respublikasında “UŞAQ İLİ” elan edilməsi bu istiqamətdə fəaliyyətlərin daha geniş vüsət tapmasına, səmərəliliyinin artmasına və dövlət orqanlarının və vətəndaş cəmiyyətinin diqqətinin uşaqların problemlərinə cəlb edilməsi məqsədinə xidmət edir.
“Uşaq İli” çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Xaçmaz şəhər İcra Hakimiyyəti və “Qadın və Tərəqqi” İctimai Birliyi ilə birgə Xaçmaz şəhərində “İstedadlı uşaqlar” yaradıcılıq müsabiqəsini təşkil etmişdir.
Tədbirdə AQUPDK və “Qadın və Tərəqqi” İctimai Birliyi tərəfindən müsabiqədə xüsusi yeri tutan uşaqlara 9 ədəd diplom və tədbir iştirakçılarına hədiyyələr təqdim olunmuşdur. Eyni zamanda bayram tədbirində Xaçmaz şəhər Uşaq İncəsənət Məktəbi, Uşaq Musiqi Məktəbi və Bakı şəhər Nizami rayon Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin uşaqlarının kitab və rəsm sərgisi təşkil olunacaq və bədii - əyləncəli proqram keçirilmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bütün mətbuat nümayəndələrini “2009-cu İL – UŞAQ İLİ” nə həsr olunmuş tədbirləri geniş işıqlandırmağa və uşaqlara daim diqqətlə yanaşmağa çağırır.








