Xəbərlər
AQUPDK Sədri H. Hüseynova Vyanada Avropa Şurası ölkələrinin ailə məsələlərinə məsul nazirlərinin 29-cu Konfransında iştirak etmişdir
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Vyanada Avropa Şurası ölkələrinin ailə məsələlərinə məsul nazirlərinin 29-cu Konfransında iştirak etmişdir.
16-17 iyun 2009-cu ildə Vyanada Avropa Şurası ölkələrinin ailə məsələlərinə məsul nazirlərinin 29-cu konfransı keçirilmişdir. «Övlada sahib olmaq arzusunu dəstəkləyən ictimai siyasət: ictimai, iqtisadi və insani faktorlar» mövzusuna həsr olunmuş tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova təmsil etmişdir.
H.Hüseynova səfər proqramı çərçivəsində həmçinin bir sıra ikitərəfli görüşlər keçirmişdir. Belə ki, iyunun 15-də keçirilmiş BMT-nin Qadınlar Gildiyasının prezidenti Ann Herd ilə görüş zamanı son 3 il ərzində birgə əməkdaslıq çərçivəsində gerçəkləşdirilən layihələrin səmərəliliyindən söz açılmış, habelə bu il Gildiyaya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilən Autist və əqli cəhətdən qüsurlu usaqlar ucun sensor otagın yaradılmasi layihəsi müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, iki il ərzində Komitə tərəfindən təqdim olunan Əlilliyi olan usaqlar ucun avadanlıqların alınması və Hemofiliyalı usaqlar ücün stomatoloji kabinetin acılmasi layihələri 250 layihə icindən secilmiş 45 layihə sırasında yer almışdır. Hicran Huseynova Gildiyanın prezidentini Bakıda kecirilməsi planlasdırılan Avropa Surası ölkələrinin qadın nazirlərinin konfransına dəvət etmişdir.
İyunun 15-də H.Hüseynova həmçinin Avropa Surası ölkələrinin ailə məsələlərinə məsul nazirlərinin 29-cu Konfransında istirak edən Avropa Surasi bas katibinin müavini xanım Maud de Bukikiyo və Türkiyənin Qadın və Ailə Məsələləri üzrə yeni təyin olunmus dövlət naziri Selma Aliye Kavaf ilə görüsmüşdür.
İyunun 16-da işə başlayan Konfransın acılıs mərasimində Avstriyanın Federal Prezidenti Haynz Fişer də istirak edirdi. Rəsmi acılıs mərasimi ve giris sozlərindən sonra istirakçı olkələrin nazirlərinin 1-ci sessiyada cıxısları baslanmışdır.
Müzakirələrdə ilk olaraq Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış etmişdir. Daha sonra 5 nazir cıxıs etmiş və 1-ci sessiya mətbuat konfransı ilə yekunlasmışdır.
Fasilə zamanı H.Hüseynova Sloveniyanin Ailə, Əmək və Sosial Məsələlər üzrə Naziri Ivan Svetlik ilə görüsmüşdür. Görüşdə ikitərəfli əməkdaslıq məsələləri müzakirə edilmişdir.Cənab İ.Svetlikə Komitə tərəfindən hazırlanmıs təkliflər və əməkdaslıq haqqında memorandum layihəsi təqdim olunmuşdur.
2-ci sessiya çərçivəsində keçirilən nazirlərin debatlarında da Azərbaycan nümayəndə heyətinin rəhbəri Hicran Huseynova fəal iştirak etmişdir.
Fasilədə H.Hüseynova Avstriyanin Federal İqtisadiyyat, Ailə və Gənclər üzrə dövlət katibi, eyni zamanda həmin nazirliyin nazir muavini Kristina Marek ile görüşmüşdür. H.Hüseynova avstriyalı həmkarına Azərbaycanda ailə, qadın və usaq problemləri sahəsində görülən islər barədə məlumat verərək, ikitərəfli əməkdaslıq haqqında müzakirələr aparmışdır. K.Marek bu əməkdaslıga hazır olduqlarını bildirmiş, öz növbəsində H.Hüseynova Komitə tərəfindən hazırlanmıs əməkdaslığa dair təklifləri təqdim etmişdir.
İyunun 17-də Konfransın ikinci iş günü 2-ci sessiya davam etdirilmişdir. Müzakirələrin yekununda Avropa Şurasının üzvü olan və konfransda istirak edən olkələrin ailə və usaq məsələləri ilə baglı yekun sənədi və tövsiyyələri qəbul olunmuşdur. Qeyd edək ki, konfrans ərəfəsində aprel ayında Strasburqda Avropa Surasında kecirilən hazırlıq iclasında Vyana konfransında usaq ve ailələrlə baglı qəbul ediləcək yekun sənəd və tövsiyyələr müzakirə olunarkən Azərbaycanı təmsil edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı məsələ qaldıraraq ailə standartları ilə baglı hər bir dövlətin yerli qanunvericilik və psixologiyasının nəzərə alınmasının sənəddə əks olunmasını təklif etmişdi. Vyanada qəbul olunmus yekun sənəddə bu təkliflər oz əksini tapmısdır.
Bununla yanaşı, qısa bir müddətdə Avropa Surası olkələrinin ailə və sosial məsələlərlə baglı kecirdiyi sorgulara əsasən hazırladığı yekun hesabatda Azərbaycan barədə məlumatlar dərc olunmuşdur.
Hazırlanmıs hesabatda Azərbaycanda Avropa Şurasının inkisaf etmis 8 olkəsindən biri kimi usaq və ailələrə dəstək mərkəzlərinin yaradılması və dövlət tərəfindən idarə edilməsi təcrübəsi müsbət hal kimi qeyd edilmisdir. Eyni zamanda, hesabatda Azərbaycanın reproduktiv saglamliq və ailə planlasdırması sahəsində gördüyü islər ugurlu hesab edilmisdir.
İyunun 18-də Hicran Huseynova Avropa Şurasının Sosial məsələlər komissiyasının bas direktoru cənab Aleksandr Vladicenko ilə görüsmüşdür. Bu görüsdə payız aylarında Bakıda Usaq ili cərcivəsində Avropa Şurası ekspertlərinin istirakı ilə keciriləcək ailə və usaq məsələləri ilə baglı dəyirmi masanın mövzuları və bu görusə hazırlıq məsələləri müzakirə edilmişdir.








