Heydər Əliyev"Uşaqlar müstəqil Azərbaycan Respublikasının parlaq gələcəyidir";   "Qadın dünyadır, qadın həyatdır, insanlığı yaşadan müqəddəs varlıqdır…Qadın hərakatı böyük qüvvədir";   "Uşaqlara qayğı hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur!"

Xəbərlər

1iyun - Uşaqları Beynəlxalq Müdafiə günü münasibətilə musiqili-əyləncəli tədbir keçirilmişdir

XÜSUSİ QAYĞIYA EHTİYACI OLAN UŞAQLAR BAYRAMLARINI QEYD ETMİŞLƏR

İyunun 2-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Novxanı qəsəbəsindəki “Aquapark” əyləncə istirahət mərkəzində 1iyun - Uşaqları Beynəlxalq Müdafiə günü münasibətilə musiqili-əyləncəli tədbir keçirilmişdir.

AQUPDK sədrinin müavini Sədaqət Qəhrəmanova əlamətdar günlə əlaqədar ölkəmizdə silsilə tədbirlər keçirildiyini deyərək bildirmişdir ki, məqsəd vətəndaş cəmiyyətinin və dövlət orqanlarının diqqətinin uşaqlara cəlb etməkdir. Ölkəmizdə uşaqlara, gənclərə dövlət tərəfindən daim diqqət və qayğı göstərilir. Ölkə başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə 2009-cu il Azərbaycanda “Uşaq İli” elan edilmişdir. Məlumat verilmişdir ki, tədbirdə orta məktəblərdən, qaçqın və məcburi köçkün, xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrdən, dövlət uşaq müəssisələrindən 200-ə yaxın uşaq iştirak edir. Biz istəyirik ki, ölkəmizdə heç bir uşaq diqqətdən kənarda qalmasın, - deyə S.Qəhrəmanova vurğulamışdır.

Abşeron rayon İcra hakimiyyəti başçısının müavini İradə Gülməmmədova, Milli Məclisin deputatı Lalə Abbasova, Bakı şəhəri üzrə Təhsil İdarəsi rəisinin müavini Məhəbbət Qarabağlı və digərləri çıxış edərək uşaqları təbrik etmiş, ölkəmizdə onların problemlərinin həlli istiqamətində görülən işlərdən söz açmışlar. Tədbir maraqlı konsert proqramı, teatr səhnəcikləri ilə davam etdirilmişdir.

02.06.2009 | 




Baş xəbər 

Press-reliz 

Komitəmiz

Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə fəaliyyət göstərdiyi dövr ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir