Heydər Əliyev"Uşaqlar müstəqil Azərbaycan Respublikasının parlaq gələcəyidir";   "Qadın dünyadır, qadın həyatdır, insanlığı yaşadan müqəddəs varlıqdır…Qadın hərakatı böyük qüvvədir";   "Uşaqlara qayğı hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur!"

Xəbərlər

AQUPDK sədri Hicran Hüseynova İordaniya Haşimilər Krallığında rəsmi səfərdə olmuşdur

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova İordaniya Haşimilər Krallığında rəsmi səfərdə olmuşdur

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova mayın 19-dan 21-dək İordaniyada rəsmi səfərdə olmuşdur.

Səfər proqramı çərçivəsində Hicran Hüseynova İordaniya kral ailəsinin üzvü, ailə və uşaq problemləri ilə məşğul olan şahzadə Bəsma Bint Təlal ilə görüşmüşdür.

H.Hüseynova həmçinin İnsan İnkişafı üzrə İordaniya Haşimilər Fondunun İcraçı Direktoru xanım İman əl-Nimri, İordaniya Qadınlarının Milli Komissiyasının Baş Katibi Əsma Xader və İordaniya Qadınlarının Milli Forumunun Baş Katibi Mei Abu Samen, Ailə məsələləri üzrə Milli Şuranın Baş Katibi senator Heifa Abu Ğazaleh və qadın təşkilatlarının rəhbərləri ilə bir araya gəlmişdir.

Səfər çərçivəsində Beyt əl Bəvvadi sərgi salonunda qadınların əl işləri ilə tanışlıq və İordaniya-Azərbaycan Dostluq Cəmiyyətində görüş keçirilmişdir.

Keçirilən görüşlər zamanı ailə, qadın və uşaq problemlərinin həlli istiqamətində ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanmışdır.

22.05.2009 | 




Baş xəbər 

Press-reliz 

Komitəmiz

Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə fəaliyyət göstərdiyi dövr ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir