Məlumat
Azərbaycan Respublikasilə Prezidentinin 2008-ci il 15 sentiyabr tarixli, 3043 nömrəli Sərəncamı ilətəsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluqun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı Azərbaycan Respublikasının Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən görülən işlər barədə məlumat
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın icrası ilə əlaqədar Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə aid edilmiş tədbirlərlə bağlı 2009-cu il ərzində müvafiq bəndlərə uyğun olaraq görülmüş işlər barədə ətraflı məlumatı diqqətinizə təqdim edirik:
2.1.5 Həssas qrupların məşğulluq imkanlarının genişləndirilməsi.
2.1.5.1 Qadınların əmək bazarında rəqabət qabiliyyətlərinin artırılması,qadınlar arasında sahibkarlığın və özünüməşğulluğun inkişaf etdirilməsi,qadınların yenidən ixtisaslaşdırılmasına yönəldilmiş tədbirlər planının hazırlanması vəhəyata keçirilməsi.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı,Avropa Komissiyası və Rasional İnkişaf uğurunda Qadınlar Cəmiyyəti tərəfindən birgə həyata keçirilən “Azərbaycan Məcburi Köçkünlər və Qaçqınlar üçün Gender ilə bağlı zorakılığın aradan qaldırılması” adlı layihə çərçivəsində Ağdam,Füzuli və Biləsuvar rayonlarında qaçqın və məcburi ailələrdən olan qızlar üçün kompüter kursları təşkil edilmişdir.
2.1.5.2 Sahibkarlıqda qadınların iştirakının stimullaşdırılması üçün biznes təlim proqramlarının təşkil edilməsi.
Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri üçün Beynəlxalq Əmək Təşkilatının “Şəxsi biznesinə başla və təkminləşdir”Layihəsi üzrə “Şəxsi biznesinə başla”(ŞBB)təlim-seminarları keçirilmişdir. ŞBB layihəsinin əsas məqsədi şəxsi biznesinə başlamaq istəyən potensial sahibkarların ilkin biliklərə yiyələnməsini təmin etməkdir.
2.1.5.3 Özələ sektorda işləyən,xüsusilə də qadınlar əmək şəraitinin və sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə dövlət və itimai nəzarətin gücləndirilməsi.
İcrası 2010-ci ildə nəzərdə tutulub.
2.1.5.4 Beynəlxalq Əmək Təşkiltının 156 nömrəli Konversiyasının(Ailə öhdəlikləri olan işçilər haqqında) ratifkasiya edilməsi və milli qanunvericiliyin bu Konvensiyaya uyğunlaşdırılması.
AQUPDK-nın Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlığı çərçivəsində 25 iyun 2009-cu il tarixdə keçirlən “Ailə vəİş”mövzusunda dəyirmi masa ailə öhdəlikləri olan işçilərin ailə və iş həyatının əlaqələndirilməsi və bu sahədə mövcud vəziyyətin müzakirə məqsədini daşıyır.Tədbirdə BMT-in eksperti ilə yanaşı, müxtəlif dövlət qurumlarının əməkdaşlarının çıxışları və mövzu müzakirələri nəzərdə tutulmuşdur.
2.1.5.5 Hər hansı cinsin üstünlük təşkil etdiyi sahədə gender bərabərliyinin yaxşılaşdırılması məqsədilə müvafiqtədbirlər planının hazırlanması və həyata küçirilməsi.
Aktual gender problemləri və onların həlli istiqamətində mövcud olan müsbət təcrübənin kütləvi informasiya vasitələrində işıqlandırılması məqsədilə 2009-cu ilin fevral –mart ayları ərzində Respublikada fəaliyyət göstərən bir sıra regional televiziyalarda verlişlər hazırlanmışdır.Verlişlərdə o cümlədən qərarqəbuletmə səviyyəsində qadın təmsilçiliyinin rolunun artılması,qadınlar orta sahibkarlığın inkişafında rolu məsələlərinə dair müzakirələr aparılmışdır.
2.2.3 Əhalinin ən həssas qurupların sosial müdafiəsinin və cəmiyyətə inteqrasiyasının gücləndirilməsi.
2.2.3.6 Uşaq əməyinin vəziyyəti ilə bağlı tədqiqatın aparılması,tədbirlər planının hazırlanması və həyata keçirilməsi
AQUPDK tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideyinləri, qaçqın və məcburi köçkün,aztəminatlı ailələrdən,sağlamlıq imkanları məhdud uşaqların məşğulluğunun təmin olunması məqsədilə Bakı Baş Məşğulluq İdarəsi ilə əməkdaşlıq çərçivəsində kurslar təşkil olunmuş,onlar peşə təhsili,peşə hazırlığına yiyələnmiş və işlə təmin olunmuşlar.Hal-hazırda bu iş regionları da əhatə etməklə davam etdirilir.
2.2.3.7 Yetkinlik yaşına çatmayan baxımsız uşaqların cəmiyyətə inteqrasiyasının yaxşılaşdırılması məqsədilə tədbirlər planının hazırlanması və həyata keçirilməsi.
AQUPDK tərəfindən Penetensiar Xidmətin Yetkinlik Yaşına Çatmayanlarala Tərbiyə Müəssəsində mütamədi olaraq isahat olunan uşaqlarəın reabitasiyası,cəmiyyətə inteqrasiyası,müəssədəonlar üçün kitabxanan zənginləşdirilməsi,tədrisin səviyyəsini yüksəldilməsi,peşə kurslarına cəlb olunması istiqamətində tədbirlərin həyata keçirilir.Müəssədə yetkinlik yaşına çatmayan məhkumlar üçün bir sıra peşə kursları təşkil olunmuşdur.
2.2.3.8 Uşaq müəssələrində uşaqların vəziyyətinin monitorinqinin gücləndirilməsi.
AQUPDK tərəfindən mütəmadi olaraq uşaq müəssisələrində müxtəlif tədbirlər keçirilir,uşaqlar peşə hazırlığı kurslarına cəlb edilir,uşaq hüquqlarına dair məlumatlandırılr.
2.2.3.11 Dövlət himayəsində olan uşaqların yetinlik yaşına çatdıqdan sonra sosial müdafiəsinin gücləndirilməsi bağlı tədbirlər planının hazırlanması və həyata keçirilməsi.
İcrası 2010-cu ildə nəzərdə tutulur.
3.1.1 Təhsil əldə etmək üçün bərabər imkanlarin təmin edilməsi.
3.1.1.2.6 Dövlət uşaq müəssislarindən uşaqların ailələrə verilməsi (De-insitusionalizasiya) ilə bağlı tədbirlərin həyata keçirilməsi.
AQUPDK tərəfindən uşaqların müəssisələrə düşmə səbəbləri araşdırılmış,bunların qarşısının alınması və valideyin məsuliyyətinin artırılması məqsədilə müvafiq qanunlara əlavə və dəyişikliklər üçün təkliflər hazırlanmışdır.Proqramın əhali arasında təblixin həyata keçirilməsi məqsədilə dövlət qurumlarının,QHT-lərin və geniş ictimaiyyətin iştirakı ilə respublikada seminarlar keçirilmiş,maarifləndirmə işləri aparılmış,çap materiyalları hazırlanmışdır.
3.2.1.4.7 Qanın,qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair tədbirlərin həyata keçirilməsi.
İcrası2010-cu ildə nəzərdə tutulub.
3.5.1 Genger bərabərliyi mexanizminin inkişafı
3.5.1.1 Qanunvericiliyin gender baxımından təkminləşdirilməsi.
3.5.1.1.1 Mövcud qanuvericiliyin,yeni qəbul olunacaq qanun layihələrinin gender ekspertizasının aparılması.
AQUPDK tərəfindən “Bədən tərbiyəsi və idman haqqında”qanun layihəsinin və Azərbaycan Respublıkası Əmək Məcəlləsinin gender ekspertizası aparılmış,rəy və təkliflər hazırlanaraq Milli Məclisin müvafiq komissiyasına təqdim edilmişdir.
3.5.1.1.2 Ailə məsələləri üzrə mövcud qanunvericiliyin təkminləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin ekspertizasının aparılması.
AQUPDK tərəfindən Ailə Məcəlləsinin ekspertizası aparılıb,Milli Məclisə təkliflər təqdim edilib.
3.5.1.2 Gender bərabərliyi və ailə məsələləri üzrə Milli Fəaliyyət Planının hazırlanması.
Milli Fəaliyyət Planının layihəsi hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib.
3.5.1.3 Mərkəzi və yerli icra hakimiyyəti orqanları və bələdiyyələrdə gender siyasətinin həyata keçirilməsi prosesinin təkminləşdirilməsi.
3.5.1.3.1 Müvafiq sturkturlarda gender sitasəti üzrə məsul şəxslər üçün texniki vəzifələrin hazırlanması.
Məsələ ilə bağlı hazırlıq işlərinə başlanmışdır.
3.5.1.3.2 Müvafiq təşkilatlada gender siyasəti üzrə məsul şəxslərdən ibarət Əlaqələndirmə Şurasının yaradılması və fəaliyyətinin təşkili.
Əlaqələndirmə Şurasının yaradılmasına hazırlıq işləri başlamışdır.Məsələ ilə bağlı müvafiq təşkilatlara müraciətlər edilmişdir.
3.5.1.4 Gender bərabərliyi və uşaqlarla bağlı mövcud siyasətlərin monitorinqi və qiymətləndirilməsi prosesinin təkminləşdirilməsi üçün müvafiq məlumat bazasının yaradılması.
İcrası 2010-cu ildə nəzərdə tutulub.
3.5.1.5 Cinslər üzrə dezaqreqasiya edilmiş məlumatların toplanması,təhlili və təqdimatı üzrə müvafiq struktularının potensialının inkişaf etdirilməsi.
İcrası 2010-cu ildənəzərdə tutulub.
3.5.1.6 Qərarların qəbul edilməsi prosesində qadınların iştirakının artırılmasına mane olan səbəblərin araşdırılması və qiymətləndirilməsi.
İcrası 2010-cu ildə nəzərdə tutulub.
3.5.1.7 Ölkədə gender bərabərliyi üzrə vəziyyət barədə illik hesabatların hazırlanması.
Ölkədə gender bərabərliyi üzrə vəziyyət barədə hər il illik hesabatlar hazırlanır.Hazırda müvafiq olaraq 2009-ci il üzrə hesabat hazırlanır.
3.5.1.8 Büdcənin formalaşdırılması zamanı gender amilinin nəzərə alınması mexanizminin yaradılması.
Hal-hazırda büdcənin formalaşdırılması zamanı gender amilinin nəzərə alınması mexanizminin yaradılması sahəsində müxtəlif işlər görülür.AQUPDK Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu ilə birgə “Azərbaycan büdcəsinin gender ekspertizası”adlı kitabı dərc etmişdir.AQUPDK tərəfindən Azərbaycan büdcəsinin gender ekspertizasının küçirilməsinə dair təkliflər hazırlanaraq Azərbaycan Respublikasının Nazirlər Kabinətinə təqdim edilmişdir.
3.5.1.9 Ümumrespublika Qadın Qurultayının keçirilməsi
2008-ci ildə keçirilib.
3.5.1.10 Gender məsələləri üzrə əhalinin maarifləndirilməsi işinin təşkili
Mütəmadi
3.5.1.10 (1) Aktual gender problemləri və onların həlli istiqamətində mövcud olan müsbət təcrübələrin KİV-də işıqlandırılması
İtv, Xəzər Tv, ANS, o cümlədən region kanallarında mütəçadi olaraq gender bərabərliyi, qadınlara qarşı zorakılıq və insan alveri, reprodiktiv sağlamlıq, erkən nikah mövzularında müzakirələr aparılmışdır.
3.5.1.10 (2) Dində qadınların rolu haqqında yalnış təsəvvürlərin aradan qaldırılması üzrə müvafiq maarifləndirmə işinin aparılması:
İnsan hüquqları barədə və dində qadının rolu haqqında yalnış təsəvvürlərin aradan qaldırılması üzrə müvafiq maarifləndirməsi tədbirləri çərçivəsində ekspertlərin iştirakı ilə şagird və tələbə kollektivi arasında mezakirələr təşkil edilmişdir.
3.5.1.10 (3)
“Qadınlara qarşı zorakılıq – insan hüquqlarının pozulmasıdır” mövzusunda müzakirələrin təşkil edilməsi:
19-25 may tarixlərində AQUPDK-nın təşəbbüsü, Heydər əliyev Fondu və BMT-nin Əhali Fondunun dəstəyi ilə “Qadınlara qarşı zorakılıq – insan hüquqlarının pozulmasıdır” mövzusunda keçirilən mühazirələr Respublikanın 8 rayonunu əhatə etmişdir. Həmçinin insan hüquqlarından bəhs edən video çarx hazırlanmışdır. Maarifləndirici funksiya daşıyan rolik qadınlara öz hüquqları haqqında məlumat vermişdir.
3.5.2. Gender zorakılığı, uşaqlara qarşı zorakılıq, eləcə də insan alveri hallarına qarşı mübarizənin gücləndirilməsi
3.5.2.1 Gender zorakılığı, uşaqlara qarşı zorakılıq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi:
“Məişət zorakılığının qarşısının alınması” qanun layihəsi təkmilləşdirilərək Milli Məclisə təqdim edilib.
3.5.2.2 Gender zorakılığı, uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq müxanizminin yaradılması
“Məişət zorakılığının qarşısının alınması” qanun layihəsi qabul edildikdən sonra mümkün olacaq.
3.5.2.3 Gender zorakılığı, uşaqlara qarşı zorakılığı yaradan səbəblər və qarşısının alınmasına mane olan amillərin müəyyən edilməsi üzrə qiymətləndirmənin aparılmasl:
Icrası 2010-cu ildə nəzərdə tutulub.
3.5.2.4 Erkən nikah hallarının azaldılması istiqamətində fəaliyyətinin gücləndirilməsi:
AQUPDK zorakılıq erkən nikah hallarının yayılma səbəblərini araşdırmaq və bu kimi halların azaldılması istiqamətində fəaliyyətin gücləndirilməsi məqsədi ilə respublikanın əksər regionlarında bu mövzularda təlimlər və görüşlər təşkil etmiş, sorğular həyata keçirmişdir.2009-cu ilin may ayında AQUPDK, Heydər əliyev Fondu və BMT-nin Əhali Fondu ilə birlikdə “ XXİ əsr Qadınlara qarşı zorakılıq əleyhinə” bə BMT-nin Əhali Fondunun Norveç hökuməti ilə birgə həyata keçirdiyi “Qadınlara qarşı zorakılıq əleyhinə” layihələrin dəstəyi ilə “Azərbaycan ailəsi”qısametrajlı filmlərFestivalı keçirmişdir. Festivalın prioretləri ölkədə uöurla həyata keçirilən ailə siyasətini işıqlandırmaq, ictimaiyyətin diqqət və səylərini ailələrin cəmiyyətdəki statusunu qaldırmağa yönəltmək və beləliklə də ailənin tərbiyəvi funsksiyasının gücləndirilməsinə əlveri.li şərait yaratmaqdır. Müsabiqənin mükafatlandırma mərasimi 12 may 2009-cu ildə keçirildi, qaliblərə qiymətli mükafatlar təqdim edildi.
3.5.2.4.1 Nigah yaşına təsir göstərən sosial-iqtisadi amillərin öyrənilməsi məqsədilə qiymətləndirmənin aparılması.
AQUPDK-nin təşəbbüsü və UNİCEF-in maliyyə dəstəyi ilə Azərbaycanın regionlarda Uşaq Nikahlarına dair Tədqiqat aparılmışdır.
3.5.2.4.2 Erkən nikah hallarının azaldılması məqsədilə mövcud qanunvericiliyin pozulması hallarına qarşı mübarizənin gücləndirilməsi və ictimai nəzarətin artırılması.
AQUPDK və BMT-nin əhali Fondunun birgə həyata keçirdiyi “Cənubi Qafqazda Gənclər Üçün Reproduktiv Sağlamlıq Təşəbbüsü”iayihəsi çərçivəsində 2009-cu ilin 6 ay ərzində 1500 nəfər əhatə olunmaqla Ağdaş,Göyçay,Tərtər,Xızıda ictimai görüşləri Göygöldə,Qubada,Bakıda təlimlər keçirilmişdir. Təlimlərdə yerli icra hakimiyyət orqanlarının nümayəndələri və QHT-lərin yerlerdəki nümayəndələri də iştirak etmişdilər.Təlimlərdə əsasən gənclərin reproduktiv hüquqları,ailə zorakılığı,erkən nikahlar,nikah bağlı qanunvericiliyin pozulması ilə bağlı müzakirələr keçirilmişdir.
3.5.2.5 Gender zorakılığı və uşaqlara qarşı zorakılıq,eləcədə insan alveri hallarının aşkar edilməsi,qarşısının alınması və nəticələrin aradan qaldırılması sahəsində fəaliyyət göstərən müvafiq qurumların (hüquq mühafizə,tibb,sosial xidmət,təhsil,miqrasiya strukturları və KİV) potensialının gücləndirilməsi.
6-10 aprel 2009-cu il tarixində Paris şəhər Prokurorunun müavini xanım Fransuaz Giyon Azərbaycanda rəsmi səfərdə olmuş,AQUPDK sədri Hicran Hüseynova tərəfindən qəbul edilmişdir.O AQUPDK-nin,Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin,Ədliyyə Nazirliyinin Akademiyasının,Azərbaycan Respublikası Baş Prokurorunun Tədris Mərkəzinin əməkdaşları və QHT nümayəndələri üçün təlim keçirmiş və onlara qadınlara qarşı zorakılıqla mübarizədə Fransa təcrübəsi barədə məlumat vermişdir.
3.5.2.6 Qadınların ölkədən kənarda məşğulluğunun təhlükəli tərəfləri və mümkün nəticələri haqqında əhalinin maarifləndirilməsi.
“Satılmış həyat”adlı sənədli film çəkilmişdir.Film qadınlara öz hüquqları haqqında məlumat verir və cəmiyyətin diqqətini insan alveri və qadınlara qarşı zprakılıq kimi problemlərə yönəldir.Bütün regional kanallarda filmin nümayişi təmin edilmişdir.
3.5.2.7 Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının icrasının təmin olunması.
Azərbaycan Respublikasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının icrası nəzərdə tutulur.Milli Fəaliyyət Planının 12-ci bəndinə əsasən yeniyetmə qızların və qadınların insan qlveri mövzusunda maariflənməsində məqsədilə insan alverindən bəhs edən video çarx çəkilmişdir.
3.6.4 Uşaq siyasətinin gücləndirilməsi.
3.6.4.1 Uşaq problemləri ilə bağlı Milli Fəaliyyət Planının hazırlanması və həyata keçirilməsi.
İcrası 2010-cu ildə nəzərdə tutulub.
3.6.4.2 Uşaq hüquqlarının müdafiəsi ilə ağlı beynəlxalq sənədlər və beynəlxalq təcrübə,həmçinin mövcud qanunvericilik haqqında əhali arasında maarifləndirmənin gücləndirilməsi.
AQUPDK və BMT-nin Əhali Fondunun birgə həyata keçirdiyi “Cənubi Qafqazda Gənclər üçün Reprodiktiv Sağlamlıq Təşəbbüsü”layihəsi çərçivəsində təhsil müəssislərində keçirilmiş təlimlərdə Uşaq Hüquqları haqqında Konvensiya və başqa uşaqlar hüquqlarına dair beynəlxalq sənədlər,beynəlxalq təcrübə və ölkə daxili qanunvericilik ilə bağlı məlumatlandırma həyata keçirilmişdir.Bu sahə üzrə əhalinin maarifləndiməsi işləri il ərzində Komitə tərəfindən mütamadi olaraq təşkil edilir.
3.6.4.3 Ümimirespublika Uşaq Formunun keçirilməsi.
İcrası 2010-cu ildənəzərdə tutulub.
5.2.11 Gender üzrə dezaqreqasiya olunmuş məlumatlara çıxış imkanlarının artırılması.
5.2.11.4 Qadınlara və uşaqlara qarşı zorakılıq halları haqqında məlumatın toplanması və nəşr edilməsi.
“21 əsrdə qadınlara qarşı zorakılıq əleyhinə”layihəsi çərçivəsində Naxçıvan MR və işğal olunmuş rayonlar istisna olmaqla Respublikanın bütün rayonları üzrə qadınlara qarşı zorakılıq halları haqqında sorğu keçirilmiş və nəşrə hazırlanmışdır.
5.2.11.5 Cinslər üzrə quruplaşdırılmış məlumatların toplanması,təhlili sənədləşdirilmiş sistemini təkminləşdirmək üçün müvafiq qurumların potensialının inkişaf etdirilməsı.
İcrası 2010-cu ildə nəzərdə tutulub.
5.2.11.6 Gİİ və GSVÖ-nü hesablamaq üçün məlumatların əldə olunması və toplanması imkanlarının təkminlləşdirilməsi.
İcrası 2010-cu ildə nəzərdə tutulub.








