Heydər Əliyev"Uşaqlar müstəqil Azərbaycan Respublikasının parlaq gələcəyidir";   "Qadın dünyadır, qadın həyatdır, insanlığı yaşadan müqəddəs varlıqdır…Qadın hərakatı böyük qüvvədir";   "Uşaqlara qayğı hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur!"

Səfər və görüşlər

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynovanın Avstriya Respublikasına rəsmi səfəri haqqında hesabat

02-04 oktyabr 2006-cı il tarixdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Avstriya Respublikasının Səhiyyə və Qadın məsələləri üzrə naziri xanım Mariya Rauch-Kallatın dəvəti ilə həmin ölkəyə səfər etmişdir. Səfərin məqsədi Avstriya Respublikasının ailə, qadın və uşaq problemləri ilə məşğul olan qurumları ilə əməkdaşlığın gələcək perspektivlərinin müzakirəsi və müvafiq sahələrə dair Avstriya təcrübəsi ilə tanış olmaq idi.

Səfər zamanı xanım Hicran Hüseynovanı Avstriya Respublikası Sosial Təhlükəsizliyi, Nəsillər və İstehsalçıların Hüquqlarının qorunması nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Harold Fuger qəbul etdi.Cənab Fuger Avstriyada bu sahədə mövcud durumu şərh etdi.

Növbəti görüş Avstriya Sosial Təhlükəsizliyi, Nəsillər və İstehsalçıların Hüquqlarının qorunması nazirliyinin Qadın işləri üzrə şöbə müdiri Tereza Filipe ilə keçirildi.

Avstriya Sosial Təhlükəsizliyi, Nəsillər və İstehsalçıların Hüquqlarının qorunması nazirliyinin Uşaq məsələləri üzrə şöbə müdiri cənab Anton Xortinq Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanı qəbul etdi.

Səfər zamanı xanım Hicran Hüseynovanı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin qadınların işə götürülməsinin təşviqi üzrə layihə başçısı AEBA Baş Katibinin müavini D.Voller qəbul etdi. Görüş zamanı Cənab D.Voller qadınların sahibkarlıq və biznesin digər növləri ilə məşğul olmaları üçün geniş imkanlar yaradılması barədə danışdı, bu sahədə görülən işlər haqqında geniş informasiya verdi.
Növbəti görüş Avstriya Uşaq Ombudsmanı Dr. Filler ilə keçirildi. Cənab Filler sosial problemlər, xüsusilə uşaqların vəziyyəti, əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verdi.

Səfərin sonuncu günü xanım Hicran Hüseynova Avstriya Respublikasının Səhiyyə və Qadın məsələləri üzrə naziri xanım Mariya Rauch-Kallat ilə görüşdü. Eyni zamanda xanım Mariya Rauch-Kallat qadınların, uşaqların və ailələrin müdafiəsi, rifahının yaxşılaşdırılması haqqında geniş məlumat verdi. Öz növbəsində Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hüseynova Azərbaycanda sosial sahədə həyata keçirilən islahatlardan, xüsusilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının Sərəncamı ilə qəbul edilmiş Dövlət Proqramları haqqında danışdı. Xanım xüsusi olaraq hal-hazırda Milli Məclisdə 2-ci oxunuşdan keçən Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında qanun layihəsi haqqında məlumat verdi.




Baş xəbər 

Press-reliz 

Komitəmiz

Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə fəaliyyət göstərdiyi dövr ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir