Heydər Əliyev"Uşaqlar müstəqil Azərbaycan Respublikasının parlaq gələcəyidir";   "Qadın dünyadır, qadın həyatdır, insanlığı yaşadan müqəddəs varlıqdır…Qadın hərakatı böyük qüvvədir";   "Uşaqlara qayğı hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur!"

Səfər və görüşlər

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynovanın 4-7 iyun 2007-ci il tarixdə Avropa Şurasının Məişət Zorakılığı da daxil olmaqla Qadınlara qarşı zorakılıqla mübarizə Kampaniyası üzrə üzv dövlətlərdə məsul şəxslərin Konfransında iştirakı haqqında

4-5 iyun 2007-ci il tarixdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Avropa Şurasının Məişət Zorakılığı da daxil olmaqla Qadınlara qarşı Zorakılıqla mübarizə üzrə üzv dövlətlərdə məsul şəxslərin Konfransında iştirak etmişdir.

4 iyun tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova “Avropa Şurasının Məişət Zorakılığı da daxil olmaqla qadınlara qarşı zorakılıqla mübarizə üzrə hökumətin yeni fəaliyyəti” mövzusunda məruzə ilə çıxış etdi.

Səfər çərçivəsində 6-7 iyun 2007-ci il tarixdə xanım sədr Avropa Şurası Baş Katibinin müavini xanım Maud dö Boer-Bukikyo ilə görüşdü. Xanım Boer-Bukikyo Avropa Şurası tərəfindən qadınların seksual istismarına qarşı konvensiya hazırlandığını və Konvensiyanın bu ilin sonunadək hazır olacağını bildirdi.

Xanım Hicran Hüseynovanın həmçinin Avropa Şurasının İnsan Hüquqları Komissarlığının müşaviri cənab Roman Şlapak, Demokratiya və Siyasi Məsələlər üzrə Baş Direktor cənab Jan-Lui Loren, Sosial Həmrəylik üzrə Baş Direktor cənab Aleksandr Vladıçenko, Katibliyin rəhbəri xanım Tanya Kleynsorqe, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki hakimi Xanlar Hacıyev ilə görüşləri keçirildi.

Cənab Roman Şlapak bildirdi ki, Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı cənab Tomas Hammarberq bu ilin sentyabrında Azərbaycana səfər edəcəkdir. Cənab Roman Şlapak maraqlı sahələr üzrə hər zaman əməkdaşlığa hazır olduqlarını söylədi.




Baş xəbər 

Press-reliz 

Komitəmiz

Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə fəaliyyət göstərdiyi dövr ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir