Heydər Əliyev"Uşaqlar müstəqil Azərbaycan Respublikasının parlaq gələcəyidir";   "Qadın dünyadır, qadın həyatdır, insanlığı yaşadan müqəddəs varlıqdır…Qadın hərakatı böyük qüvvədir";   "Uşaqlara qayğı hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur!"

Səfər və görüşlər

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova və onu müşayiət edən nümayəndə heyətinin Türkiyə Respublikasına rəsmi səfəri haqqında

29 avqust-1 sentyabr 2006-cı il tarixdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Türkiyə Respublikasının Dövlət Naziri xanım Nimet Çubukçunun dəvəti ilə həmin ölkəyə səfər etmişdir.

Səfərin məqsədi Türkiyə Respublikasının ailə, qadın və uşaq problemləri ilə məşğul olan qurumları ilə əməkdaşlığın gələcək perspektivlərinin müzakirəsi və müvafiq sahələrə dair Türkiyənin təcrübəsi ilə taniş olmaq idi.

Səfərin ilk günü Türkiyənin Dövlət Naziri xanım Nimet Çubukçu Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynovanı və onun müşayiət edən nümayəndə heyətini qəbul etmişdi.

Görüşdə xanım Hicran Hüseynova “Erməni terrorizmindən zərər çəkmiş qadınlar” kitabının nəşr olunması təklifi ilə çıxış etdi. Xanım Nimet Çubukçu bu təklifi dəstəklədi və kitabın işıq üzü görməsi üçün hər cür köməklik göstərməyə hazır olduğunu bildirdi.




Baş xəbər 

Press-reliz 

Komitəmiz

Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə fəaliyyət göstərdiyi dövr ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir