Səfər və görüşlər
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova və onu müşayiət edən nümayəndə heyətinin BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Komitəsinin Nyu-Yorkda keçirilən 37-ci sessiyasında iştirakı haqqında
19-27 yanvar 2007-ci il tarixdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın başçılığı ilə nümayəndə heyəti BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Komitəsinin Nyu-Yorkda keçirilən 37-ci sessiyasında iştirak etmişlər. Səfər zamanı BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Konvensiyası üzrə Azərbaycan Respublikası Hökumətinin 2-ci və 3-cü dövri hesabatı dinlənildi.
23 yanvar tarixində isə BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Konvensiyasının (CEDAW) həyata keçirilməsi üzrə Azərbaycan Respublikasının 2-ci və 3-cü dövri hesabatının təqdimatı keçirildi.
24 yanvar tarixində isə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun (UNİFEM) İcraçı Direktoru Noelin Heyzer ilə görüş keçirildi. Xanım Hüseynovanı və onu müşayiət edən nümayəndə heyətini qəbul edən xanım Heyzer ikitərəfli görüşlərin əhəmiyyətini qeyd etdi.
ABŞ-ın Dövlət Katibinin qadınların təşviq olunması üzrə xüsusi müşaviri Şirin Tahir Kheli tərəfindən görüş təşkil olundu. Görüş zamanı xanım Hüseynova Azərbaycan Respublikasında gənc ailələrin rifahının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən, xüsusilə, İpoteka haqqında Qanunun əhəmiyyətindən danışdı. Xanım sədr görüşlərdən məmnun olduğunu və beynəlxalq qurumların dövlətə dəstək olmalarının zəruriliyini bildirdi. Görüş zamanı xanım Hüseynova Azərbaycan Respublikasında qadın problemləri istiqamətində görülən tədbirlərdən bəhs etdi.
ABŞ-ın Dövlət Katibinin Təhsil və Mədəniyyət məsələləri üzrə köməkçisi Alina Romanovski ilə görüş keçirildi.
Beynəlxalq Qadın Məsələləri üzrə Baş Əlaqələndirici Andrea Bottner ilə görüşdə qadın məsələləri ətraflı müzakirə olundu. Cənab Bottner bu günə qədər qadın hüquqlarının qorunması istiqamətində gördüyü tədbirlərdən, vəzifələrinin icrası zamanı qarşıya çıxan problemlərdən danışdı.
Səfərin altıncı günü nümayəndə heyətini Qadın Məclisinin üzvi Eddi Bernis Conson qəbul etdi. Görüş zamanı nümayəndə heyəti qadın Məclisinin işi ilə yaxından tanış oldu.








