Heydər Əliyev"Uşaqlar müstəqil Azərbaycan Respublikasının parlaq gələcəyidir";   "Qadın dünyadır, qadın həyatdır, insanlığı yaşadan müqəddəs varlıqdır…Qadın hərakatı böyük qüvvədir";   "Uşaqlara qayğı hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur!"

Beynəlxalq Əməkdaşlıq

Azərbaycan Respublikası BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların üzvüdür. Buna uyğun olaraq, Komitə BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının və Avropa Şurasının Qadınlar və Kişilər arasında Bərabərlik üzrə Rəhbər Komitəsinin işində ekspert səviyyəsində iştirak edir. Həmçinin Komitə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

AQUPDK-nın sədri 2006-cı ilin 27 fevral-3 mart tarixlərində keçirilmiş BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının sonuncu – 50-ci sessiyasında iştirak etmişdir.
Sessiyada aşağıdakı məsələlər müzakirəyə çıxarıldı:

1. Genderin BMT-nin fəaliyyətinə daxil edilməsinə baxış;
2. Qadınların vəziyyətinə yaxud gender bərabərliyinə dair məsələlərə yeni yanaşmalar, tendensiyalar, problemlər;
3. Problemli sahələrdə, gələcək tədbir və təşəbbüslərdə strateji nailiyyətlərin əldə edilməsi:
(1) Qadınların irəli çəkilməsi prosesinin genişləndirilməsi: qadınlar və kişilər arasında bərabərliyə nail olmaq üçün əlverişli şəraitin yaradılması, təhsil, sağlamlığın mühafizəsi və məşğulluq sahələrində qadınların vəziyyətinin yaxşılaşdırılması;
(2) bütün səviyyələrdə qərar qəbuletmə prosesində kişilərlə qadınların bərabər iştirakı. Komitənin sədri xanım Hicran Hüseynova Komissiyanın martın 1-də keçirilmiş plenar iclasında çıxış etdi. O öz çıxışında Azərbaycanda gender bərabərliyinin mövcud vəziyyəti, hazırda həyata keçirilən proqramlar, son illər Azərbaycanda görülən islahatlar haqqında sessiya iştirakçılarına məlumat verdi.
23-27 may 2006-cı il tarixlərdə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun (UNİFEM) İcraçı Direktoru xanım Noelin Heyzer Azərbaycanda səfərdə olmuşdur. Səfərin əsas məqsədi UNİFEM-in MDB ölkələri üçün nəzərdə tutulmuş “Qadınlar və yoxsulluğun azaldılması (2007-2009)” proqramı çərçivəsində Azərbaycan Hökuməti ilə əməkdaşlıq imkanlarının müzakirəsi və Təşkilatla əməkdaşlığın gələcək perspektivlərinin müzakirəsi idi.
2006-cı ilin may ayında AQUPDK ilə BMT-nin Uşaq Fondu (UNİCEF) arasında birillik Uşaqların Müdafiəsi Proqramı imzalandı.

2006-cı ilin 8-9 iyun tarixində İsveçin paytaxtı Stokholmda Avropa Şurasının Qadın və Kişilər arasında bərabərlik üzrə 6-cı Nazirlər Konfransı keçirildi. Bu konfrans Avropa Şurasının Qadınlar və Kişilər arasında Bərabərlik Direktorluğu tərəfindən, İsveç hökumətinin təşkilatçılığı ilə keçirilmişdir.
Avropa Şurasına üzv ölkələrdən olan Nazirlər səviyyəsində keçirilən bu görüşdə Azərbaycanı təmsil edən nümayəndə heyətinə AQUPDK-nın sədri xanım Hicran Hüseynova rəhbərlik edirdi.
Builki konfransın mövzusu “Avropada insan hüquqları və iqtisadi çağırışlar – gender bərabərliyi” idi. Konfransdan əvvəl Azərbaycan da daxil olmaqla əksər Avropa dövlətləri bu mövzu ilə bağlı hesabatlarını Qadınlar və Kişilər arasında Bərabərlik Direktorluğuna göndərmişdilər. Bundan əlavə konfransda AQUPDK-nın sədri çıxış etdi. O, həmçinin konfransın ilk günü həmsədr seçildi.
Konfransın ilk günü Fransa nümayəndə heyətinin təklifi ilə İsveçin Demokratiya, İnteqrasiya, Şəhər münasibətləri və Bərabərlik Naziri Cens Orbak Konfransın sədri seçildi. Türkiyə nümayəndə heyətinin rəhbəri xanım nazir Nimet Çubukçu Konfransa həmsədrlik üçün AQUPDK-nın sədri xanım Hicran Hüseynovanın namizədliyini irəli sürdü. Bu təklif yekdilliklə qəbul edildi. İkinci həmsədr kimi Yunanıstanın nümayəndə heyətinin rəhbəri seçildi.
27 iyun 2006-cı il tarixdə BMT-nin Mərkəzi Asiya ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPEKA) Konfransı çərçivəsində “Gender və iqtisadiyyat” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masa təşkilatçıları AQUPDK, BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən təşkil edilmişdi. Tədbirdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, gender və iqtisadiyyat sahəsində çalışan QHT-lər, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi Sosial Şurası (UNESCAP), ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Qazaxıstan, Özbəkistan, Əfqanıstan hökumətlərinin nümayəndələri iştirak edirdilər.
29 avqust-1 sentyabr 2006-cı il tarixdə AQUPDK-nın sədri Hicran Hüseynova Türkiyə Respublikasının Dövlət Naziri xanım Nimet Çubukçunun dəvəti ilə həmin ölkəyə səfər etmişdir.
Səfərin ilk günü Türkiyənin Dövlət Naziri xanım Nimet Çubukçu AQUPDK-nın sədrini və onu müşayiət edən nümayəndə heyətini qəbul etdi. Görüşdə xanım Hicran Hüseynova “Erməni terrorizmindən zərər çəkmiş qadınlar” kitabının nəşr olunması təklifi ilə çıxış etdi.
4 – 6 sentyabr 2006-cı il tarixdə AQUPDK-nın sədri Polşa Respublikası Əmək və Sosial Siyasət nazirinin müavini Coanna Klyujik-Rostkovskanın dəvəti ilə Polşa Respublikasında səfərdə olmuşdur.
Polşa Respublikasının Əmək və Sosial Siyasət Nazirliyi Respublikada ailə, qadın məsələləri və gender bərabərliyi sahəsində dövlət siyasətini həyata keçirən bir dövlət qurumudur. Coanna Klyujik-Rostkovska nazir müavini olmaqla yanaşı həmin Nazirliyin Qadın, Uşaq və ayrı-seçkiliklə mübarizə İdarəsinin rəisi vəzifəsində çalışır.
AQUPDK-nın sədri 14-15 sentyabr 2006-cı il tarixdə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən “Uşaq hüquqlarının təmin edilməsi cəmiyyətin inkişafının təmin edilməsi deməkdir” mövzusuna həsr edilmiş beynəlxalq seminarda iştirak etmişdir. Seminar Rusiya Federasiyasının Səhiyyə və Sosial İnkişaf Nazirliyi və Avropa Şurasının Sosial Həmrəylik Baş Direktorluğu tərəfindən təşkil olunmuşdu. Tədbirdə Avropa Şurasına üzv dövlətlərin hökumət qurumlarının nümayəndələri, Avropa Şurası Baş Katibliyinin nümayəndələri, uşaq hüquqları ilə məşğul olan beynəlxalq təşkilatların nümayəndələri və ailə və uşaqların inkişafı ilə məşğul olan ekspertlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirdilər.

2-4 oktyabr 2006-cı il tarixdə AQUPDK-nın sədri Avstriya Respublikasının Səhiyyə və Qadın məsələləri üzrə naziri xanım Mariya Rauch-Kallatın dəvəti ilə həmin ölkəyə səfər etmişdir. Səfərin məqsədi Avstriya Respublikasının ailə, qadın və uşaq problemləri ilə məşğul olan qurumları ilə əməkdaşlığın gələcək perspektivlərinin müzakirəsi və müvafiq sahələrə dair Avstriya təcrübəsi ilə tanış olmaq idi.
BMT Baş Assambleyasının 61-ci sessiyası çərçivəsində 9-13 oktyabr 2006-cı il tarixlərində Nyu-Yorkda qadınların irəli çəkilməsi və uşaqların müdafiəsi mövzuları üzrə müzakirələrdə AQUPDK-nın Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Vüsalə Əliyeva iştirak etdi.
14-18 noyabr 2006-cı il tarixdə AQUPDK-nın sədri Fransanın Sosial Həmrəylik və Bərabərlik, Sosial təhlükəsizlik, yaşlılar, əlillər və ailə Nazirliyinin dəvəti ilə həmin ölkədə rəsmi səfərdə oldu. Səfərdə məqsəd Fransanın sosial problemlər, insan hüquqları sahəsində çoxillik təcrübəsi ilə tanışlıq, müvafiq qurumlar ilə əməkdaşlığın genişləndirilməsi idi 27-29 noyabr 2006-cı il tarixlərdə AQUPDK-nın sədri Avropa Şurası tərəfindən İspaniyanın Madrid şəhərində təşkil edilmiş “Ailə zorakılığı da daxil olmaqla qadın zorakılığına qarşı mübarizə üzrə Avropa Şurası Kampaniyası”nın başlanmasına həsr edilmiş konfransda iştirak etmişdir. Səfərdə məqsəd müxtəlif dövlətlərdə zorakılıqla mübarizə sahəsində təcrübə mübadiləsi, müvafiq sahədə fəaliyyət göstərən qurumlar ilə əməkdaşlığın genişləndirilməsi olmuşdur.
Konfrans zamanı AQUPDK-nın sədri xanım Hicran Hüseynova “Qadınlara qarşı ailə zorakılığı ilə mübarizədə səyləri birləşdirmək” adlı plenar müzakirələrdə geniş məzmunlu çıxış etdi.

Komitənin əməkdaşları 2006-cı il ərzində qadın və uşaq hüquqları və digər aidiyyəti sahələr üzrə aşağıdakı tədbirlərdə iştirak etmişlər:

• 9-12 aprel 2006-cı il tarixində Türkiyə Respublikasının Antalya şəhərində Türkiyə Respublikasının Sosial Xidmətlər və Uşaqların Müdafiəsi Baş Direktorluğunun təşkili ilə “Beynəlxalq Sosial Xidmətlər Simpoziumu” keçirildi. Simpoziumda Beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Rzayeva Lalə iştirak etdi.
• 2006-cı il 19-20 iyun 2006-cı il tarixində İspaniyanın Valensiya şəhərində Avropa və Mərkəzi Asiyada uşaqlar üçün əlverişli mühit yaradılması probleminə həsr edilmiş III Beynəlxalq Konfransda Komitənin nümayəndəsi iştirak etmişdir. Konfrasda UNİCEF-in Uşaqlar üzrə Tədqiqat Mərkəzinin keçirdiyi hökümətlərarası konfransın nəticələri haqqında məlumat verilmişdir
• 21-22 iyun 2006 cı il tarixlərində Türkiyənin Antalya şəhərində “ İnsan alverinə qarşı mübarizədə regional ehtiyaclar və tendensiyaların müəyyənləşdirilməsi, qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda Konfrans keçirilmişdir. Konfrans Türkiyənin Qadınların Statusu üzrə Direktorluğu tərəfindən təşkil edilmişdir. Tədbirdə AQUPDK-nın əməkdaşı Vüsalə Əliyeva iştirak etmişdir.
• 8-10 iyul 2006-cı il tarixində Qırğızıstanın Çolpon Ata şəhərində BMT-nin Qadınlar üçün İnkişaf Fondunun (UNİFEM) regional bürosu tərəfindən “Yoxsulluğun azaldılması və Minilliyin İnkişafı Məqsədləri əsasında Gender Strategiyasının Hazırlanması” mövzusunda regional seminar keçirildi. Seminarda Komitənin Beynəlxalq əlaqələr şöbəsi beynəlxalq əlaqələr sektorunun baş məsləhətçisi Elgün Səfərov və Ailə Problemləri şöbəsinin məsləhətçisi Samir Abdullayev iştirak edirdilər.
• 10-17 sentyabr 2006-cı il tarixində BMT-nin Uşaq Fondunun (UNİCEF) Bakı ofisinin maliyyə dəstəyi ilə İngiltərənin yuvenal ədliyyə sisteminin öyrənilməsi məqsədi ilə həmin ölkəyə bir həftəlik səfər təşkil edildi. Səfərdə AQUPDK-nın nümayəndəsi də iştirak edirdi.
• 19-20 sentyabr 2006-cı il tarixində Komitənin əməkdaşları Bakıda “Uşaqların dövlət himayəsindən ailə şəraitində böyüməsinə (De-institusionalizasiyaya) doğru” şüarı altında seminar-treninqdə iştirak etmişlər. Seminar-treninqi UNİCEF tərəfindən dəvət olunmuş İtaliyanın EducAid təşkilatının ekspertləri aparmışlar. Daha sonra EducAid təşkilatının dəvəti və UNİCEF-in dəstəyi ilə İtaliyanın De-institusionalizasiya təcrübəsinin öyrənilməsi məqsədilə Azərbaycanın dövlət qurumları, o cümlədən AQUPDK-nın nümayəndəsi Bolonya regionunun bir neçə şəhərlərində keçirilən seminar-treninqdə iştirak etmiş, İtaliyada De-institusionalizasiya prosesinin həyata keçirilməsi mexanizmi ilə yaxından tanış olmuş, yerlərdə fəaliyyət göstərən icma, ailə əsaslı qurumları və reabilitasiya mərkəzlərini ziyarət etmişlər.
• 25 sentyabr 2006-cı il tarixində Crescent Beach mehmanxanasında Gənc Hüquqşünaslar Birliyi və İsveç Beynəlxalq İnkişaf Agentliyinin İnsan Hüquqları və Humanitar Hüquq üzrə Raul Vollenberq İnstitutu tərəfindən İnsan Hüquqları üzrə Yay Məktəbinin rəsmi açılış mərasimi keçirildi. Mərasimdə Komitənin Beynəlxalq əlaqələr şöbəsinin məsləhətçisi Fidan Mehdiyeva iştirak edirdi.
• 26-27 oktyabr 2006-cı il tarixində Minsk şəhərində «İnsan alverinə qarşı mübarizə» mövzusunda keçirilmiş Konfransda AQUPDK-nın sədr müavini S.Qəhrəmanova iştirak etmişdir.
• 5-12 noyabr 2006-cı il tarixində Tunisdə “Münaqişələrin qarşısının alınması və sülh yaradılması prosesində qeyri-hökumət təşkilatlarının rolu” adlı təlim kursu keçirildi. Təlim kursu BMT-nin Əhali Fondunun (UNFPA) maliyyə dəstəyi ilə təşkil edilmişdi. Təlimdə Beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Rzayeva Lalə iştirak etdi.
• 7-9 və 13-15 noyabr 2006-cı il tarixində UNİCEF-in Bakı Ofisinin təşkili ilə “Azərbaycanda uşaq rifahı sistemi sahəsində protokolların və standartların hazırlanması” mövzusunda seminar keçirildi. Seminarda Komitənin Beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Kəmalə Haqverdiyeva və Uşaq Problemləri şöbəsinin əməkdaşı Nərmin Quliyeva iştirak edirdilər. • 1-2 dekabr 2006-sı il tarixdə Gürcüstanın Tibilisi şəhərində BMT-nin Əhali Fondu tərəfindən Gənclər Festivalı keçirilmişdir. Tədbirdə AQUPDK-nın sədr müavini S.Qəhrəmanova iştirak etmişdir.
• 2006-cı ilin dekabr ayında Komitənin əməkdaşları Rumıniyada keçirilən Şərq-Şərq Sərhədsiz Əməkdaşlıq Proqramının dəstəyi ilə “Azərbaycan QHT-ləri və dövlət qurumlarının nümayındələri və Rumıniyanın xeyriyyəçilik və De-institusionalizasiya fəaliyyətinin təcrübə mübadiləsi üzrə informasiya – treninq proqramı” layihəsində iştirak etmişlər.
23 yanvar 2007-ci il tarixdə BMT-nin Qadınlara münasibətdə ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin 37-ci sessiyası keçirildi. Sessiya zamanı Azərbaycan Hökumətinin BMT-nin eyniadlı Konvensiyasının həyata keçirilməsi üzrə 2004-cü ilin sonlarında hazırladığı ikinci və üçüncü dövri hesabatın təqdimatı keçirildi. Təqdimatda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynovanın başçılığı ilə aidiyyəti dövlət orqanlarının yüksək səviyyəli nümayəndələri iştirak edirdilər. Beynəlxalq əlaqələr şöbəsi 37-ci sessiyaya hazırlıq mərhələsində hesabatda əks olunmuş bəzi yanlış statistik məlumatların Dövlət Statistika Komitəsində aydınlaşdırmış, Azərbaycan Respublikasının gender bərabərliyi və qadın hüquqları sahəsində qanunvericilik aktlarından ibarət disklər hazırlamış, hesabatın təqdim edilməsindən sonrakı dövrdə müvafiq sahədə aparılmış qanunverici, inzibati işləri müəyyən etmişdir.
Yanvar ayının 30-da Azərbaycan Respublikası Prezidentinin Fransa Respublikasına rəsmi səfəri çərçivəsində həmin ölkənin Əmək, Sosial Bərabərlik və Yaşayış Nazirliyi arasında qarşılıqlı əməkdaşlıq haqqında inzibati razılaşma imzalanmışdır.
Şöbə tərəfindən İslam Konfransı Təşkilatı çərçivəsində qadın məsələlərlə məşğul olan vahid orqanın yaradılması haqqında təkliflər hazırlayaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təqdim edilmişdir. 2007-ci il may-iyun aylarında Azərbaycan Respublikası üzrə inşa yazı müsabiqəsi keçirilmişdir. Müsabiqədə Rabitə və İnformasiya Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Futuroloqlar Assosiasiyası tərəfindən keçirilmişdir. Müsabiqə çərçivəsində şöbə tərəfindən ölkənin bütün rayonlarından BMT-nin 15 Qlobal Çağırış üzrə inşa yazılar yığılaraq münsiflər heyətinə təqdim edilmişdir.
Cari ilin ilk yeddi ayı ərzində xanım Hüseynovanın 13-16 may 2007-ci il tarixdə İngiltərə-Azərbaycan Cəmiyyətinin İcraçı Komitəsinin sədri Lord Peter Freyzerin dəvəti ilə Londona, 20-22 may 2007-ci il tarixdə Küveytin Qadın işləri üzrə Komitəsinin sədri xanım Lətifə Əl-Fəhd Əl-Səlim Əl-Sabahın dəvəti ilə Küveytə, 4-5 iyun 2007-ci il tarixdə Avropa Şurasının Məişət Zorakılığı da daxil olmaqla Qadınlara qarşı Zorakılıqla mübarizə üzrə üzv dövlətlərdə məsul şəxslərin Konfransında iştirak etmək üçün Strasburqa səfər etmişdir.




Baş xəbər 

Press-reliz 

Komitəmiz

Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə fəaliyyət göstərdiyi dövr ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir