Heydər Əliyev"Uşaqlar müstəqil Azərbaycan Respublikasının parlaq gələcəyidir";   "Qadın dünyadır, qadın həyatdır, insanlığı yaşadan müqəddəs varlıqdır…Qadın hərakatı böyük qüvvədir";   "Uşaqlara qayğı hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur!"

Baş xəbər

Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında «XXI əsrdə

2008-ci il yanvarın 16-da Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında «XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə» birgə layihəyə dair sənədlərin imzalanma mərasimi keçirilmişdir. Ölkəmizdə qadınların və uşaqların hüquqlarının qorunması istiqamətində son illər bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə toxunan Fondun prezidenti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu istiqamətdə fəaliyyətini təqdir edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, 20 ay müddətində həyata keçirilməsi nəzərdə tutulan layihə Azərbaycanın bütün ərazisini əhatə edir. Bakı şəhəri, Lənkəran, Gəncə və Naxçıvan MR bölgələri layihənin icrası üçün mərkəz regionlar seçilib.

Layihənin əsas məqsədi əhalinin maarifləndirilməsi, qadın və uşaqların məişət zorakılığından müdafiə olunması, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılması, erkən nikahların qarşısının alınması və ailədə baş verən zorakılılığın uşaqlara təsirinə yol verilməməsidir.

26.02.2008 | 




Baş xəbər 

Press-reliz 

Komitəmiz

Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə fəaliyyət göstərdiyi dövr ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir