Heydər Əliyev"Uşaqlar müstəqil Azərbaycan Respublikasının parlaq gələcəyidir";   "Qadın dünyadır, qadın həyatdır, insanlığı yaşadan müqəddəs varlıqdır…Qadın hərakatı böyük qüvvədir";   "Uşaqlara qayğı hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur!"

Layihələr

1. “Qadın Əleyhinə Zorakılığın Dayandırılması” layihəsi, 2006–cı il oktyabr-noyabr tarixində BMT-nin Əhali Fondunun maliyyə dəstəyi, Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının təşkilati dəstəyi ilə həyata keçirilmişdir.

2. “Azərbaycanda Qaçqın və Məcburi köçkün Gənclər arasında İİV/ AİDS-in profilaktikası, İİV İnfeksiyasına könüllü, pulsuz, anonim məsləhətləşmə və müayinə işi” layihəsi, 2006-cı il noyabr - dekabr tarixində AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun maliyyə dəstəyi, Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının təşkilati dəstəyi ilə həyata keçirilmişdir.

3. “Azərbaycanda narkomanlar arasında İİV-in profilaktikası və könüllü, pulsuz, anonim müayinəsi” layihəsi, 2006-cı il noyabr - yanvar tarixində AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun maliyyə dəstəyi ilə həyata keçirilmişdir.

4. “Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda əhali arasında HİV/AİDS, qan, cinsi yolla keçən digər yoluxucu xəstəliklərin profilaktikası və müayinə işi” layihəsi, 2006-cı il dekabr - fevral tarixində AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun maliyyə dəstəyi ilə həyata keçirilmişdir.

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsi tərəfindən həyata keçiriilən layihələr

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondu “Cənubi Qafqazda Gənclər Üçün Reproduktiv Sağlamlıq Təşəbbüsü” adlı layihə keçirilmişdir.Layihənin ilkin mərhələsinin əhatə etdiyi 26 noyabr 2006-cı il – 5 fevral 2007-ci müddətində gənclərin cinsi və reproduktiv sağlamlıq və hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycanın 10 (on) bölgəsində (Quba, Xaçmaz, Xanlar, Şəki, Masallı, İmişli, Goranboy, Mingəçevir, Sumqayit, Bakı) 500 nəfər arasında (15-24 yaş arası) reproduktiv sağlamlıq mövzusunda müxtəlif səpkili görüş və müzakirələr keçirilmişdir.

Layihənin məqsədi və fəaliyət istiqamətləri

• Gənclərin cinsi və reproduktiv sağlamlıq və hüquqlarının təmin edilməsi ilə bağlı vətəndaş cəmiyyətinin səmərəli fəaliyyətinin təşkili və geniş ictimai kütlələrin bilik və maraq dairəsinin genişləndirilməsi; tədris sahəsində fəal qruplar üçün gənclərin qeyri-tibbi, cinsi və reproduktiv sağlamlıq üzrə məsləhət bacarıqlarının genişləndirilməsi.
• 400-dək insan (yerli hakimiyyət orqanları,QHT-lər, valideynlər, gənclər, həkimlər, müəllimlər, digər mütəxəssislər, müvafiq sahələrdə çalışan ekspertlər) üçün regional-ictimai görüşlərin təşkili
• Təhsil işçiləri və vətəndaş cəmiyyəti nümayəndələri üçün təlim modelinin təşkili
• Dövlət sektorundan 4 nəfər ixtisaslı mütəxəssisin cinsi və reproduktiv sağlamlıq və hüquqlar mövzusunda yüksək səviyyədə təlimləndirilməsi
• Bakıda sonuncu mərkəzləşdirilmiş görüşün kecirilməsi

Lahiyə cərcivəsində kecirilən görüşlər və müzakirə olunan məsələlər.

Layihənin həyata kecirildiyi müddətdə aşağıdakı məsələlər müzakirə olunmuşdur.

• Gənclərin Reproduktiv problemləri
• Gənclərin reproduktiv hüquqları
• Qan qohumluğu
• Erkən nikahlar
• Gender bərabərliyi
• Gənclərin iştirakı
• Ailə zorakılığı
• Tolerant ünsiyyət
• Valideyn, müəllim və gənclərin ünsiyyəti
• Məsuliyyətli davranış

Aşağıda qeyd olunan rayonlarda dəyirmi masalar kecirilmişdir:

28 noyabr 2006-ci ildə saat 10:00-da Xaçmaz rayon mərkəzində “Sabrina” restoranında 40 nəfərin iştirakı ilə Rayon İcra Hakimiyyətinin başçişının Təhsil,Səhiyə və Mədəniyyət məsələləri üzrə müavini Yetkin Mehmanov və RİH-in siyasi şöbəsinin müdiri, “Sevil” Qadınlar Məclisi rayon təşkilatının sədri Sürəyya Əmirova, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Nurlana Qaraxanova, Cəmilə Bağırova və layihənin kordinatoru Ceyran Rəhmətullayeva, həkim-ginekoloq Sədaqət Şahbazova iştirak etmişlər.

Sonrakı digər görüşlərdə layihəyə cəlb olunan digər ekspert həkim-ginekoloq Zəhra Pəncəliyeva iştirak etmişdir.

Həmin gün 28 noyabr 2006-cı ildə saat 14:30-da Quba rayonun Olimpiya İdman kompleksinin konfrans zalında 70 nəfərin iştirakı ilə dəyirmi masa keçirilmişdir. Dəyirmi masada Quba rayonu İcra Hakimiyyəti başçısının müavini Y.Abidov, Baş referenti A.Yəhyayeva, Quba rayonu VVAQ idarəsinin inspektoru M.Şirəlieva, “Nurlu Sabah” ictimai birliyin sədri R. Mahmudov, Quba rayonu Gənclər və İdman idarəsinin numayəndəsi M.Ağayev, “Sevil” qadınlar məclisinin sədr müavini S.Meşdiyeva, təlimçi, Quba rayonu internat məktəblərindən yuxarı sinif şagirdləri, 15-24 yaşlı gənclər, həkimlər, müəllimlər, psixoloqlar, rayon Gənclər və İdman şöbəsinin müdiri, gənclər təşkilatının əməkdaşları, QHT nümayəndələri, bələdiyyə əməkdaşları, jurnalistlər iştirak etmişlər.

4 dekabr 2006-cı ildə saat 10:30-da Xanlar rayon mərkəzində “Karusel” restoranında 45 nəfərin iştirakı ilə keçirilən masada RİH-ti başçısının Təhsil, Səhiyyə və Mədəniyyət məsələləri üzrə müavini Kəmalə İbrahimova, Xanlar rayon internat məktəblərinin yuxarı sinif şaqirdləri, 15-24 yaşlı gənclər, müəllimlər, rayon Gənclər və İdman şöbəsinin müdiri, QHT nümayəndələri , Bələdiyyə əməkdaşları, rayon yerli qəzetinin müxbiri və televiziya kanalının nümayəndəsi iştirak etmişlər.

5 dekabr 2006-cı ildə saat 13:30-da Goranboy rayonunda 45 nəfərin iştirakı ilə keçirilən dəyirmi masada RİH-ın başçısının müavini E.İsmayılov, rayon Gənclər və İdman şöbəsinin müdiri, Goranboy rayon internat məktəblərinin şagirdləri, müəllimlər, psixoloqlar, QHT nümayəndələri, bələdiyyə əməkdaşları iştirak etmişlər.

6 dekabr 2006-cı ildə saat 11:00-da Mingəçevir şəhər mərkəzində Uşaq bağçasında 50 nəfərin iştirakı ilə keçirilən dəyirmi masada RİH-nin başçisının Təhsil, Səhiyyə və Mədəniyyət məsələləri üzrə müavini Bayram Mustafa, təlimçi həkim-qinekoloqZ.Pəncəliyeva, Mingəçevir şəhər “Uşaq Birliyi” mərkəzinin rəhbəri X. Həsənova, reproduktiv sağlamlıq dispanserinin həkimi M.Tahirova, internat məktəblərindən yuxarı sinif şagirdləri, 15-24 yaşlı gənclər, Ağdam rayonundan qacqın və məcburi köckünlər, həkimlər, müəllimlər, QHT nümayəndələri, gənclər təşkilatının əməkdaşları, jurnalistlər iştirak etmişlər.

18 dekabr 2006-cı saat 11:00-da Masallı rayonun Ailə Planlaşdırması Mərkəzində 40 nəfərin iştirakı ilə keçirlən dəyirmi masada RİH –ti başçısının Təhsil, Səhiyyə və Mədəniyyət məsələləri üzrə müavini Əliəşrəf Niftiyev, Masallı rayon İçra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarınin müdafiəsi üzrə Komissiyanın məsul katibi H.Xəlilov, RİH-in Təhsil şöbəsinin metodisti M.Əzimova, Azad Həmkarlar Təşkilatının əməkdaşı A.Məmmədova, RİH-nin məsləhətçisi, Qadın şurasının sədri N.Aslanova, RİH-nin məsləhətçi-psixoloqu S.Abuzərova, “Yeni həyat” qəzetinin müxbiri R.Rzayev, Masallı rayonu YAP Məntəqəsinin üzvləri V.Əhmədov, Ə.Rəqimli iştirak etmişlər.

21 dekabr 2006-cı ildə saat 11:00-da Şəki şəhər İMC Təşkilatının Resurs Mərkəzində 36 nəfərin iştirakı ilə keçirilən dəyirmi masada RİH-ti başçisının Təhsil, Səhiyyə və Mədəniyyət məsələləri üzrə müavini Zəhra Cavadova, Şəki şəhər Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarınin müdafiəsi üzrə Komissiyasının sədri Sədri Ağayev, Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi V.İskəndərov, İMC Təşkilatının Resurs Mərkəzinin direktoru, AQİRU-nin koordinatoru D.Lətifova, Şəki şəhər qarışıq tipli internat məktəblərinin yuxarı sinif şagirdləri, şəhərin 15-24 yaşlı gəncləri, müəllimləri, psixoloqları,QHT nümayəndələri, “AzTv” kanalının, “Turan” və “Azərtac” informasiya agentliklərinin nümayəndələri, “Region Şəki” qəzetin müxbirləri iştirak etmişlər.

11 yanvar 2007-ci saat 11:00-da İmişli rayon İçra Hakimiyyətinin binasında 45 nəfərin iştiraki ilə keçirilən dəyirmi masada RİH-ti başçısının Təhsil, Səhiyyə və Mədəniyyət məsələləri üzrə müavini N.Xəlilov, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi H.Əhmədov, MKS-də şöbə müdiri N.İsayeva, RTS-də metodist Ş.Abdullayeva, İmişli MRX-nın həkim-qinekoloqları -V.Məmmədova, S.Ələkbərova və E.Nazimova, İmişli rayon YAP-ın sədr müavini B.Quliyeva, 1 saylı orta məktəbin müdiri Ş.Məmmədova, 5 saylı orta məktəbin müdiri V.Zülfüqarova, 6 saylı orta məktəbin müdiri S.Həşimova, 1 saylı uşaq bağçası və Uşaq Yaradıcılıq Mərkəzinin nümayəndələri iştirak etmişlər.

12 yanvar 2007-ci ildə saat 15:00 Sumqayıt şəhərində 50 nəfərin iştirakı ilə keçirilən dəyirmi masada RİH-ti başçısının müavini R.Həsənov, Sumqayıt şəhəri MKX-nın həkim-qinekoloqu M.Abdullayeva, Azərbaycan Müəllimlər İnstitunun Sumqayıt filialının əməkdaşları Ş.Məmmədova, R.Sultanova və S.Nəbiyeva , RİH-nin Səhiyyə şöbəsinin əməkdaşı B.Məmmədov, ”Qadın Təşəbbüsü” QHT-in əməkdaşı Z.Mustafayeva, Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının əməkdaşları, Symqayıt Tibb Məktəbinin tələbləri, 1 saylı, 7 saylı,18 saylı, 23 saylı, 34 saylı orta məktəblərin, 2 saylı gimnaziyanın, Sumqayıt şəhər Musiqi Texnikumun yuxarı sinif şagirdləri iştirak etmişlər.

Bütün rayonlarda tədbiri giriş sözü ilə Rayon İçra Hakimiyyəti başçılarının Təhsil, Səhiyyə və mədəniyyət məsələləri üzrə müavinləri açaraq, gənclərin Reproduktiv sağlamlıqı barədə maarifləndirilməsi və onların ehtiyaclarının müəyyənləşdirilməsi sahəsində Komitə və BMT-nin Əhali Fondunun həyata keçirdiyi layihənin böyük əhəmiyyət kəsb etdiyini qeyd etmişdirlər. Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdir müavini və layihənin kordinatoru C. Rəhmətullayeva öz çıxışında iştirakçilara layihə barədə ümümi məlumat vermiş, rayon əhalisinə müraciət edərək bildirmişdir ki, müzakirə olunan məsələləslə bağlı problemləri ilə bölüşməkdən çəkinməsinlər və mütəxəssislərin köməyinə müraciət etsinlər. İştirakçı gənclər onlara təqdim olunmuş sosial çarxlar barədə fikirlərini bildlrmişlər. Sosial carxlar Erkən nigah, ailə zorakılığı və gender bərabərliyi mövzularında olmuşdur. Seminarın təlimçisi həkim-qinekoloq Zəhra Pəncəliyeva iştirakçılarla müzakirə olunan məsələlər həsr olunan sosial oyun keçirmişdir. AQUPDK-nın Uşaq problemləri şöbəsinin əməkdaşları C.Rəhmətullayeva və böyük məsləhətçisi N.Qaraxanova gənclərin reproduktiv hüquqları və sağlamlığına həsr edilən slaydların təqdimatını keçirmişlər.

Görüşlərin nəticələri
Görüşlərin nəticəsi kimi Azərbaycanda gənclərin mövcud olan problemləri müəyyənləşdirilmişdir. Bu problemlər aşağıdakılardır:

Məlumatsızlıq ,
Qan qohumluğu,
Erkən nikahlar
Ailədə zorakılıq
Tolerant ünsiyyətdə çətinlik
Müraciət edilə biləcək ünvanların olmaması
CYİ-ra yoluxma halları
Çıxış yolları isə aşağıdakı kimi secilmişdir.
Gənclərin maarifləndirilməsi
Həmyaşıdların həmyaşıdlara düzgün məlumatların ötürülməsi
Gənclərin müraciətlərini qəbul edən xüsusi mərkəzlərin olması
Tolerant ünsiyyətin yaradılması

• 500 nəfər gənc (15-24 yaş arası ),müəllim, psixoloq, həkim, QHT, gənclər və idman təşkilatlarının nümayyəndələri, qaçqın və məcburi
Köçkün ailələrindən olan gənclər və internat müəssisələrində yaşayan gənclər reproduktiv sağlamlıq və reproduktiv hüquqlar barədə məlumatlandırıldılar
• Gənclərin fəallığına görə xüsusi seçilən Quba, Xanlar, Masallı və Sumqayıt şəhəri olmuşdur
• Gənclərin və digər iştirakçiların, demək olar ki, hamısı erkən nikahların əleyhinədir
• Cənub bölgəsində erkən və dini nikahların geniş yayilmış və problemə çevirilmişdir
• İştirakçı gənclərin yalnız 50% öz problemləri barədə danışmaq və sərbəst fikir yürütmək qabiliyyətinə malikdir
• Gənclərin əksəriyyəti tolerant ünsiyyətdə çətinlik çəkir
• Bəzi regionlarda qan qohumluğunun geniş yayılmışdır
• Yoluxucu qan xəstəliklərinin və qanda virusların çoxalması (əsasən bruselyoz, xlamidioz, toksoplazmoz, setomeqalovirus, hepatit B,S )
• Bəzi ailələrdə qız uşaqlarının doğulmasına qarşı etiraz bildirilir, hətta zorakılıq törətmə cəhdləri müşahidə olunur.

Görüşlər zamanı irəli sürülən təkliflər
• Qanunsuz və erkən nikahların qarşısının alınması üçün ailə məcəlləsinə yenidən baxılması və nikahdan öncə nikah müqaviləsinin bağlanması
• AQUPDK-nın nümayəndəliklərinin hər bir rayonda yaradılması
• Nikaha daxil olarkən gənclərin tibbi müayinədən keçməsi (qan və genin yoxlanılması)
• Bu müayinələrin aparılması üçün gənclərin sosial, tibbi, psixoloji, hüquqi, mənəvi dəstək və məsləhət almaq üçün müraciət edə biləcək mərkəzlərin yaradılması
• Bu mövzularda təlimlərin və görüşlərin gənclərin valideynləri ilə təşkil olunması
• Televiziya kanallarında göstərilən veriliş və filmlərin senzuradan keçirilməsi
• Müzakirə olunan mövzularda televiziya və radio verilişlərinin və sosial çarxların hazırlanması və televiziyada işıqlandırılması
• Gənclərin reproduktiv sağlamlığı ilə bağlı məlumatlandırma kompaniyasının genişləndirmək və mütamadi həyata keçirmək
• Gənclərin reproduktiv sağlamlığı ilə bağlı məlumatlandırma kompaniyasını genuişləndirmək və mütamadi həyata keçirmək
• Qaçqın və məcburi köçkünlərin səhiyyə təşkilatlarının Sumqayıt və Bakı şəhərlərində deyil, həmin əhalinin müvəqqəti yerləşdiyi rayonlarda fəaliyyət göstərməsi
• Məktəblərdə şagirdlər üçün ümumi formanın tətbiq edilməsi
• Ətraf mühitin qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsi

Görüşlər zamanı gənclər arasında “Siz öz probleminizi daha cox kimə söyləyirsiniz” sualı ilə sorğu aparılmışdır və sorğunun nəticəsi aşağıdakı kimi olmuşdur.
Gənclər qarşılaşdıqları problemlə əsasən müraciət edirlər

Həkimə 10%
Müəllimə 38%
Məktəb psixoloquna 51%
Valideynlərə 80%

Təhsil işçiləri və vətəndaş cəmiyyəti nümayəndələri üçün təlim modelinin təşkili :

Layihənin həyata kecirildiyi müddətdə layihəyə cəlb olunmuş ekspert qrupu tərəfindən təlim materialları hazırlanmışdır. Təlim materialları 1 günlük təlim proqramı ücün nəzərdə tutulmuş və əsasən görüşlər zamanı qaldırılan problemlər barədə geniş məlumat və bilikləri özündə cəmləşdirir. Təlim materiallarına təlimdə iştirak edəcək təhsil və vətəndaş cəmiyyəti nümayəndələrinin müzakirə olunacaq və veriləcək bilgilər barədə məlumatlılıq səviyyələrini yoxlamaq və təlimdən sonra kecilən təlimin produktivliyini yoxlamaq məqsədi ilə pre və post testlər hazırlanmışdır.

Dövlət sektorundan 4 nəfər ixtisaslı mütəxəssisin cinsi və reproduktiv sağlamlıq və hüquqlar mövzusunda yüksək səviyyədə təlimləndirilməsi: Layihə cərcivəsində kecirilən görüşlərdən öncə layihəyə hazırliq müddətində dövlət sektorundan secilmiş 4 nəfər ixtisaslı mütəxxəssis cinsi və reproduktiv sağlamlıq və hüquqlar barədə təlimləndirimişdir. Həmin mütəxxəssislər AQUPDK nin Uşaq və Ailə şöbələrinin mütəxxəsisləri Nurlanə Qaraxanova (həkim), Cəmilə Bağırova (hüquqşünas), Samir Abdullayev (hüquqşünas), Ulviyyə Hüseynova (pedaqoq) cəlb olnmuşdur.

Mütəxxəsislərin təlimləndirilməsi ücün ekspert qrupu layihəyə cəlb olunmuşdur. Ekspert qrupu eproduktiv sağlamlıq və Ailə Planlaşdırılması sahəsində təcrübəli həkim və psixoloqlar olmuşdur.

Mətbuat və televiziyanın layihəyə cəlb olunması: Layihə müddətində aparılan görüşlərdə rayonların yerli televiziyaları və Azərbaycan Dövlət televiziyasının rayon nümayəndələri iştirak edərək görüşləri televiziyada işıqlandırmışlar. Rayon qəzetləri görüşlər barədə məqalələr vermişdir.

18 yanvar 2007-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində “Gənclərin Reproduktiv Sağlamlığı” layihəsinin yekünu ilə əlaqədar olaraq kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirtildi. Mətbuat konfransında “ Komsomolskaya Pravda-Baku” ,”Xalq cəbhəsi”, “Şərq”, “Yeni Azərbaycan”, “Paritet”, “525-ci qəzet”, “İki Sahil”, “Exo”, “Bakı Xəbər” qəzetinin, “Novosti Azerbaycan”, “Olaylar”, “Trend”, “Azadinform”, “AzərTac” informasiya agentliklərinin, AZTV və STV Televiziya kanallarının nümayəndələri iştirak etdilər.

Konfransı giriş sözü ilə Uşaq problemləri şöbəsinin müdiri S.Əlizadə açdı. AQUPDK-nın Uşaq problemləri şöbəsinin müdir muavini C.Rəhmətullayeva KİV əməkdaşlarına layihə haqqında geniş açıqlama verdi və onların suallarını cavablandırdı. Suallar layihənin müddətini, məqsədi, nəticələrini, mövzularını əhatə edirdi.

Kütləvi informasiya vasitələrinin nümayəndələri aşağıdakı suallarla Komitə əməkdaşlarına müraciət etdilər: o Əksər kişilər nigaha qədər və nigaha daxil olduqduqdan sonra sərbəst həyat tərzi sürdüklərinə görə bir çox infeksion xəstəliklərin daşıyıcıları kimi öz həyat yoldaşlarını da yoluxdururlar. Sözsüz ki, belə insanlar arasında müxtəlif regionlardan olan az təminatlı insanlar da var.Komitə olaraq layihə daxilində bir çox regionlarda belə insanların müraciət etmələri üçün mərkəzlərin açılması və bu mərkəzlərin dövlət tərəfindən maddi baxımdan təmin edilməsi probleminə toxunmusunuzmu ? Rayonlarda Ailə Planlanması Mərkəzlərinin sayını çoxaltmaq nəzərdə tutulurmu? Gənclər arasında maarifləndirmə işi hansı səviyyədə aparılır? Komitənin əməkdaşları bu sualları belə cavablandırdılar:

o Regionlarda belə mərkəzlərin sayının çoxalması nəzərdə tutulur. Eyni zamanda biz regionlarda maarif ləndirmə işini həyata keçiririk ki, gənclər kontraseptik vasitələrdən istifadə etsinlər.

Bundan əlavə regionlarda qızların fəallığı daha da artmışdır. Belə ki, onlar öz repraduktiv sağlamlıqlarını qorumaq üçün əvvəlki dövrlərə nisbətən müasir dövrdə daha tez-tez həkim-ginekoloqlara müraciət edirlər. Mətbuat konfransından sonra C.Rəhmətullayeva layihəni gediçi haqqında Azərbaycan Dövlət radiosuna və “Samanyolu” Televiziyasına geniş musahibə vermişdir

26 yanvar 2007-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdir müavini Ceyran Rəhmətullayeva ANS tele radiosuna gündüz saatlarında canlı veriliş zamanı müsahibə vermişdir.Müsahibə verilişdə qoyulan “Nigahdan öncə tibbi müayinənin könüllü və ya qanuni olaraq vacib olmalıdır” sualı ilə dinləyicilərin müzakirəsinə verilən məsələ ilə bağlı ANS tele radiosunun müraciəti ilə dövlət komitəsinin məsul əməkdaşı və “Gənclərin Repraduktiv sağlamlığı” layihəsinin koordinatoru kimi məsələyə münasibət bildirərək, həm layihə, onun nəticələri və Komitənin Gələcəkdə Ailə Məcəlləsinə yenidən baxılması və dəyişikliklərin edilməsi ilə bağlı təkliflərin verilməsi barədə məlumat verərək, məhz gənclərin nigahdan öncə tibbi müayinənin aparılmasının dövlət tərəfindən könüllü deyil vacibliyinin tələb olunmasının rəsmi qaydada tətbiq edilməsini təklif etdiklərini bildirdi.

14 yanvar 2007-ci il tarixdə Uşaq problemləri şöbəsinin əməkdaşları İctimai Televiziyanın Aktual proqramında iştirak etdilər. 23 yanvar 2007-ci il tarixdə Proqram İctimai Televiziyanın efirində yayımlandı.

Proqram “Ailə qurarkən sağlamlıq haqqında arayış tələb olunmalıdır, yoxsa yox?” mövzusuna həsr olunmuşdur. Proqramda çıxış etmək üçün Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət komitəsinin Uşaq problemləri şöbəsinin müdir müavini C. Rəhmətullayeva, AİDS-lə Mübarizə Mərkəzinin həkim-psixoloqu, Narkoloji Dispaserin həkimi, VVAQ şöbəsinin nümayəndəsi, ilahiyyətçi alim dəvət olunmuşdur. Proqramda çıxış edən C. Rəhmətullayeva Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin BMT-nin Əhali Fondu ilə birgə “Gənclərin repraduktiv sağlamlığı” layihəsini həyata keçirməsindən və bu layihə çərçivəsində Goranboy, İmişli, Masallı, Quba, Xaçmaz, Xanlar, Mingəçevir, Şəki, Sumqayıt bölgələrində 15-24 yaş gənclər arasında keçirdikləri dəyirmi masaların nəticələrindən və gənclərin repraduktiv sağlamlıq mövzusuna olan münasibətdən bəhs edirdi.

O, qeyd etdi ki, ailə qurarkən sağlamlıq haqqında arayış qanuni şəkildə olması dövlət tərəfindən tənzimlənməlidir. Çıxış etmək üçün dəvət olunan qonaqlar və auditoriya bu mövzu ilə bağlı müxtəlif fikirlər səsləndirdilər. VVAQ şöbəsinin nümayəndəsi qeyd etdi ki, Ailə Məcəlləsinin 13-cü maddəsində nigaha daxil olan şəxslərin tibbi müayinəsinin könüllü surətdə olduğu bildirilir. Yasamal rayon VVAQ şöbəsinin nümayəndəsinin fikrincə, bu arayış qanuni olmalıdır. Nigaha daxil olmağa qərar verən iki gənc sağlamlıq haqqında ərizə forması ilə birgə təqdim etməlidir.

İştirakçıların bəzilərinin fikirlərinə görə isə bu arayış heç zaman məcburi şəkildə ola bilməz.Gənclər sağlamlıq haqqında arayışın vacibliyini kifayət qədər anladıqda özləri könüllü şəkildə bunu edə bilərlər.

Auditoriya dinləyici kimi iştirak edən tamaşaçıların əksəriyyəti sağlamlıq haqqında arayışın qanuni şəkildə olmasının tərəfdarı kimi çıxış etdilər. Onlar qeyd etdilər ki, yoluxucu xəstəliklərin kütləvi hal aldığı bir dövrdə nigaha daxil olan gəncin bir-birlərinin sağlamlıqları haqqında bilmələri olduqca vacibdir. Bu onların gələcək problemlərinin qarşısını almağa yardım edəcək. Ümumiyyətlə, insanların həm öz sağlamlıqları haqqında, həm də tərəf müqabilləri haqqında bilmələri Respublikanın gələcək sağlam genafonduna zəmanət verir.

Layihənin yekunlarına həsr olunmuş konfrans: 5 Fevral 2007-ci il tarixdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondu tərəfindən həyata keçirilmiş “Cənubi Qafqazda Gənclər Üçün Repraduktiv Sağlamlıq Təşəbbüsü” layihəsi çərçivəsində Azərbaycan Respublikasının bölgələrində keçirilmiş icma görüşlərinin ilkin mərhələsinin nəticələrinə dair yekun konfrans keçirilmişdir

Konfrasda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BMT-nin Əhali Fondunun baş müvəkkili Fərid Babayev, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, millət vəkili Fuad Muradov, Bakı Baş Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəyova, Dini Qurumlarla İş üzrə baş əməliyyat müvəkkili Tanrıverdi Aydınov, AQUPDK-nın Uşaq problemləri şöbəsinin müdir müavini Ceyran Rəhmətullayeva, Yeni Təfəkkür qəzeti, İki Sahil qəzeti, Azərtac, Palitra qəzeti, Səs qəzeti, Euro Xəbər, Bakı qəzeti, Azərbaycan Televiziyası, Spase Televiziyası, Lider Televiziyası, tələbə gənclər təşkilatının əməkdaşları, QHT nümayəndələri və psixoloqlar iştirak etmişlər.

Konfransı giriş sözü ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, millət vəkili Fuad Muradov açaraq gənclərin reproduktiv sağlamlıq barədə maarifləndirilməsi sahəsində həyata keçirilən layihənin böyük əhəmiyyət kəsb etdiyini qeyd etmişlər. Bakı Baş Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəyli öz çıxışında “Gənc nəslin sağlamlığı və yoluxucu xəstəliklərə qarşı preventiv tədbirlər” mövzusuna toxunaraq bildirmişdir ki, gənclər nigahdan qabaq tibbi müayinədən keçməlidirlər. Bu tibbi müayinənəin tərkibinə genein vı qanın yoxlanılması vacib şərtlərdəndir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Gündüz İsmayılov dində qanunsuz və erkən nigahın yolverilməzliyi mövzusunda çıxış edərək qeyd etmişdir ki, dini qaydalara görə nigahın rəsmi şəkildə qeydə alınması vacibdir. DİN-nin Bakı Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusi və mühüm işlər üzrə baş əməliyyat müvəkkili Tanrıverdi Aydınov “Narkotik vasitələrin törətdiyi fəsadlar və mübarizə yolları” mövzulu çıxışında statistik məlumatlar verməklə yanaşı qeyd etmişdir ki, müharibə şəraitində yaşayan dövlətin gənclərinin narkotikə qurşanması çox acınacaqlı haldır.

AQUPDK-nın Uşaq problemləri şöbəsinin müdir müavini Ceyran Rəhmıtullayeva layihənin nəticələri ilə bağlı slaydların təqdimatını keçirdikdən sonra QİÇS və uşaqlara qarşı ayrı seçkiliklə bağlı sosial çarxlar nümayiş etdirilmişdir.

Daha sonra layihənin təqdimatı ilə bağlı suallar, müzakirələr və tövsiyyələr oldu. AQUPDK-nın sədr müavini Sədaqət Qəhrəmanova qeyd etdi ki,belə maariflədirmə işi apararkən auditoriya seçiminə diqqət yetirmək lazımdır. Daha çox problemi olan-xüsusilə də ata və oğulları cəlb etmək lazımdır.

BDU-nin psixologiya kafedrasının dosenti Gülşən Tağıyeva layihənin uğurla nəticələndiyini qeyd edərək bildirdi ki, maarifləndirmə işi kompleks şəkildə (hüquqi, psixoloji, fiziki, repraduktiv ) aparılmalıdır. Şəki Rayon Gənclər İdarəsinin rəisi Vüqar İsgəndərov müasir dövrdə gənclərin çox hissəsinin təhsildən yayındığını nəzərə çatdıraraq bildirdi ki, belə təbliğat işləri qeyri təhsil müəsisələrində aparılsa daha yaxşı olardı. İrəli Gənclər Hərakatının rəhbəri Ceyhun Osmanlı qeyd etdi ki, maarifləndirmə işini daha geniş şəkildə aparmaq üçün könüllü gənclərdən ibarət təlimçi qruplar yaradılması daha məqsədə uyğundur. Müzakirəyə çıxarılan məsələlərdən aydın oldu ki, dində toleranlığın olmaması, dini famatizm, erkən nigah, qan qohumluğu kimi problemlər hələ də geniş şəkildə vüsət almaqdadır.

Konfransın sonunda tələbə gənclər təşkilatının əməkdaşları AQUPDK-nın sədri Hicran Hüseynovaya müraciət edərək layihədə əldə olunan nəticələrin hansı istiqamətdə istifadə olunması və psixoloqların fəaliyyətinin genişləndirilməsi üçün hansı tədbirlər planının nəzərdə tululması ilə bağlı suallar verdilər.

AQUPDK-nın sədri Hicran Hüseynova verilən sualların çox maraqlı olduğunu qeyd edərək bildirdi ki, Komitə informasiya şöbəsinə daxil olan bütün informasiyaları izləyir və bunun əsasında öz fəaliyyət istiqamətini qurduğunu və eyni zamanda əldə olunan bu nəticələrin əsasında gələcəkdə Milli Məclis və Nazirlər Kabinetinə təkliflərin veriləcəyini də qeyd etdi. Psixoloqların fəaliyyətini genişləndirmək üçün isə treninqlərin təşkil olunması və QHT-in köməyindən istifadə olunması nəzərdə tutulmuşdur.




Baş xəbər 

Press-reliz 

Komitəmiz

Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə fəaliyyət göstərdiyi dövr ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir