Ailə
Ailə problemləri sahəsində fəaliyyət istiqamətləri
1. Dövlətin ailə siyasətini həyata keçirmək məqsədi ilə Komitənin üzərinə düşən vəzifələri icra etmək.
2. Ailə problemləri sahəsində normativ hüquqi aktların təhlilinin aparılmasını; ailənin hüquqlarının təmin edilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirməsini; qanunların qəbul edilməsinə və ya qəbul edilmiş qanunlara yenidən baxılmasına dair təkliflərin, qanunvericilkdə aşkar edilmiş boşluqların və ziddiyyətlərin aradan qaldırılması məqsədilə müvafiq təkliflərinin, arayışların, ümumiləşdirici materialların və digər sənədlərin hazırlanmasını təmin etmək;
3. Ailə hüququ sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsində öz səlahiyyətləri daxilində iştirak etmək; Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;
4. Ailə problemləri sahəsi üzrə dövlət proqramları layihələrinin işlənib hazırlanmasında iştirak etmək, dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini təmin etmək;
5. Ailə problemləri sahəsində həyata keçirilən tədbirlərin səmərələşdirilməsi və sürətləndirilməsi üçün hazırlanan proqramların hüquqi əsaslandırılmasını təmin etmək;
6. Qaçqın və məcburi köçkünlərin, məhkümların, hərbi qulluqçuların, aztəminatlı ailələrin sosial problemlərini öyrənmək və onların həlli üçün əlaqədar dövlət orqanları qarşısında məsələlər qaldırmaq;
7. Ayrı-ayrı kateqoriyalara aid olan şəxslərin (qaçqın və məcburi köçkünlərin, məhkümların, hərbi qulluqçuların və s.) ailələrinin vəziyyətinə təsir göstərən halların araşdırılmasınıa dair təkliflərin hazırlanmasını təmin etmək;
8. Ailə başçısını itirmiş şəhid ailələrinin problemlərinin dövlət orqanları tərəfindən həlli məqsədi ilə müvafiq vəsatətlər qaldırmaq;
9. Qayğıya ehtiyacı olan, aztəminatlı ailələr üçün yardım xidmətlərini təşkil etmək;
10. Müasir idarəetmənin və bazar iqtisadiyyatının əsaslarının öyrənilməsi istiqamətində, ailə-kəndli təsərrüfatlarının yaradılmasında müvafiq dövlət orqanları ilə birlikdə məsləhətlərin verilməsini, bu sahəyə aid seminar, trening, kursların təşkil olunmasını təmin etmək;
11. Ailə hüquqları haqqında əhalinin maarifləndirilməsini təmin etmək;
12. Ailə problemləri ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
13. Ailə sahədə dövlət siyasətinin əsas istiqamətlərinə dair təkliflər vermək;
14. “Sağlam ailə” prinsipini həyata keçirmək;
15. Ailə sahəsi üzrə vahid informasiya sistemini yaratmaq;
16. Ailə zorakılığına, erkən nikah, insan alverinə qarşı dövlət proqramlarının hazırlanmasında və həyata keçirilməsində Komitənin üzərinə düşən vəzifələri icra etmək.








