Heydər Əliyev"Uşaqlar müstəqil Azərbaycan Respublikasının parlaq gələcəyidir";   "Qadın dünyadır, qadın həyatdır, insanlığı yaşadan müqəddəs varlıqdır…Qadın hərakatı böyük qüvvədir";   "Uşaqlara qayğı hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur!"

Uşaq

Uşaq problemləri sahəsində fəaliyyət istiqamətləri

Komitə uşaqların müdafiəsinin və onların rifahının yaxşılaşdırılması, hüquq və azadlıqlarının təmin edilməsi, dövlətin uşaqlarla əlaqədar siyasətinin, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər fiziki və hüquqi şəxslərin fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirmişdir.

Azərbaycan Respublikası Prezidentinin 29 mart 2006-cı il tarixli 1386 ¹-li Sərəncamı ilə “Azərbaycan Respublikasında Dövlət uşaq müəssisələrindən uşaqların aillələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” qəbul olunmuşdur. Bu Dövlət Proqramının icrası istiqamətində Komitə aktiv fəaliyyət göstərir, respublikanın bütün rayonlarında Proqramın təbliğini təşkil edir və onun həyata keçirilməsində əlaqədar dövlət qurumların, QHT-rin və geniş içtimaiyyətin iştirakı ilə seminarlar keçirir, maarifləndirmə işləri aparır, çap materialları hazırlayır.

Proqram çərçivəsində müəssisələrdə olan real vəziyyətin öyrənilməsi məqsədilə AQURDK Maliyyə, Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri ilə birgə dövlət uşaq müəssisələrində monitorinqlər keçirmişdir. Monitorinq zamanı müəssisələrdə olan hər bir uşaq və onun ailəsi haqqında məlumat toplanılmış və məlum olmuşdur ki, əksər hallarda uşaqların diaqnozu dəqiq müəyyənləşdirilməmiş, bəzi hallarda uşaqlar müəssisələrə təyinatı üzrə, qruplara isə xəstəlik dərəcələrinə görə yerləşdirilməmişlər.

26 mart 2006-cı il tarixində Bakı Muzey MərkəzindəAQURDK, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı, UNİCEF və Save the Children beynəlxalq təşkilatları Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlarla İşləyən QHT və İcma əsaslı mərkəzlərin birgə hazırladığı Birinci Milli Konfrans və Sərgi keçirilmişdir.

2006-cı ilin iyun ayından başlayaraq Komitə UAFA təşkilatı ilə birgə “Valideyn iştirakı” adlı birillik layihəni həyata keçirməyə başlamışdır. Layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərini öz uşaqlarının vəkillərinə çevirmək, de-institusionalizasiya ilə bağlı ictimaiyyətin məlumatlandırılması və valideyn birliklərinin yaradılmasıdır.

Bundan başqa De-institusionalizasiya proqramı çərçivəsində Müasir Təhsil və Tədrisə Yardım təşkilatının təşəbbüsü ilə Budapeşt Əqli Sağlamlıq Təşəbbüsü Açıq Cəmiyyət İnstitutunun regional rəhbərliyi ilə görüş keçirilmiş, əməkdaşlıq haqqında razılıq əldə edilmiş və reabilitasiya mərkəzi yaratmaq məqsədilə layihə hazırlamaq nəzərdə tutulmuşdur.

AQURDK 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar 2006-cı ildə 10 günlük silsilə tədbirlər keçirmişdir:

• “Yetkinlik yaşına çatmayan hüquqpozucularının əhv olunması və azadlıqdan məhrum etmədə alternativ tədbirlərin tətbiqi ” adlı dəyirmi masa (27 aprel 2006)
• “Uşaq hüquqlarının müdafiəsi və uşaq problemlərinin həlli sahəsində fəaliyyət göstərən qurumların mükafatlandırılması” ilə bağlı mətbuat konfransı (1 may 2006)
• «Hemofiliya xəstəlikli uşaqlar üçün qan köçürmə aksiyası» (25 may 2006)
• Xüsusi qayğıya ehtiyacı olan uşaqlara dair I Milli Konfrans (26 may 2006)
• “Heç bir uşağı nəzərdən qaçırmayaq” milli-ictimai mükafatın təqdimetmə mərasimi (29 may 2006) (29 may 2006)
• Uşaq tərbiyə-islah müəssisələrində uşaqların öz valideynləri, müəllimləri və incəsənət xadimləri ilə görüşü (30 may 2006)
• Yetim və valideyn himayəsindən məhrum olunmuş uşaqlar üçün “Biz günəşin şəfəqləriyik” adlı əyləncəli konsert proqramı (31 may 2006)
• internat və ailələrdə yaşayan xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yekun əyləncəli proqram (1 iyun 2006)
• “Kimsəsiz uşaqların cəmiyyətə ismarıcı” adlı dəyirmi masa.

Bu il mart ayında AQUPDK, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Uşaq Fondu birgə birillik “Uşaqların Müdafiəsi Proqramı”nı imzalamışlar. İl ərzində Proqramda nəzərdə tutulmuş tədbirlər birgə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş, avqust ayında yarımillik hesabata dair I Milli Konfrans, dekabr ayında isə Proqramın yekunlarına dair II Milli Konfrans keçirilmişdir.

Komitənin təşəbbüsü ilə nitqində qüsur olan uşaqlar üçün 17 saylı xüsusi internat məktəbində tədbir keçirilmişdir. Bu tədbirdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar və imkansız ailələr arasından 16 nəfər seçilmiş və bu ailələrə Komitə tərəfindən ərzaq yardımı göstərilmişdir.

2006-cı ildə Qanunla münaqişədə olan uşaqlara dair Azərbaycan qanunvericiliyi, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyası, Yuvenal Ədliyyə üzrə BMT-nin Minimum Standartları və Normalarının təhlili ilə bağlı AQUPDK və UNİCEF təşkilatının apardığı təhlil başa çatmışdır. Təhlil cinayət əməllərinin törədilməsində təqsirli bilinən və rəsmi cinayət mühakiməsi sistemi ilə baxılan 14 yaşından uşaqları və ya cinayət əməlləri və xırda cinayət törətmiş və gələcəyi Azyaşlılar üzrə Komissiya tərəfindən müəyyən olunan 14-18 yaşlı uşaqları əhatə edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2003-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baxımsız və küçə uşaqları probleminin həlli üzrə Tədbirlər Planı” çərçivəsində YUNİSEF ilə bu uşaqlar üçün sosial və psixoloji reabilitasiya işinin və mərkəzlərinin təşkili sahəsində layihənin həyata keçirilməsi üçün işlərə başlanmışdır.

2006-2008-ci illər üzrə Yuvenal Ədliyyə Sisteminin İslahatları Proqramı Uşaq Hüquqları Komissiyası və YUNİSEF təşkilatının Azərbaycanda yuvenal ədliyyə sistemində apardığı situasiyalı təhlil tövsiyyələrinə cavab olaraq Komitə YUNİSEF-lə birgə “Azərbaycanda yuvenal ədliyyənin tərbiyyəvi alternativləri” adlı iki illik pilot layihə hazirlamışdır. Layihəyə sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyasını təmin etmək məqsədilə qanunla münaqişəyə girən, təhsildən yayınan uşaqlar cəlb olunmuşdur.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2006-cı il 15 sentyabr tarixli 211 ¹ li qərarına əsasən “Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı” təsdiq edilmişdir. Bu proqramda AQUPDK–nin aşağıdakı təklifləri öz əksini tapmışdır:

• Azərbaycan Respublikasının şəhər və rayonlarında ana və uşaq sağlamlığının qorunması xidmətinin fəaliyyəti üzrə monitorinqin keçirilməsi və nəticələrin təhlili;
• Reproduktiv sağlamlıq, ana və uşaqların mühafizəsi sahəsində qanunvericilik aktlarının ÜST-nin tövsiyyələrinə uyğunlaşdırılması məqsədilə təkliflərin hazırlanması ;
• Mamalıq patalogiyasında yeni müalicə və diaqnostika üsullarının tətbiq olunması üçün beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə elmi-praktik konfrans və seminarın keçirilməsi;
• Əhali arasında sanitar-maarifçilik işinin genişləndirilməsi, reproduktiv sağlamlıq və ailə planlaşdırılması mövzusunda radio və televiziyada xüsusi verlişlərin təşkili.

Bu Proqrama əsasən hazırda Komitə BMT-nin Əhali Fondu ilə birgə “Azərbaycanda Gənclərin Reproduktiv Sağlamlığı” adlı geniş miqyaslı layihə həyata keçirir. Layihə 17 noyabr 2006-cı ildən başlanmış, 17 yanvar 2007-ci ilədək davam edəcək. Bu layihə Azərbaycanın 10 regionunda (Quba, Xaçmaz, Sumqayıt, Xanlar, Şəki, Masallı, İmişli, Goranboy, Mingəçevir, Bakı) 15-24 yaş arası 400 nəfər gənc, məcburi köçkün, qaçqın ailələrindən olan yeniyetmə və qadınlar, küçə uşaqları, kənddən rayonlara və şəhərə işləmək üçün gələn gənclər, internat müəssisələrində yaşayan gənclər, müəllimlər, həkimlər, bələdiyyə üzvləri, psixoloqlar, media nümayəndələri, idman liderləri, dini qurumların nümayəndələrinin iştirakı ilə həyata keçirilir.

Layihənin məqsədi - gənclərin cinsi və reproduktiv sağlamlıq və hüquqlarının təmin edilməsi ilə bağlı vətəndaş cəmiyyətinin səmərəli fəaliyyətinin təşkili və geniş ictimai kütlələrin bilik və maraq dairəsinin genişləndirilməsidir. Layihə çərçivəsində keçirilən görüşlərdə gənclərin reproduktiv problemləri, valideyn, müəllim və gənclərin ünsiyyəti, gənclərin reproduktiv hüquqları, gənclərin iştirakı, erkən nikahlar, qadın zorakılığı, tolerant ünsiyyət (reproduktiv sağlamlıq barədə), məsuliyyətli davranış kimi məsələlər müzakirə olunur.

Hazırda AQUPDK Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixdə qəbul olunan “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Qanunun həyata keçirilməsi sahəsində fəaliyyət göstərir. Bu məqsədlə Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq təklifi ilə müraciət məktubu hazırlanmışdır.

2006-cı ilin avqust ayında Azərbaycanın Şimal bölgələri - Siyəzən, Dəvəçi, Xaçmaz, Qusar və Quba rayonlarında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunmuş “Sağlam ailə - cəmiyyətin təməlidir” mövzusunda təbliğat-təşviqat kampaniyasında Komitənin əməkdaşları fəal iştirak etmişlər.

3 dekabr Ümumdünya Əlillər günü münasibətilə Komitə UAFA təşkilatı ilə birgə xüsusi qayğıya ehtiyacı olan uşaqların yürüşünü təşkil etmişdir. Yürüşdə internat (Saray - 7 saylı, Şağan – 3 saylı) və ailələrdən olan 40 nəfər əlil uşaq iştirak etmişdir.

BMT Uşaq Fondunun (UNİCEF) təşkil etdiyi Uşaqların Müdafiəsi İslahatları Proqramı çərçivəsində “Azərbaycanda uşaqların Müdafiəsi – Uşaqların arzusu” adlı II konfransda Prezident Aparatının, Nazirlər Kabinetinin nümayəndələri, Dövlət Uşaq Müəssisələrinin direktorları, Bakı Dövlət Universitetinin professor-müəllim heyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları, qeyri – hökumət təşkilatlarının nümayəndələri iştirak edirdilər.

Konfransın əsas məqsədi uşaqların müdafiəsi sahəsində təcrübə mübadiləsi və Uşaqların Müdafiəsi İslahatları Proqramının həyata keçirilməsi ilə əlaqədar təkliflərin irəli sürülməsi idi. AQUPDK-nin sədri xanım Hicran Hüseynova xüsusi qayğıya ehtiyacı olan uşaq və ailələrə dəstək göstərilməsi istiqamətində prioritet məsələlər barədə danışdı. Xanım Hüseynova xüsusi qayğıya ehtiyacı olan uşaqların inteqrasiyası və reabilitasiyasının cəmiyyətin qarşısında duran əsas vəzifələrdən olduğunu söylədi.

2007-ci ilin may ayında Uşaq Hüquqları Konvensiyasının icrası istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, UNİCEF-in Azərbaycandakı nümayəndəliyi, Save the Children (Uşaqların Xilası) Təşkilatı və Uşaq Hüquqları üzrə QHT Alyansı ilə əməkdaşlıq çərçivəsində II Milli Konfrans keçirilmişdir. Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Problemlərinə həsr olunmuş bu tədbirdə I Milli Konfransda sağlamlıq imkanları məhdud olan uşaqlarla işləyən QHT-lər və müvafiq dövlət qurumlarının nümayəndələri tərəfindən səslənən təkliflər əsasında hazırlanmış Milli Fəaliyyət Planı layihəsi müzakirə olunmuşdur. Həmin layihə ilə bağlı yeni rəy və təkliflər Komitə tərəfindən qəbul olunmuş, hazırda layihənin son varinatı Nazirlər Kabinetinə təqdim olunmaq üçün hazırlanır.

Uşaq problemləri şöbəsinin əməkdaşları İtaliyanın Boloniya Universitetinin ekspertləri tərəfindən “Uşaqların dövlət himayəsindən ailə şəraitində böyüməsinə (de-institusionalizasiya) doğru standartların hazırlanması və beynəlxalq təcrübənin öyrənilməsi” məqsədilə 2007-ci ilin fevral ayında Gəncə və Şəkidə, aprel ayında Bakı, Lənkəran və Naxçıvanda regional seminarlarda, mart ayında İsveçin Stokholm Universitetinin ekspertləri tərəfindən uşaqlar üçün fərdi planın hazırlanması, uşaqların ailələrə qaytarılması mexanizmləri və sosial xidmətlərin təşkili mövzusunda təlimlər keçmişdir.

Uşaq problemləri şöbəsinin əməkdaşları beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində De-institusionalizasiya prosesinin mexanizminin həyata keçirilməsi və alternativ qayğı xidmətlərinin təşkili təcrübəsinin öyrənilməsi məqsədilə 2007-ci ilin fevral ayında Qırğızıstanda, Xorvatiyada, aprel ayında Türkiyədə təşkil olunan mübadilə səfərlərində təlimlər keçmişdir.

- Reproduktiv sağlamlıqla bağlı Uşaq problemləri şöbəsi BMT-nin Əhali Fondu ilə birgə “Cənubi Qafqazada Gənclərin Reproduktiv Sağlamlıq Təşəbbüsü” adlı geniş miqyaslı layihənin I mərhələsini həyata keçirmişdir. Bu layihə 2006-cı ilin noyabr ayından başlanmış 2007-ci ilin fevral ayınadək davam etmişdir. Azərbaycanın 10 regionunda - Quba, Xaçmaz, Sumqayıt, Xanlar, Şəki, Masallı, İmişli, Goranboy, Mingəçevir, Bakıda 15-24 yaş arası 400 nəfərin cəlb olunduğu layihənin məqsədi – gənclərin cinsi və reproduktiv sağlamlıq və hüquqlarının təmin edilməsi ilə bağlı vətəndaş cəmiyyətinin səmərəli fəaliyyətinin təşkili və geniş ictimai kütlələrin bilik və maraq dairəsinin genişləndirilməsi idi.

2007-ci ilin fevral ayında layihə çərçivəsində Azərbaycanın bölgələrində keçirilmiş icma görüşlərinin ilkin mərhələsinin nəticələrinə dair Respublika səviyyəsində yekun konfrans keçirilmişdir. 2007-ci ilin yanvar ayında Moskvaətrafı Ruza şəhərində “Moskva ətrafı qadın təşkilatlarının ittifaqı” ictimai təşkilatının dəvəti ilə “Gənclər hərəkatının regional inkişafında sosial əməkdaşlıq” adlı regionlararası konfransında S. Əlizadə iştirak etmişdir.

Konfransda bir neçə MDB nümayəndəsi iştirak etmiş və “Moskvaətrafı qadın təşkilatlarının ittifaqı” rəhbərliyi tərəfindən əməkdaşlıq və ittifaqa daxil olmaq təklif olunmuşdur.

“Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı” nın (2000-2006) icrası ilə bağlı ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə birgə təşkil olunmuş və müvafiq nazirlik və komitələrin iştirakı ilə 2006-cı ilin oktyabr ayından – 2007-ci ilin aprel ayınadək Bakının rayonlarında (məktəb və universitetlər daxil olmaqla) və Azərbaycanın bir sıra regionlarında - Abşeron, Biləsuvar, Gəncə, Mingəçevir, Yevlax, Qəbələ, İsmayıllı, Şamaxıda “Narkomaniya əsrin bəlasıdır” mövzusunda həyata keçirilən sisilə maarifləndirmə tədbirlərində Uşaq problemləri şöbəsinin

əməkdaşı Komitənin bu sahədə gördüyü maarifləndirmə işlərindən, sağlam ailə, uşaqların sağlam mühitdə yaşaması mövzularında çıxış etmişdir.

“Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009)” çərçivəsində Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edilən “Narkomanlığa və QİÇS-ə qarşı mübarizə mənəviyyatın xilasıdır” mövzusunda 2007-ci ilin may-iyun aylarında Azərbaycanın bir sıra bölgələrində - Gəncə, Mingəçevir, Yevlax, Samux, Qəbələ, Oğuz, Şəki, Qax, Goranboy, Tərtər, Bərdədə təşkil olunan maarifləndirmə tədbirlərində Uşaq Problemləri şöbəsinin əməkdaşları “Uşaqların neqativ hallardan çəkindirilməsi üçün valideynlərin üzərinə düşən vəzifələr”, “Ailələrdə uşaqların düzgün tərbiyə olunması” mövzularında çıxışlar etmişdilər.

Aksiyalar çərçivəsində Uşaq problemləri şöbəsi Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) müraciətinə əsasən aztəminatlı əhalinin müayinəsi, orta məktəb şagirdləri arasında gigiyena, ekoloji problemlər və ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirmə işinin aparılması məqsədilə Türkiyənin “Səhiyyə və Təbiət Könüllüləri” (SYMBYOSİS) doktor-təşəbbüs qrupunun 2007-ci ilin may ayında Azərbaycana səfərini, Qazax, Şəmkir, Gədəbəy, Tovuz, Şamaxı rayonlarında 2000-dən artıq əhali arasında tibbi müayinə işini, Azərbaycana dərman preparatları və tibb avadanlıqlarının gətirilməsini təşkil etmişdir.

Bununla əlaqədar uşaq problemləri şöbəsi Koordinasiya Şurasının işinə cəlb olunan qurumları təmsil edəcək üzvlərin seçilməsi istiqamətində fəaliyyət göstərmişdir.

Uşaq problemləri şöbəsi Azərbaycan Respublikasında Uşaq Hüquqlarının qorunması sahəsində Milli Fəaliyyət Planının hazırlanması üzərində işləmişdir. Milli Fəaliyyət Planı Koordinasiya Şurasının 2007-ci ilin aprel ayında keçirilmiş ilk iclasında Şuranın tərkibinə daxil olan dövlət qurumları və QHT-lərə təqdim olunmuşdur. Milli Fəaliyyət Planına əlavələr və təkliflər aprel-may aylarında toplanılmış, MFP-na təkliflər nəzərə alınmaqla son varinatı hazırlanmış və Nazirlər Kabinetinə təqdim olunmuşdur.

Bayram tədbirləri çərçivəsində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaq problemləri şöbəsi dekada təşkil etmişdir. Dekada çərçivəsində Biləcəri qəsəbəsində yerləşən 11 saylı uşaq poliklinikasında hemofiliya xəstəlikli uşaqlar üçün qanköçürmə aksiyası, Xətai rayonunda yerləşən Uşaq cəzaçəkmə müəssisəsində tədbir, Uşaq Stomatoloji Poliklinikasında ailələrdə yaşayan xüsusi qayğıya ehtiyacı olan uşaqların tibbi müayinəsi keçirilmişdir.

Uşaq problemləri şöbəsi 14-28 iyul 2007-ci il tarixdə Rusiyanın Moskva şəhərində “Oyun -3000” Təşkilatı, “Sovremennik” Moskva Teatrı, “Travers” Edinburq Teatrının və Böyük Britaniyanın Rusiya Federasiyasındakı səfirliyinin dəstəyi ilə təşkil olunmuş 13-16 yaşlı yeniyetmələr arasında keçirilən “Class Act Russia – 2007” beynəlxalq teatr-dramaturgiya layihəsində Azərbaycandan olan 5 nəfər istedadlı uşağın iştirakını təmin etmişdir.

Rusiyanın və MDB ölkələrinin orta ümumtəhsil məktəb və internat evlərinin uşaqlarının iştirak etdiyi “Class Act Russia – 2007” layihəsində Azərbaycandan iştirak edən istedadlı uşaqlar müəllif ssenarilərinə görə fərqlənmə diplomları ilə təltif olunmuşdular.

Komitənin UNİCEF-lə əməkdaşlığı çərçivəsində İtaliyanın Boloniya Universitetinin ekspertləri tərəfindən “Uşaqların dövlət himayəsindən ailə şəraitində böyüməsinə (de-institusionalizasiya) doğru standartların hazırlanması və beynəlxalq təcrübənin öyrənilməsi” məqsədilə 2007-ci ilin 6 ayı ərzində Gəncə, Şəki, Bakı, Lənkəran, Naxçıvanda regional seminarlar, İsveçin Stokholm Universitetinin ekspertləri tərəfindən “Uşaqlara qayğı və sosial iş üzrə standartların hazırlanması” mövzusunda dövlət qurumları, QHT-lərin iştirakı ilə seminarların keçirilməsini təmin etmiş və Komitənin əməkdaşları seminarlarda təlimlər keçmişdir.

Bundan başqa iyun ayında Komitə Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil Nazirlikləri, UNİCEF və Avropa İttifaqı ilə birgə uşaq müdafiə sistemində islahatlara və “Uşaqlar üçün yararlı dünya” Bəyannaməsinə dair hesabatın 5-ci ildönümünə həsr olunmuş konfrans keçirmişdir.

5-15 yaşlı uşaqlar arasında 17 Oktyabr – Yoxsulluğun ləğv edilməsi Günü münasibətilə BMT tərəfindən təşkil edilən müsabiqə “Biz yoxsulluğa son qoya bilərik”adlı BMT markasının yaradılması üçün rəsmlərin təqdim edilməsi. BMT-nin Nyu-Yordakı qərargahında keçirilən sərgidə nümayiş etdiriləcəkdir.

11 oktyabr - Ş.Qurbanov adına Musiqili Komediya Teatrında AR Gənclər və İdman Nazirliyinin Təşkilat Komitəsi tərəfindən qaçqın və məcburi köçkün yeniyetmə və gənclərin II Respublika yaradıcılıq festival-müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi və qala-konserti keçirilmlşdir.

BMT-nin Qadınlar Gildiyasının Xeyriyyə Komitəsinə təqdim edilmiş 45 layihədən Azərbaycanın Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi ictimai birliyinin sağlamlıq imkanları məhdud olan uşaqlara xüsusi araba və digər avadanlıqların alınması layihəsi qalib gəlmişdir. 7-14 oktyabr 2007-ci ildə şöbənin əməkdaşları müsabiqəyə həsr olunmuş tədbirdə iştirak etmək məqsədilə Avstriyaya səfər etmişlər.

30 oktyabr – Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı tərəfindən İngiltərənin “Every Child” və “BİG” təşkilatlarının dəstəyi ilə Şağan kəndində “Azərbaycanda həssas təbəqədən olan uşaqların öz ailələrində yaşamasının təmin edilməsi” layihəsinin müzakirəsinə həsr olunmuş görüş keçirilmişdir.

19-23 noyabr – Moskva şəhərində “Respublika Sport” Uşaq Sosial Fondu İdman və Bədən Tərbiyəsi üzrə Federal Agentliyinin dəstəyi ilə sağlamlıq imkanları məhdud olan uşaqların 3-cü Ümumrusiya Açıq Spartakiadasında yüngül atletika üzrə Azərbaycanı 1, 2 və 3 saylı Kar və Zəif Eşidənlıər üçün İnternat Məktəblərindən olan uşaqlar təmsil etmişlər.

20 Noyabr – Ümumdünya Uşaq Gününə həsr olunmuş Səbail rayon İcra Hakimiyyətində əlaqədar qurumların iştirakı ilə seminar-müşavirə keçirilmişdir. Azərbaycanda uşaq hüquqlarının müdafiəsi, uşaqların sosial statusunun gücləndirilməsi və digər məsələlərin müzakirəsi aparılan bu tədbirdə Bakı şəhər İcra Hakimiyyəti başçısı yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın üzvləri, şəhər təhsil şöbələrinin, hüquq-mühafizə, əmək və əahlinin sosial müdafiəsi, səhiyyə, mədəniyyət və turizm, gənclər və idman idarələrinin, VVADQ və məhkəmələrin nümayəndələri iştirak etmişdir.

Həmçinin 20 Noyabr - Ombudsman təsisatı, Təhsil nazirliyi, BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyi, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı tərəfindən keçirilən “Azərbaycanda Uşaq Hüquqlarının vəziyyəti və perspektivləri” mövzusunda konfransda şöbənin əməkdaşı iştirak etmişdir.

20 Noyabr - Uşaq hüquqları mövzusunun qəzet məqalələrində ən yaxşı işıqlandırılmasına görə Uşaq Hüquqlarının Müdafiəsi Liqasının təsis etdiyi jurnalist mükafatının təqdimetmə mərasimində şöbənin əməkdaşı iştirak etmişdir.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqlarının müdafiəsi Komitənin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. 3 dekabr - Beynəlxalq Əlillər Günü ilə bağlı Komitə tərəfindən respublikanın şəhər və rayonlarında aylıq təşkil olunmuşdur. Bu aylıq çərçivəsində 29 noyabrda Uşaq Problemləri şöbəsi T.İsmayilov adına “Uşaq Dünyası” rəsm qalereyasında sağlamlıq imkanları məhdud olan uşaqların rəsm əsərlərindən ibarət olan “Mənim Sehirli Dünyam” adlı sərgi təşkil etmişdir. Sərgidə Suraxanı rayonu 7 saylı, Sabunçu rayonu 11 saylı, Şağan qəsəbəsi 3 saylı, Şüvəlan qəsəbəsi 16 saylı internatları, “Dəcəllər” Daun Sindromlu Şəxslərin Assosiasiyası, Zəif Görənlər Assosiasiyası, “Müşviq” Əlil Uşaqlara Yardım ictimai birliyi, “Göy Qurşağı” reabilitasiya mərkəzi və UAFA təşkilatı iştirak etmişdir.

3 dekabr - Beynəlxalq Əlillər Günü ilə bağlı Komitə tərəfindən aylıq təşkil olunmuşdur. Bu aylıq çərçivəsində şöbə sağlamlıq imkanlıarı məhdud olan uşaqların gəzintisini təşkil etmişdir.




Baş xəbər 

Press-reliz 

Komitəmiz

Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə fəaliyyət göstərdiyi dövr ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir