KOMİTƏNİN STRUKTURU

Qəhrəmanova Sədaqət Məmmədyar qızı 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini 

 

QISA BİOQRAFİK MƏLUMAT:   

1 mart 1949-cu ildə Azərbaycan Respublikasının Şəmkir rayonunda anadan olmuşdur. 

2008-ci ildə Şöhrət ordeni ilə təltif olunmuşdur.

Ailəlidir, 4 övladı var.

TƏHSİLİ:   

•1966-ci ildə Əli-Bayramlı şəhər 2 saylı orta məktəbi bitirmişdir.

•1968-1971-ci illərdə Bakı Axşam Neft Texnikumunun Əli-Bayramlı filialını bitirib, iqtisadçı peşəsinə yiyələnmişdir. 

•1973-1977-ci illərdə Bakı Ali Partiya məktəbində təhsil almışdır.

ƏMƏK FƏALİYYƏTİ:

•Əli-Bayramlı şəhər 1 saylı məktəbdə pioner baş dəstə rəhbəri kimi əmək fəaliyyətinə başlamışdır.

•1967-1970-ci illərdə Əli-Bayramlı şəhər Partiya Komitəsində texniki katibə

•1970-1973-cü illərdə şəhər XDS icraiyyə komitəsində ümumi şöbənin müdiri

•1973-cü ilin fevral ayından sentyabr ayınadək Əli-Bayramlı şəhər Partiya Komitəsində təlimatçı 

•1977-1978-ci illərdə şəhər Partiya komitəsində təlimatçı və şəhər Qarışıqmallar ticarət idarəsində rəis vəzifəsində işləmişdir.

•1978-ci ilin dekabr ayında Əli-Bayramlı şəhər Partiya komitəsinin ideoloji məsələlər üzrə katibi seçilmişdir.

•1983-cü ilin dekabr ayında şəhər Xalq Nəzarət Komitəsinin sədri təyin olunmuşdur. 

•1991-ci ilin iyun ayında Əli-Bayramlı şəhər Xalq Deputatları Sovetinin sədri seçilmişdir.

•1995-ci ilin sentyabr ayında Əli-Bayramlı şəhər icra hakimiyyəti başçısı təyin olunmuşdur.

•18.05.2005-ci il tarixindən Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini işləmişdir.

•2006-cı ilin fevral ayından etibarən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışır. 

  

          

image_pdfimage_print

  • Facebook
  • Twitter
  • Email
  • RSS
  • LinkedIn