IMG_3196 copy

KOMİTƏNİN STRUKTURU

Hüseynova Hicran Kamran qızı 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədri 

 

 

 

 

 

 

 QISA BİOQRAFİK MƏLUMAT:   

13 avqust 1955-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur.

Ailəlidir, 2 övladı, 3 nəvəsi var.

TƏHSİLİ:   

•1972-ci ildə 6 nömrəli orta məktəbi bitirmişdir.

•1977-ci ildə Bakı Dövlət Universitetinin tarix fakultəsini bitirmişdir. 

•1985-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş və tarix elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.

•2001-ci ilin noyabrında “Azərbaycan Avropa inteqrasiya sistemində” mövzusunda doktorluq disertasiyası müdafiə etmişdir. Azərbaycanda siyasi elmlər üzrə doktorluq müdafiə etmiş ilk qadındır. 

•2007-ci ilin  sentyabr ayında Azərbaycan Respublikası Prezidenti yanında Ali Atestasiya kommisiyasi tərəfindən Hicran Hüseynovaya professor adı verilmişdir.

ƏMƏK FƏALİYYƏTİ:

•1977-ci ildən 189 saylı orta məktəbdə müəllim fəaliyyətinə başlamış, paralel olaraq Bakı Dövlət Universitetində siyasi tarix fənnini tədris etmişdir.

•1988-1993-cü illər ərzində Bakı Dövlət Universitetinin siyasi tarix kafedrasında müəllim, baş müəllim və kafedra dosenti vəzifəsində işləmişdir. 

•1999-cu ildən 2003-cü ilədək Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsində “Beynəlxalq münasibətlər və informasiya” şöbəsinin müdiri işləmişdir. 

•2000-2006-cı illərdə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər fakultəsinin dekan müavini olmuşdur

•Gender problemləri üzrə Avropa Şurasının və ATƏT-in ekspertidir. 

•Azərbaycanda “Beynəlxalq məsələlərin tədqiqatı assosiasiyası” nın prezidentidir.  

•7 fevral 2006-ci ildən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışır.

•2006-cı ilin dekabr ayından Bakı Dövlət Universitetinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiri vəzifəsində çalışır.

•2011-ci ilin 27 yanvar tarixində Fransa Prezidenti tərəfindən “Fransanın Milli Fəxri Legion Ordeninin zabit rütbəsi (ikinci dərəcəli)” ilə təltif olunmuşdur. 

•12 avqust 2015-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Hicran Hüseynova Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilmişdir. 

•Ölkəmizdə və xaricdə nəşr olunan bir çox elmi məqalənin, bir sıra metodiki vəsaitlərin, monoqrafiyaların, programların, kitabların müəllifidir.

 

image_pdfimage_print

  • Facebook
  • Twitter
  • Email
  • RSS
  • LinkedIn