Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

1. «Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə» təsdiq edilsin (əlavə olunur).
2. «Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin strukturu» təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparatının işçilərinin say həddi 68 ştat vahidi müəyyən edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
4.1. qüvvədə olan normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. bu Fərmandan irəli gələn məsələləri öz səlahiyyətləri daxilində həll etsin.
5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEV

Bakı şəhəri, 9 avqust 2006-cı il

№ 444

«Azərbaycan» qəzetində dərc edilmişdir (10 avqust 2006-cı il, № 177) («VneshExpertService»).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2006-cı il, № 8, maddə 670)
19 mart 2007-ci il tarixli, 554 nömrəli Fərmana əsasən dəyişikliklərlə («VES Consultancy» LLC).

Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 9 avqust tarixli,
444 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir

image_pdfimage_print

  • Facebook
  • Twitter
  • Email
  • RSS
  • LinkedIn