Komitənin fəaliyyəti


Komitə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

am_substantive_patent_law1) müvafiq sahədə dövlət siyasətinin əsas istiqamətlərinə dair təkliflər vermək;
2) öz səlahiyyətləri daxilində müvafiq sahə üzrə vahid informasiya sistemini yaratmaq;
3) gender prinsiplərini həyata keçirmək istiqamətində kişilər və qadınlarla sistemli iş aparmaq;
4) minilliyin inkişaf istiqamətləri sahəsində, yoxsulluğun azaldılması, məşğulluq strategiyası üzrə dövlət proqramlarının həyata keçirilməsində öz səlahiyyətləri daxilində iştirak etmək;
5) sağlam ana, sağlam uşaq prinsiplərini həyata keçirmək, uşaqların hüquqlarının və qanuni mənafelərinin qorunması istiqamətində hüquqi biliklərin öyrənilməsini təmin etmək;
6) dövlət qadın siyasətinin həyata keçirilməsi, uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi, onların hüquqlarının və qanuni mənafelərinin qorunması, sosial müdafiəsi istiqamətində normativ hüquqi aktlarla müəyyən olunmuş vəzifələrin strukturuna daxil olan bölmələr tərəfindən yerinə yetirilməsinə nəzarət etmək, aidiyyəti dövlət orqanlarından həmin istiqamətdə olan vəzifələrin icra vəziyyəti ilə bağlı məlumatlar almaq;
7) istehsalatda işləyən qadınların hüquqlarının qorunması üçün öz səlahiyyətləri daxilində müvafiq orqanlarla birlikdə tədbirlər görmək, zərurət yarandıqda onların hüquqlarını pozan vəzifəli şəxslər haqqında müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlar qarşısında məsələ qaldırmaq;
8) müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;
9) müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;
10) müvafiq sahəyə dair dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
11) qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
12) fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;
13) müvafiq sahə üzrə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması, o cümlədən Komitənin işçilərinin peşəkarlıq səviyyəsinin artırılması üçün tədbirlər görmək;
14) müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
15) müvafiq sahədə müxtəlif treninq, kurs, seminar və digər tədbirləri təşkil etmək;
16) qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, internet saytı yaratmaq və ondan istifadə etmək;
17) öz səlahiyyətləri daxilində müvafiq sahəyə investisiyaların cəlb olunmasına dair təkliflər vermək;
18) müvafiq sahə üzrə beynəlxalq miqyaslı tədbirlərin keçirilməsinə dair təkliflər vermək;
19) müvafiq sahəni işıqlandıran televiziya və radio verilişlərinin layihələrini hazırlayıb həyata keçirmək;
20) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sərəncamında olan dövlət əmlakı barəsində hüquqları həyata keçirmək;
21) Komitənin xüsusi fərqlənmiş işçilərini müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının fəxri adlarına və dövlət mükafatlarına təqdim etmək;
22) fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

Komitənin vəzifələri
Komitənin vəzifələri aşağıdakılardan ibarətdir:

corporate_commercial_law1)öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, xüsusilə uşaq və qadın hüquqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;
2)müvafiq sahədə qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş normativ tənzimləməni həyata keçirmək;
3) müvafiq sahə üzrə dövlət proqramları layihələrinin işlənib hazırlanmasında iştirak etmək;
4) dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
5) digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı fəaliyyətini laqələndirmək;
6)Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
7)dövlətin ailə siyasətini həyata keçirmək;
8)qaçqın və məcburi köçkün qadınların, uşaqların, aztəminatlı ailələrin sosial problemlərini öyrənmək və onların həlli üçün əlaqədar dövlət orqanları qarşısında məsələlər qaldırmaq;
9)müasir idarəetmənin və bazar iqtisadiyyatının əsaslarının öyrənilməsi istiqamətində, qadınlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, ailə kəndli təsərrüfatlarının yaradılmasında müvafiq dövlət orqanları ilə birlikdə məsləhətlərin verilməsini təmin etmək;
10)məşğulluq strategiyasının həyata keçirilməsi istiqamətində dövlət siyasətinə uyğun olaraq, qadınların müxtəlif yeni peşələrə yiyələnməsi və ixtisaslarının artırılması məqsədi ilə layihələr hazırlamaq və əlaqədar təşkilatlarla birgə tədbirlərin görülməsini təmin etmək;
11)ailə başçısını itirmiş şəhid ailələrinin, tək anaların, xüsusilə əlil qadınların və uşaqların problemlərinin dövlət orqanları tərəfindən həlli məqsədi ilə müvafiq vəsatətlər qaldırmaq;
12)müvafiq sahə üzrə kadrların hazırlanmasını, işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsini, ixtisaslarının artırılmasını təmin etmək;
13) qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə müasir elmi nailiyyətləri tətbiq etmək, habelə elmi tədqiqat işlərinin aparılması və tətbiqini təmin etmək;
14) müvafiq sahəyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
15 qanunvericiliyə uyğun olaraq, dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görmək;
16) öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını təmin etmək;
17) Komitənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;
18) Komitənin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
19) Komitənin əməkdaşlarının sosial müdafiəsi, əmək və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirləri həyata keçirmək;
20) mühasibat uçotunun qanunvericiliyə uyğun aparılmasını təmin etmək;
21) fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.