zardab30.01.2013-cü il tarixində Zərdab UADM Zərdab rayonunun Yarıməmmədbağı kənd icra nümayəndəliyi ilə birlikdə  icra nümayəndəliyinin iclas zalında “Erkən nigahlar Məişət zorakılığının başlıca amillərindəndir” adlı tədbir keçirmişdir. Tədbirin başlıca məqsədi Erkən nigahın qarşısını almaq və onun törətdiyi fəsadlar barədə kənd camaatını və məktəbliləri maarifləndirmək, həmçinin məişət zorakılığının ailədəki uşaqlara mənfi təsiri barədə məlumat verməkdən ibarət idi. Tədbirdə 250 nəfər iştirak edirdi.

Mövzu ilə bağlı məruzə edildi və müzakirələr aparıldı, sonda erkən nigahın və məişət zorakılığının doğura biləcəyi fəsadlarla bağlı film izlənildi. Tədbirdə iştirak edən məktəblilərə və kənd camaatına Mərkəz tərəfindən bukletlər paylanıldı.

image_pdfimage_print

  • Facebook
  • Twitter
  • Email
  • RSS
  • LinkedIn