16 may 2017-ci il tarixində Küveyt Dövlətində “Qadın-bəxş edən, quran” adlı beynəlxalq konfrans keçirilib.

Küveyt Qadınlar Günü münasibətilə təşkil olunan konfransda Komitə sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, Azərbaycan Respublikası və Küveyt Dövləti regional və beynəlxalq forumların aktiv iştirakçıları kimi bir çox ortaq cəhətləri bölüşərək, ortaq maraq və narahatlıq məsələrində yaxından əməkdaşlıq edir və bu əməkdaşlıq davam edəcəkdir.

Komitə sədri qeyd edib ki, 10-12 noyabr 2010-cu il tarixlərində Küveytin Qadın Məsələləri Komitəsinin sədri Şeyxə Lətifə Əl-Fəhd Əl-Səlim Əl-Sabah ölkəmizə səfər etmişdir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva ilə görüşmüşdür. O, həmçinin 26 yanvar 2010-cu il tarixində Əl-Küveyt şəhərində  “Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında Ailə, qadın və uşaq problemləri sahəsində əməkdaşlığa dair Sazişin imzalanmasını da diqqətə çatdırıb.

O qeyd edib ki, bizim əsas vəzifələrimizdən biri müsəlman qadınlarla bağlı stereotiplərin birlikdə aradan qaldırılması və onların terrorist kimi göstərilə bilməyəcəyini vurğulamaqdır: “Biz müsəlman qadınlarını yaradıcı, cəsur, təhsilli və dinamik olduğunu göstərməliyik. Onlar həkim, alim, müəllim, jurnalist və hər şeydən əvvəl anadırlar, ailə dəyərlərinin və ənənələrinin qoruyucusudurlar.”

Hicran Hüseynova Azərbaycanda 2017-ci ilin ölkə başçısı tərəfindən “İslam Həmrəylik” ili kimi elan olunduğunu və bunun İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya nümayiş etdirməsi istiqamətində atılan mühüm addım olduğunu bildirib.

Daha sonra Komitə sədri Hicran Hüseynova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu Küveytin Qadın Məsələləri Komitəsinin sədri Şeyxa Lətifə Əl-Fəhd Əl-Səlim Əl-Sabaha təqdim edib.

Qeyd edək ki, 11 may 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin N2851 saylı Sərəncamı ilə Küveytin Qadın Məsələləri Komitəsinin sədri Şeyxa Lətifə Əl-Fəhd Əl-Səlim Əl-Sabah “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir. Bu mükafatı təqdim etmək məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın başçılığı ilə nümayəndə heyəti 16-18 may 2017-ci tarixlərində Küveyt Dövlətində səfərdədir.

 

18556343_1473333406021503_8195452284680449649_n 18518413_1473334329354744_3736385326078689502_o 18489457_1473334939354683_7195617055661904843_o 18451783_1473334746021369_2383266107936176847_o 18447625_1473334506021393_7350673365742627405_n

unnamed (5) unnamed (4) unnamed (3) unnamed (2) unnamed (1)

 

image_pdfimage_print

  • Facebook
  • Twitter
  • Email
  • RSS
  • LinkedIn