BMT-nin Əhali Fondu ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq şəraitində “Azərbaycanda Gender Əsaslı Zorakılıqla (GƏZ) Mübarizə” adlı 2 illik layihəni icra edir. Layihə gender əsaslı zorakılığın qarşısının alınması məqsədilə müvafiq dəstək və istiqamətləndirmə mexanizminin yaradılması prosesində  Azərbaycan hökumətinə dəstək verməyi nəzərdə tutur.

Layihə GƏZ-in qarşısının alınması məqsədilə aidiyyəti tədbirlərin görülməsi, GƏZ barədə məlumatların effektiv idarə olunması, habelə standartların və xidmətlərin təkmilləşdirilməsi üçün qurumlararası əməkdaşlığı gücləndirməyə xidmət edəcək. Layihənin məlumatların toplanması və emalı komponentləri Azərbaycanda gender əsaslı zorakılığın azaldılması üçün effektiv qabaqlayıcı, müdafiə və hesabatlılıq mexanizmlərinin təkmilləşdirilməsi üçün münbit hüquqi və siyasi mühitin formalaşmasına yardım edəcək. Gender əsaslı zorakılıq qurbanlarının müdafiə və dəstək xidmətləri ilə təmin olunmaları naminə bu sahə ilə məşğul olan müvafiq dövlət qurumları və QHT təmsilçilərinin institusional potensiallarının gücləndirilməsi məsələsi də layihənin diqqət sahəsinə daxildir. Həmçinin layihə çərçivəsində zorakılıq qurbanlarına göstərilən mövcud xidmətlər və qadın hüquqları barəsində ictimaiyyət arasında geniş marifləndirmə işləri aparılacaq.

Layihə çərçivəsində beynəlxalq ekspert Silviya Spurekin ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövət Komitəsinin sədri Hicran Hüseynova ilə görüşü keçirilib. Görüşdə BMT-nin Əhali Fondunun Qanunvericilik və siyasət üzrə layihə əməkdaşı Xalisə Şahverdiyeva, Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və digər əməkdaşlar iştirak edib.

Komitə sədri Hicran Hüseynova ailə mühitinin qorunub saxlanması, məişət zorakılığının qarşısının alınması, qadınların aktiv fəaliyyətlə cəlb olunması, ölkənin ictimai-siyasi həyatında fəal iştirakı sahələrində həyata keçirilən tədbirlər haqqında məlumat verib. Eyni zamanda, qadın sahibkarlığının inkişafı istiqamətində həyata keçirilən layihələr və bir sıra məsələlər müzakirə edilib.  O, Azərbaycanda qadın hüquqlarının qorunması, bu sahədə mövcud qanunvericilik bazası haqqında ətraflı məlumatı  diqqətə çatdıraraq bildirib ki, ölkəmizdə qəbul edilmiş bütün Qanunlar gender ekspertizasından keçirilir.

Daha sonra, beynəlxalq ekspert Silviya Spurek bildirib ki, Azərbaycanda məişət zorakılığı sahəsində mövcud qanunvericiliyin və hazırki vəziyyətin öyrəniləcəyi, təhlil və təkliflərin hazırlanacağı barədə məlumat verib.

BMT-nin Əhali Fondunun Qanunvericilik və siyasət üzrə layihə əməkdaşı Xalisə Şahverdiyeva isə ölkəmizin bu sahədə qazandığı uğurları yüksək qiymətləndirib və dövlət qurumlarında fəaliyyət göstərən gender məsələləri üzrə əlaqələndirici şəxslərin təyin olunmasının vacibliyini vurğulayıb.

Sonda layihə çərçivəsində qarşıdakı iki il ərzində görülək işlər, hazırlanacaq yeni təkliflər və həyata keçiriləcək birgə layihələr müzakirə olunub.

 

IMG_0134 IMG_0138 IMG_0141

image_pdfimage_print

  • Facebook
  • Twitter
  • Email
  • RSS
  • LinkedIn