Balaca İsanın böyük uğurları


Azərbaycanda öz istedadı, biliyi, yüksək potensialı ilə seçilən kifayət qədər uşaq vardır. Bu uşaqlar Azərbaycanın gələcəyinin parlaq olmasının bariz nümunəsidir. Azərbaycanlı yeniyetmələr ölkəmizi dünyada təmsil edir, əldə etdikləri nailiyyətləri ilə qəlblərdə fəxarət hissi oyadırlar. Xüsusən də, xaricdə yaşayan və idman yarışlarında qələbə qazanan uşaqlar hamımızın fəxridir. Belə uşaqlardan biri də Xanta Mansiysk dairəsinin Sovetski şəhərində yaşayaraq, qələbə hissini yaşayan və yaşadan İsa İsayevdir.

İsa Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə gəlmiş və öz uğurlarını, sevincini və qələbəsini bizlərlə bölüşmüşdür.

Balaca İsanın dediklərindən aydın olmuşdur ki, o, 5 yaşından taekvondonun döyüş növü üzrə məşqlərə gedir. Yaşıdları arasında yaşadığı Sovetski şəhərində, eləcə də Nijni-Tagildə, Yekaterinqburqda, Omskda, Sverdiovskda keçirilən son dərəcə mötəbər yarışlarda yüksək nəticələr əldə edir. O, yaşının az olmasına baxmayaraq, qazandığı bu uğurlara görə çoxlu sayda diplom və fəxri fərmanla, eyni zamanda medallarla təltif edilmişdir. İsanın məharəti və idmançı qabiliyyəti nəzərə alınaraq, ona xüsusi sertifikatlar da verilmişdir.

IMG-20160921-WA0064 IMG-20160921-WA0066