Bütün dünyada olduğu kimi, ölkəmizdə də Qadınlara qarşı zorakılıqla mübarizə müasir dövrümüzün aktual problemlərindən biri olaraq qalmaqdadır. Bu problemin qarşısının alınması istiqamətində ölkəmizdə qanunvericilik bazası təkmilləşdirilmiş, yeni qanunlar, dövlət proqramları hazırlanmışdır. Bunlardan biri 22 iyun  2010-cu ildə qəbul olunmuş “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanundur. Bu Qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir.

Məişət zorakılığının qarşısının alınması istiqamətində Komitə mütəmadi olaraq ölkədə maarifləndirici layihələr həyata keçirmişdir. Komitə tərəfindən “Qadın hüquqları üzrə bələdçi” kitabı, “Azərbaycan Respublikasında Məişət Zorakılığının Qarşısının Alınmasına dair Qanunvericilik Toplusu” metodiki vəsait, “Məişət zorakılığı 50 sual 50 cavab”  adlı kitabça hazırlanıb nəşr olunmuş və əhaliyə paylanılmışdır.

Məişət zorakılığının qarşısının alınması istiqamətində vətəndaş cəmiyyətləri institutları ilə birgə çoxlu sayda maarifləndirici layihələr həyata keçirmişdir. Bunlara misal olaraq “Məişət zorakılığı barəsində məlumatlandırma kampaniyası” layihəsi, “Məişət zorakılığı qurbanı olan qadınların sosial-iqtisadi gücləndirilməsi və gender məsələləri üzrə maarifləndirilməsi” adlı layihə, “Məişət zorakılığı və qadın hüquqları” mövzusunda layihələri göstərmək olar.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi cəmiyyətdə qadınlara qarşı zorakılığın qarşısının alınması istiqamətində ölkədə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarının iştirakı ilə müzakirələr aparmağı planlaşdırmışdır.  Görüş 28 dekabr 2016-ci il tarixdə saat 16:00-da Hökümət Evinin I mərtəbəsində yerləşən Konfrans zalında ( IV Alaqapı)   keçiriləcəkdir.

image_pdfimage_print

  • Facebook
  • Twitter
  • Email
  • RSS
  • LinkedIn