BMT İnkişaf Proqramı, BMT Əhali Fondu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə Bakı şəhərinin Xəzər rayonunda, Quba, Qəbələ, Zaqatala, Saatlı və Lənkəranda qadın və qızların özəl sektorda iqtisadi və məşğulluq imkanlarından tam yararlanmalarına mane olan səbəb və amilləri təhlil etmək üçün layihə həyata keçirir.

Layihənin məqsədi qadın və qızların özəl sektorda iqtisadi və məşğulluq imkanlarından bəhrələnməsinin ümumi təhlili, o cümlədən müsbət və mənfi amillərin müəyyən edilməsidir.

Layihə barədə rayon rəhbərliyini məlumatlandırmaq məqsədilə Komitə, BMT İnkişaf Proqramı və BMT Əhali Fondunun nümayəndələrinin 22 dekabr 2016-cı il tarixdə Saatlı rayonuna səfəri planlaşdırılmışdır.

Eyni zamanda, 22 dekabr Saatlı rayonuna səfər zamanı “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” adlı texniki yardım layihəsi cərçivəsində Sabirabadda açılan Qadın Resurs Mərkəzinə də səfər edilməsi nəzərdə tutulmuşdur.

image_pdfimage_print

  • Facebook
  • Twitter
  • Email
  • RSS
  • LinkedIn