“Sosial şəbəkədə ən çox bəyənilən film” nominasiyası üzrə səsvermə başladı


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə böyük uğurla həyata keçirilən “Azərbaycan ailəsi 2016” film festivalına film və fotoların qəbulu 28 oktyabr 2016-cı il tarixində bitmişdir. Festivala təqdim olunan filmlərdən “Sosial şəbəkədə ən çox bəyənilən film” nominasiyası üzrə qalibi müəyyənləşdirmək üçün bütün işlər www.youtube.com sosial şəbəkəsinə yerləşdirilmişdir.

Əziz sosial şəbəkə istifadəçiləri, Sizin hər birinizi 21 noyabr 2016-cı il tarixinədək youtube kanalımızda yerləşdirilmiş festival filmlərini izləməyə və onları layiqincə qiymətləndirməyə dəvət edirik. Sizin aktivliyiniz, bəyənəcəyiniz hər bir film nominasiya üzrə qalibin müəyyənləşməsi üçün böyük bir addımdır. “Azərbaycan Ailəsi 2016″ film festivalının mükafatlandırma və bağlanış mərasimi 29 noyabr 2016-cı il tarixində saat 15:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcəkdir.  Hər birinizə təşəkkür edirik.

 

AQUPDK LOGO (LAST 3) Logo_of_Heydar_Aliyev_Foundation UNFPA_logo.svg