“Beynəlxalq Qızlar Günü”


BMT Baş Assambleyasının 2011-ci ildə verdiyi təklifə əsasən, 2012-ci ildən etibarən hər il 11 oktyabr tarixi “Beynəlxalq Qızlar Günü” kimi qeyd olunur. Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrıseçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir. Təhsil almaq, sağlam qidalanmaq, tibbi xidmət imkanı, sosial hüquqlar, habelə uşaq yaşlarında ayrı-seçkilikdən, zorakılıqdan və məcburi evlilikdən müdafiə olunmaq həmin problemlər sırasındadır.

Qız uşaqlarına səlahiyyət verilməsi, onların haqlarının təmin olunması, üzləşdikləri ayrı-seçkilik və zorakılıq hallarına qarşı mübarizə bəşəriyyətin inkişafı üçün vacbdir.

Gəlin bu Beynəlxalq Qızlar Günündə onların şəxsi inkişafının təkmilləşdirilməsi və gələcəyimizə töhfə verə bilmələri naminə birgə çalışaq.

Mövzu ilə əlaqədar Komitə tərəfindən hazırlanmış təqdimatı aşağıdan yükləyərək tanış ola bilərsiniz.

Qızlar statistikada