Audio Müsabiqə


audmusabiqeAzərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq ailə, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində maarifləndirmə işləri həyata keçirilir. Bu tədbirlərin bir hissəsi kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ASAN FM Radio və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində cari ilin sentyabrın 26-dan oktyabrın 30-dək audio sosial çarxların hazırlanması məqsədi ilə ssenari müsabiqəsinə start verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN FM Radio və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə ailə, qadın və uşaq məsələləri mövzusunda sosial çarxların çəkilməsi ilə bağlı Müsabiqənin Əsasnaməsi

A N K E T

Müsabiqə haqqında ətraflı məlumatı www.scfwca.gov.az  saytından əldə edə bilərsiniz.