Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq Respublikamızın şəhər və rayonlarında cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, sağlam həyat tərzinin təbliği, gənclərin ailə həyatına hazırlığı və digər mövzular ətrafında müxtəlif layihələr həyata keçirilir.

Bu istiqamətdə keçirilən layihələrin davamı olaraq, “Mən həyatı seçirəm” adlı genişmiqyaslı maarifləndirmə layihəsinə start verilir.

Layihə çərçivəsində keçiriləcək tədbirdə erkən nikah, qan qohumluğu, ziyanlı vərdişlərin yaratdığı fəsadlar, sağlam həyat tərzi və reproduktiv sağlamlıq, nikahdan əvvəl tibbi müayinənin əhəmiyyəti və digər mövzular ətrafında müzakirələr keçiriləcəkdir.

Layihə çərçivəsində ilk tədbir Xızı rayon İcra Hakimiyyəti ilə birgə 1 iyul 2016-cı il tarixində saat 11.00-da Xızı rayon Mərkəzi Kitabxanasının binasında rayon gənclərinin iştirakı ilə keçiriləcəkdir.

Tədbirin daha geniş şəkildə işıqlandırılması üçün KİV nümayəndələrini fəal əməkdaşlığa  dəvət edirik.

image_pdfimage_print

  • Facebook
  • Twitter
  • Email
  • RSS
  • LinkedIn