menu images menu images menu images menu images

SƏSVERMƏ

  • Sizcə məişət zorakılığının kökündə nə durur?

    Nəticələr

    Loading ... Loading ...

Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsi

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan xalqının Ümumilli Lideri, müasir dövrün görkəmli siyasi xadimi, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsi elan edir.

Müsabiqədə iştirak etmək istəyənlər 30 aprel 2017-ci il tarixinə qədər məqalələrini və özləri haqqında məlumatı (adı, soyadı, atasının adı, əlaqə telefonları, təhsil aldığı müəssisə) meqalemusabiqe@gmail.com elektron ünvanına göndərə bilərlər. ƏTRAFLI

image_pdfimage_print

“Mən həyatı seçirəm” adlı genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbir Salyan rayonunda keçiriləcəkdir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq Respublikamızın şəhər və rayonlarında reproduktiv sağlamlıq və sağlam həyat tərzinin təbliği, gənclərin asudə vaxtın səmərəli şəkildə təşkili, onların ailə həyatına hazırlığı və digər mövzular ətrafında müxtəlif layihələr həyata keçirilir.

Bu istiqamətdə keçirilən layihələrin davamı olaraq, “Mən həyatı seçirəm” adlı genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbirin  26 yanvar 2017-cı il tarixində saat 12:00-da Salyan rayon İcra Hakimiyyəti ilə birgə Yeni Azərbaycan Partiyasının binasında  keçirilməsi nəzərdə tutulur. ƏTRAFLI

image_pdfimage_print

Komitə sədri Hicran Hüseynova BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədinin İdarəetmə Komitəsinin ilk iclasında iştirak edib

19 yanvar 2017-ci il tarixində BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədinin İdarəetmə Komitəsinin ilk iclası keçirilib.

İclasda İqtisadiyyat naziri Şahin Mustafayev, BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Qulam İshaqzai, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsayev, Ədliyyə Nazirliyinin idarə rəisi Faiq Qurbanov və başqaları çıxış edərək BMT-Azərbaycan əlaqələri ötən il imzalanan 2016-2020-ci illər üçün Birləşmiş Millətlər Təşkilatı–Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi ilə bağlı müxtəlif təkliflər səsləndiriblər. ƏTRAFLI

image_pdfimage_print

Komitədə 20 Yanvar şəhidləri yad edildi

19 yanvar 2017-cı il tarixində Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 20 yanvar Ümumxalq hüzn günü münasibətilə Komitə əməkdaşlarının iştiakı ilə tədbir keçirilib.

Əvvəlcə xalqımızın qəhrəmanlıq tarixində dərin iz buraxmış, ölkəmizin müstəqilliyi və azadlığı uğrunda canlarından keçmiş Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən iyirmi yeddi il keçir. Azərbaycan xalqı həmin tarixi həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşamışdır.

Komitə sədri qeyd edib ki, 20 yanvar günü hərbçilər küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını, avtobusları atəşə tutur, yaralıları qətlə yetirirdilər. Bu qətli törədənlərin məqsədi Azərbaycan xalqını qorxutmaq, onları mübarizə meydanından çəkindirmək idi. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri, eyni zamanda müxtəlif millətlərin nümayəndələri də olmuşdur.

Hicran Hüseynova diqqətə çatdırıb ki, həmin günlərdə ölkə informasiya blokadasında idi, Azərbaycanla bağlı düzgün məlumat verilmirdi, dünya bu təcavüzə laqeyd  yanaşırdı. Bu faciəni hüquqa, demokratiyaya və humanizmə zidd addım kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyevin böyük müdrikliyi və  güclü siyasi iradəsi sayəsində 20 Yanvarla bağlı informasiya blokadası yarılmış oldu. O, yenidən hakimiyyətə qayıtdıqdan sonra bu məsələyə dövlət səviyyəsində siyasi – hüquqi münasibət bildirildi. Xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev haqq səsimizi ucaltdı, qanlı cinayətin təşkilatçılarını qəzəblə ittiham etdi, törədilmişləri hüquqa, demokratiyaya, humanizmə zidd hadisə olduğunu bildirdi.

Bu gün də şəhidlərimizin əziz xatirələri daim yad edilir, dövlət əhəmiyyətli genişmiqyaslı tədbirlər keçirilir, onlar haqqında kitablar yazılır, filmlər çəkilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin güclü siyasəti sayəsində ölkəmiz öz inkişaf dövrünü yaşayır, beynəlxalq səviyyədə Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılır. Ölkə rəhbərliyi 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlil­lərin problemlərinin dövlət səviyyəsin­də həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqa­mətdə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmlən­dirilir.

Daha sonra Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi Qurban Məmmədov çıxış edərək 20 yanvar faciəsinin tarixi mahiyyəti, şəhidlərimizin azadlıq mübarizəsi üçün qorxmadan canlarından keçmələrini diqqətə çatdırıb. O bildirib ki, şəhidlərimiz heç zaman qocalmayacaq, onlar hər zaman olduqları kimi xatırlanacaqlar. İgid oğul və qızlarımızın dəfn olunduğu Şəhidlər Xiyabanı bu gün hamımız üçün iman və güman yeridir, dərdlərimizi bölüşdüyümüz yerdir. Məmmədov Q. bildirib ki, Azərbaycan müstəqilliyini boş əllə, lakin güclü iradə  ilə qazanıb. 20 yanvar günü insanlar boş əllə, silahsız halda tankların qarşısına çıxırdılar. O bildirib ki, faciə nəticəsində  146 nəfər qətlə yetirilmiş, 744 nəfər yaralanmışdır, təxminən 200-dən çox evə, 80 avtomobilə zərər yetirilmişdir.

Ümummilli Lider Heydər Əliyev Naxçıvan MR Milli Məclisinin sədri olarkən bu hadisələrə tarixi qiymət verdi. Bu gün də Ulu Öndərin müəyyən etdiyi siyasi xətt möhtərəm Prezidentimiz tərəfindən davam etdirilir. Şəhidlərimizin ailə üzvləri dövlət qayğısı ilə əhatə olunub, onlar üçün sosial evlər tikilir, müavinətlər ayrılır, prezident təqaüdləri verilir.

Sonda şəhidlərimizin xatirələrinin daim qəlblərdə yaşayacağı qeyd edilib.

16122047_1100413140085108_409904878_o 16122075_1366797786716738_280018414_o 16122108_1100413540085068_1190364282_o 16129219_1366798030050047_638861710_o 16129299_1100413503418405_1976981643_o

 

image_pdfimage_print