menu images menu images menu images menu images

SƏSVERMƏ

  • Sizcə məişət zorakılığının kökündə nə durur?

    Nəticələr

    Loading ... Loading ...

Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Qəbələ rayon Nic qəsəbəsində “Azərbaycanda tolerantlıq və multikulturalizm” mövzusunda tədbir keçirilmişdir

Mayın 24-də Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi 18 may- 18 iyun İnsan hüquqları aylığı çərçivəsində Qəbələ rayon Nic qəsəbəsində “Azərbaycanda tolerantlıq və multikulturalizm” mövzusunda tədbir keçirmişdir. Tədbirdə Nic qəsəbəsinin din xadimi Rafik Danakari çıxış edərək bildirmişdir ki, qəsəbədə üç kilsə fəaliyyət göstərir və kilsədə dini ayinlər onların öz ana dilində icra edilir. O həmçinin, Cotari kilsəsində aparılan əsaslı təmir işlərinin, dini ayinlərin icrası üçün yaradılan şəraitin, dövlətin udin millətinə göstərdiyi diqqət və qayğısının göstəricisi olduğunu, rayonda udinlərə qarşı heç bir ayrı-seçkiliyin olmaması, Nic kilsəsinin bərpası ölkədə tolerantlığa ən gözəl nümunə olduğunu qeyd etdi. Tədbirdə digər çıxış edən Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları Mərkəzin fəaliyyəti haqqında məlumat vermiş və ölkə ərazisində yaşayan azsaylı xalqların milli, irqi, etnik, dini  mənsubiyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşları kimi bərabərhüquqlu imkanların yaradılması, milli azlıqların dillərinin, mədəniyyətinin qorunması məqsədilə qəbul edilən müvafiq qanunlar və prezidentin fərmanları haqqında geniş məlumat verdilər. Sonra mərkəz əməkdaşları Cotari kilsəsinə səfər etdilər.

 

IMG_20170516_110238 IMG_20170516_121907

image_pdfimage_print

Komitə əməkdaşları Polşa Respublikasında təlim səfərdə oldular

15-19 may 2017-ci il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Səbinə Talışınskaya, Aidə Seyidli və Raidə Əmirbəyova Polşa Respublikasının paytaxtı Varşava şəhərində “Gender əsaslı zorakılıqla mübarizə” layihəsi çərçivəsində təşkil olunmuş təlim səfərində olublar.

 

Təlim səfərinin əsas məqsədi gender əsaslı zorakılıqla mübarizə sahəsində təcrübə mübadiləsinin aparılmasından ibarət idi.

 

Səfər zamanı Varşava şəhərində yerləşən bir çox dövlət qurumlarında və qeyri-hökumət təşkilatlarında görüşlər təşkil olunub. Uşaq Fondu, Qadın Hüquqların Müdafiəsi Mərkəzi, “Mavi Xətt” təşkilatlarında Polşanın gender bərabərliyinin təmin olunması sahəsində həyata keçirilən bir çox tədbir və layihələr haqqında təqdimatlar nümayiş olunub.

 

Təlim zamanı, həmçinin, Polşa Respublikasının Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Ailə, Əmək və Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ilə görüşlər keçirilib və bu sahədə Polşa Respublikasının həyata keçirdiyi bir çox dövlət proqramlarından söhbət açılıb.

 

Təlim çərçivəsində Komitə nümayəndələri bu sahədə olan öz təcrübələrini paylaşıblar. Səfər çərçivəsində Azərbaycanın bu sahədə uğurlu siyasətini əks etdirən təqdimatlar nümayiş olunub.

 

18623367_1480349575319886_9112774993409416582_o 18671760_1480348868653290_8960631410199750618_o 20170516_162740

image_pdfimage_print

“Azərbaycan ailə modeli: dəyərlər və ənənələr” mövzusunda tədbir keçirildi

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət ailə siyasətinin həyata keçirilməsi istiqamətində milli-mənəvi dəyərlərin, eləcə də ailə dəyərlərinin təbliği, ailə-nikah münasibətləri, erkən nikah və digər mövzularda mütəmadi olaraq maarifləndirmə layihələri həyata keçirilir.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti arasında imzalanmış Əməkdaşlıq haqqında Memorandumun icrası ilə bağlı nəzərdə tutulmuş Tədbirlər Planına əsasən, Bakı metropoliteninin əməkdaşları üçün
24 may 2017-ci il tarixində “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Təlim-tədris Mərkəzində “Azərbaycan ailə modeli: dəyərlər və ənənələr” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müavini Hidayət Məmmədov tədbirin təşkilinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə öz təşəkkürünü bildirib. Hidayət Məmmədov çıxışında qeyd edib ki,hər iki dövlət qurumunun birgə əməkdaşlığı nəticəsində ailələrin rifahının, gender bərabərliyinin, uşaqların sağlam inkişafının təmin edilməsi istiqamətində həyata keçiriləcək sosial layihələr cəmiyyətimizə əhəmiyyətli töhfə verəcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva tədbir iştirakçılarını salamlayaraq, imzalanmış memorandumun əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycanın tarixən çox gözəl və zəngin ailə ənənələri olduğunu bildirən Aynur Sofiyeva qeyd edib ki, əsas məqsədlərdən biri də həmin ənənələrin gələcək nəsillərə ötürülməsidir.

Ailə siyasətinin dövlət siyasətinin prioritet istiqamətlərdən olduğunu qeyd edən Aynur Sofiyeva bildirib ki, aparılan davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına öz müsbət təsirini göstərmiş, milli adət-ənənlərimizə və mənəvi dəyərlərimizə əsaslanan Azərbaycan ailəsi  möhkəm özüllü ailə modeli kimi cəmiyyətdə öz mövqeyini qoruyub saxlamışdır. Aynur Sofiyeva
milli-mənəvi dəyərlərin, eləcə də ailə dəyərlərinin hər bir millətin, xalqın
mövcudluğu, özünütəsdiqi və inkişafındakı rolu barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Çıxış edən AMEA-nın Fəlsəfə İnstitutunun Siyasi Fəlsəfə şöbəsinin müdiri, professor Rəna Mirzəzadə gənc nəslin sağlam, savadlı və vətənpərvər vətəndaş kimi tərbiyə olunmasının gələcək sağlam ailələrin formalaşmasındakı vacibliyini xüsusi vurğulayıb. Rəna Mirzəzadə ailə institutuna olan təsirlərin aradan qaldırılmasında birbaşa cəmiyyətin əsas rolunun olduğunu və onların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. Həmçinin keçirilən tədbirdə AMEA-nın professoru Lalə Mövsümova iştirak edib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb, Təlim-tədris mərkəzinin kitabxanasına Komitə tərəfindən hazırlanan maarifləndirici çap materialları təqdim edilib.

 

IMG_0386 IMG_0354

image_pdfimage_print

Bakı Oksford məktəbində uşaqlar üçün tədbir təşkil olunacaq

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hər il 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlara həsr olunmuş silsilə tədbirlər həyata keçirilir. Tədbirlərdə həssas kateqoriyadan olan, qaçqın və məcburi köçkün, dövlət uşaq müəssisələrində yaşayan uşaqların, xüsusi qayğıya ehtiyacı olan uşaqların və eyni zamanda aztəminatlı ailələrin uşaqlarının iştirakına geniş imkanlar yaradılır.

Tədbirlər çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Bakı Oksford məktəbində 26 may 2017-ci il tarixində, saat 12:00-da təşkil edəcəyi tədbirdə Qayğı-Sağlam Nəsil Naminə İctimai Birliyinin iştirakı ilə daun sindromlu uşaqların konsert proqramı təqdim olunacaq. Konsert proqramı uşaqlar üçün təşkil olunan nahar yeməyi ilə yekunlaşacaqdır.

Tədbirin əhəmiyyətini nəzərə alaraq KİV nümayəndələrini tədbiri işıqlandırmağa dəvət edirik.

image_pdfimage_print