menu images menu images menu images menu images

SƏSVERMƏ

  • Sizcə məişət zorakılığının kökündə nə durur?

    Nəticələr

    Loading ... Loading ...

Nəsimi rayonunda yerləşən 5 nömrəli tam orta məktəbdə tədbir keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2016-cı ildən etibarən əhali, xüsusilə gənclər arasında həyata keçirilən “Mən həyatı seçirəm” adlı layihə cari ildə Təhsil Nazirliyinin dəstəyi ilə orta məktəblərdə davam etdirilir.

Layihə çərçivəsində yuxarı sinif şagirdləri və valideynlərlə birgə təşkil olunan görüşlərdə:

  • Valideyn-uşaq münasibətləri
  • Müəllim və valideynlər arasında qarşılıqlı əlaqənin qurulması
  • Ailədə baş verən konfliktlərdən necə qorunmalı
  • Yeniyetmə dövrünün çətinlikləri və onların profilaktik həlli
  • Reproduktiv sağlamlıq
  • Zərərli vərdişlərə qarşı mübarizə
  • İnternet təhlükəsizliyi
  • Hüquqi məsələlər

kimi mövzular ətrafında maarifləndirmə işinin və müzakirələrin aparılması əsas məqsəd daşıyır.

Layihə çərçivəsində ilk tədbir 23 fevral 2017-ci il tarixində Nəsimi rayonunda yerləşən 5 nömrəli tam orta məktəbdə keçirilib. Orta məktəbin yuxarı sinif şagirdləri və valideynlərlə birgə təşkil olunan 2 hissəli görüşdə, Komitə əməkdaşları və məktəbin müəllim heyəti iştirak edib. Tədbirdə ilk olaraq “Xocalı soyqırımı”nın 25-ci il dönümü və həmin gecə faciəvi şəkildə həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Valideynlərlə keçirilən tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nərminə Gündüzlü tədbir iştirakçılarını salamlayaraq, orta məktəblərdə hər zaman bu cür tədbirlərin həyata keçirilməsinin önəmindən bəhs edib. Komitənin Ailə Problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova ölkəmizdə həyata keçirilən ailə, qadın və uşaq siyasəti haqqında, hər 3 istiqamətdə Komitənin uğurlu fəaliyyəti barəsində məlumat verib və həyata keçirilən layihələrdən bəhrələnən cəmiyyət üzvlərinin layihələrin daha geniş xarakter daşımaları barəsindəki fikirlərini tədbir iştirakçılarına çatdırıb.

Daha sonra “Ailənin sosial-psixoloji xüsusiyyətləri” adlı təqdimatla çıxış edən Komitənin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova və hüquqi məsələlər barəsində çıxış edən Komitənin Hüquqi-Təminat şöbəsinin müdir müavini Seymur Məmmədov çıxışları zamanı ailələri narahat edən, valideyn-uşaq-məktəb üçlüyündə yaranan və cəmiyyətdə dərin izlər buraxa bilən problemlərə toxunub, valideynləri və müəllimləri maraqlandıran suallar dinlənilib və müzakirələr aparılıb.

Tədbirin yuxarı sinif şagirdləri ilə birgə keçirilən 2-ci hissəsində “Mən həyatı seçirəm” adlı təqdimatla çıxış edən Komitənin Ailə Problemləri şöbəsinin böyük məsləhətçisi Səmra Əliyeva şagirdlərə yeniyetməlik dövrünün çətinlikləri, bu istiqamətdə ailədə yaranan problemlərin həlli yolları, internet təhlükəsizliyi və s. mövzular ətrafında geniş məlumat verib. Daha sonra tədbirdə şagirdlərlə birgə müzakirələr aparılıb və onları psixoloji istiqamətdə maraqlandıran suallar cavablandırılıb.

Tədbirlərdə “Azərbaycan ailəsi 2016” film festivalına təqdim olunan “Ailə bir ağacdır”, “Xoşbəxtliyin açarı” və “Dəyər” filmləri layihəni əhatə edən mövzularla vəhdət təşkil etdiyi üçün tədbir iştirakçılarına nümayiş olunub. Sonda məktəbin kitabxanasına Komitə tərəfindən hazırlanan və çap olunan maarifləndirmə vəsaitləri, kitablar təqdim olunub.

 

IMG_3753-23-02-17-03-04 IMG_3780-23-02-17-03-13 IMG_3783-23-02-17-03-13

image_pdfimage_print

Dövlət Komitəsində Böyük Britaniyanın nümayəndə heyəti ilə görüş keçirildi

22 fevral 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Böyük Britaniyanın nümayəndə heyətini qəbul edib.

Görüşdə Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Nikolson, Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Karol Krofts, Ticarət və Enerji şöbəsinin müdiri xanım Jakui Mullen və digər qonaqlar iştirak edib.

Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova ailə mühitinin qorunub saxlanması, məişət zorakılığının qarşısının alınması, müxtəlif sahələr üzrə qadınların fəallığının artırılması istiqamətində həyata keçirilən tədbirlər haqqında qonaqlara məlumat verib. Eyni zamanda, qadın sahibkarlığının inkişafı istiqamətində həyata keçirilən layihələr və bir sıra məsələlər müzakirə edilib.  O, ölkəmizdə qadın sahibkarlığının inkişafı, onlara dövlət tərəfindən dəstəyin göstərilməsini vurğulayaraq, bu sahədə Böyük Britaniya təcrübəsindən yararlanmağın faydalı olacağını diqqətə çatdırıb. Hicran Hüseynova Dövlət Komitəsi ilə Böyük Britaniya arasında gələcək əməkdaşlığın gücləndirilməsinin əhəmiyyət kəsb edəcəyini bildirib.

Xanım Baronessa Nikolson Azərbaycanda uşaqlara göstərilən diqqət və qayğı, qadın və uşaq hüquqlarının müdafiəsi, qadınların sosial, iqtisadi və digər sahələrə cəlb olunması istiqamətində görülən işləri yüksək qiymətləndirib. O bildirib ki, Böyük Britaniyada müxtəlif sahələr üzrə aktiv fəaliyyət göstərən peşəkar sahibkarları Dövlət Komitəsinə təqdim edə bilər və təcrübə mübadiləsinə hazır olduqlarını qeyd edib.

Sonda ikitərəfli əməkdaşlıq çərçivəsində gələcək layihələr və tədbirlər müzakirə olunub.

 

IMG_0255 IMG_0235

image_pdfimage_print

BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramının Gender və İqtisadiyyat üzrə Tematik İşçi Qrupunun iclası keçiriləcək

27 fevral 2017-ci il tarixində Cenevrə şəhərində BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Gender və İqtisadiyyat üzrə Tematik İşçi Qrupunun iclası keçiriləcəkdir.

Tədbirdə qadınların iqtisadiyyatda irəliləməsi və gender bərabərliyi üzrə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində SPECA ölkələrində görülən işlərin müzakirəsi nəzərdə tutulmuşdur.

Həmin iclasa BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Gender və İqtisadiyyat üzrə tematik Qrupunun rəhbəri kimi Azərbaycan sədrlik edəcəkdir. Tədbirdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcəkdir.

Hicran Hüseynova gender bərabərliyi, qadın hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı istiqamətində aparılan dövlət siyasəti və bu sahələr üzrə Azərbaycan təcrübəsi haqqında çıxışı nəzərdə tutulub.

image_pdfimage_print

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Naftalanda vətəndaşları qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran 21 fevral Naftalan şəhərində vətəndaşların qəbulunu keçirib.

Qəbulda Göygöl, Mingəçevir, Yevlax, Goranboy, Xocalı, Gəncə, Kəlbəcər, Samux, Naftalan rayonundan olan  sakinlər iştirak etmişdir. Qəbulda sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, erkən nikah və boşanmalardan yaranan problemlərə, imkansız ailələrin müvafiq istiqamətdə təminatı, övladlığa verilmə, uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığına məruz qalma və s. kimi məsələlərə baxılmışdır.

Qəbula gələnlər mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını ifadə edərək, dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Qəbulda Komitənin sədri  Hicran Hüseynova ailə, qadın və uşaq siyasəti sahəsində görülən mühüm işlər və layihələr haqqında rayon nümayəndələrinə məlumat verib. Eyni zamanda Naftalan rayonunda baş verən erkən nikah halları, sakinlərin məşğulluq məsələləri,  qadın sahibkarlara dəstək, uşaqların təhsildən yayınması məsələləri və digər mühüm mövzular ətrafında müzakirələr aparılıb və hər bir vətəndaşın sualları fərdi qaydada cavablarla təmin edilib, eyni zamanda müraciətləri qeydə alınıb.

Qəbulda vətəndaşların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb və aidiyyəti üzrə tədbirlər görülüb.

Qəbul başa çatdıqdan sonra Komitə sədri Hicran Hüseynova rayonun bir qrup fəal qadını ilə görüşüb. Onların müraciəti dinlənilib və təklifləri nəzərə alınıb.

 

NAFTALAN-2 NAFTALAN-6

image_pdfimage_print