menu images menu images menu images menu images

SƏSVERMƏ

  • Sizcə məişət zorakılığının kökündə nə durur?

    Nəticələr

    Loading ... Loading ...

“Ünsiyyət terapiyasının əsasları” adlı təlim təşkil edilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Respublikanın Saatlı, Sabirabad, Hacıqabul, Şüvəlan, Zaqatala, Zərdab, Qəbələ, İsmayıllı, Ağdam, Göygöl və Goranboy rayonlarında fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin uşaq inkişafı üzrə mütəxəssislərinin fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə 06-10 fevral 2017-ci il tarixlərində “Ünsiyyət terapiyasının əsasları” adlı təlim təşkil edilib.

Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində təşkil edilmiş təlimin mövzusu ünsiyyət terapiyasının əsasları və  metodologiyası, ünsiyyət terapiyasının praktikada tətbiqi olub. Təlim zamanı iştirakçılar nəzəri biliklərlə yanaşı, praktik işlə də tanış olublar. Təlimdə 11 Uşaq və Ailələrə Dəstək Mərkəzindən ümumilikdə 15 nəfər mütəxəssis iştirak edib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

IMG-20170207-WA0016

image_pdfimage_print

Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi ailələrlə görüşlər keçirdi

Fevralın 1-də Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən həssas təbəqədən olan köçkün və Xüsusi Qayğıya Ehtiyacı Olan  uşaqların olduğu ailələri müəyyənləşdirmək, onların problemlərinin araşdırmaq və həmin uşaqların sosial iştirakının  artırılması üçün görüş keçirildi. Görüşdə iştirak edən ailə üzvləri qarşılaşdıqları problemlərindən danışdılar və onlara vəziyyətə uyğun olaraq müvafiq tövsiyələr verildi.

IMG_2199 Фото0605

image_pdfimage_print

20 Yanvar-Ümumxalq hüzn günü münasibətilə Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən tədbirlər keçirildi

20 yanvar- Ümumxalq hüzn günü münasibəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Zaqatala, Zərdab, Goranboy, Göygöl, Ağdam, Qəbələ, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən bir sıra tədbirlər həyata keçirimişdir. Məktəblilərin, ictimai fəal gənclərin iştirak etdiyi tədbirlərdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmiş,  20 Yanvar tarixinin xalqımızın qəhrəmanlıq səhifəsi olduğu vurğulanmışdır. Tədbirdə çıxış edənlər iştirakçılara 20 Yanvar tarixinin əsl həqiqətləri barədə məruzələr etmişdirlər. Xüsusilə uşaqlarda vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə uşaqların Şəhidlər Xiyabanına ziyarəti təşkil olunmuş, “20 Yanvar” tarixi ilə bağlı inşa müsabiqəsi keçirilmişdir.

DSC08667 20 yanvara hesr olunmush gushe anim merasimi IMG_0569 IMG_1210 IMG_1280 IMG_3893 IMG_3896 ??????????????????????????????? IMG_3926 IMG_3945 IMG-20170117-WA0007 IMG-20170117-WA0017 IMG-20170117-WA0046

image_pdfimage_print

11 Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən “Biz zorakılığa YOX deyirik” həftəsinə start verilmişdir

“25 noyabr-Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi “Biz zorakılığa YOX deyirik” həftəsinə start vermişdir. Həftə çərçivəsində Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təşkilatçılığı ilə rayon və kəndlərdə keçirilən tədbirlərdə icma üzvləri qadınlar və gənc qızlar iştirak etmişdir. Tədbirlərdə qadınlara bütün dünyada olduğu kimi ölkəmizdə də rast gəlinən gender əsaslı zorakılıq- erkən nikah, qızların təhsildən yayınması, qadın əməyinin istismarı, qadınlara qarşı fiziki, cinsi, psixoloji, iqtisadi və s. kimi problemlər barədə məlumat verilmiş, problemin həlli yolları müzakirə edilmişdir. İştirakçılara həmçinin, Azərbaycan Respublikasının “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun və Azərbaycan müstəqillik qazandıqdan sonra qadına verilən dəyər barədə məlumat verilmişdir.

Sonda tədbir iştirakçılarına mövzu ilə bağlı məlumatlandırma vərəqələri paylanmışdır.

20161010_160358 DSC00497 DSC02246 DSC08542 IMG_0272 Meishet zorak yigincaq-Zengishali Peşə 2

image_pdfimage_print