Qəbul günləri bütün vətəndaşlar üçündür. Qəbula yazılmaq üçün ilk növbədə (012) 498-00-92 telefon nömrəsi vasitəsilə əlaqə saxlayaraq qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat zamanı qəbula yazılan ərizəçiyə şəxsiyyət vəsiqəsi və müraciət olunan məsələ ilə bağlı lazımi sənədlərlə hansı tarixdə gələ biləcəyi haqqında məlumat verilir. Telefonu olmayan vətəndaşlar şəxsən və ya teleqram vasitəsilə qəbula yazıla bilərlər.

Müraciətlərin təqdim edilməsi şərtləri

Müraciət Komitəyə həftənin bütün günləri saat 9:00-13:00 və 14:00-18:00 kimi poçt və ya şəxsən müraciət edənin özü tərəfindən təqdim edilə bilər. Şikayətçi tərəfindən müraciətin imzalanması mütləqdir.

Müraciətlərə baxılma qaydası:

Müraciətlər qəbul edildiyi gün qeydiyyata alınır, işlənilir və rəhbərliyin göstərişi ilə müvafiq orqanlara göndərilir. Ərizələrin icra müddəti 10-15 gün təşkil edir.

Qəbul cədvəli 

Qəbula yazılan ərizəçi kiminlə görüşmək seçimini özü edir.

2012-03-14_1143

image_pdfimage_print