menu images menu images menu images menu images

SƏSVERMƏ

  • Sizcə məişət zorakılığının kökündə nə durur?

    Nəticələr

    Loading ... Loading ...

Komitə sədri Hicran Hüseynova Səudiyyə Ərəbistanı Krallığında keçirilən konfransda çıxış edib

8-9 fevral 2017-ci il tarixində Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin birinci Nazirlər Konfransı işinə başlayıb. Konfrans “İslam Əməkdaşlıq Təşkilatı dövlətlərində evlilik, ailə institutu və bu dəyərlərin qorunması” mövzusuna həsr olunub.

Səudiyyə Ərəbistanı Əmək və Sosial İnkişaf Nazirliyinin insan hüquqları komitəsinin İƏT ilə birlikdə təşkil etdiyi konfransa quruma üzv 56 ölkədən nümayəndə heyəti iştirak edib. Tədbirin açılışında konfransın keçirilməsi ilə bağlı yaradılan Büronun sədri Səudiyyə Ərəbistanı Krallığı, sədr müavini isə Azərbaycan Respublikası seçilib.

Konfranda İslamda ailə dəyərlərinə münasibət, qadın hüquqlarının müdafiəsi, Ərəb, Asiya və Afrika ölkələrində ailə institutunun üzləşdiyi problemlər ətrafında müzakirələr aparılıb.

Konfranda Azərbaycan Respublikasını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova təmsil edib. Komitə sədri çıxış edərək, ailə dəyərlərinin qorunması, gələcək nəsillərə ötürülməsi, ölkəmizdə ailəyə verilən qiymət və bu sahədə aparılan dövlət siyasəti haqqında məlumatları diqqətə çatdırıb.

Hicran Hüseynova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci ili ölkədə “İslam Həmrəyliyi ili” elan etdiyini qeyd edib və əlavə edib ki, paytaxt Bakının İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyi Azərbaycanın İslam dünyasının həmrəyliyinə verilən əhəmiyyətin bariz nümunəsidir.

Komitə sədri bildirib ki, hər bir xalqın öz ailə modeli vardır. Ailə üzvləri arasında səmimi əlaqələr, yaşlı nəslin nümayəndələrinə hörmət və valideyn-uşaq münasibətlərinin düzgün formalaşması Azərbaycan ailəsinin əsas dəyərlərindəndir. O, dövlət siyasətinin əsas istiqamətlərindən birinin ailə olduğunu qeyd edərək əlavə edib ki, bu gün ölkəmizdə gənc ailələrin, qaçqın və məcburi köçkün ailələrin sosial vəziyyətlərinin yaxşılaşdırılması prioritetlər siyahısındadır. Əsrlər boyu Azərbaycan ailə modelinin dəyərləri qorunub saxlanılır. Ailə institutuna ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət və qayğı ilə yanaşıldığını qeyd edən Hicran Hüseynova bu istiqamətdə həyata keçirilən tədbirləri və imzalanan mühüm sənədləri, Qanunları, eyni zamanda “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası haqqında məlumatları diqqətə çatdırıb.

İslam dəyərlərinin və mədəniyyətlərarası dialoqun təşviqində Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolunu vurğulayan Komitə sədri bildirib ki, Fond təhsil, səhiyyə, ailə və sosial məsələlər kimi sahələrdə kampaniyaların və layihələrin artırılması üçün böyük miqyaslı maarifləndirmə tədbirləri həyata keçirir.

Hicran Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən görülən işlər haqqında da danışaraq, hər il keçirilən Ailə Bayramları, Azərbaycan ailəsi film festivalı və digər layihələri qeyd edərək, ailə dəyərlərinin gənc nəslə aşılanması, ailə institutunun mühafizəsi istiqamətində reallaşan tədbirləri qeyd edib.

O təkliflərini irəli sürərək bildirib ki, kütləvi informasiya vasitələrində ailə dəyərləri, sağlam həyat tərzi daim təbliğ olunmalıdır. Qaçqın və məcburi köçkün ailələrin sosial problemlərinin həlli, onların cəmiyyətə inteqrasiyası, zorakılıq hallarının qarşısının alınması istiqamətində birgə proqramlar hazırlanmalıdır. Komitə sədri çıxışının yekununda iştirakçılara müraciət edərək bildirib: “Hər bir ailənin xoşbəxtliyi, hər uşağın xoşbəxtliyidir” loqosu altında bütün səylərimizi birləşdirməliyik.

Konfransda ailə problemləri üzrə nazirlər, komitə sədrləri, hökumət üzvləri, beynəlxalq və regional təşkilatların nümayəndələri İƏT-ə üzv ölkələrdə nikah və ailə institutunun gücləndirilməsi, dəyərlərin qorunması sahəsində göstərilən cəhdlər, davamlı inkişafın hədəflərinin həyata keçirilməsində ailənin rolu, qadına qarşı zorakılıq halları ilə mübarizə və digər məsələləri müzakirə ediblər.

Konfrans çərçivəsində Komitə sədri Hicran Hüseynova İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yousef bin Ahmed Al-Othaimeen və Səudiyyə Ərəbistanı Krallığının Əmək və Sosial İnkişaf naziri Ali bin Nasser al Ghafis ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycanla əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib və təcrübə mübadiləsi aparılıb. Eyni zamanda Mərakeş Krallığı, Türkiyə Respublikası, Əfqanıstan İslam Respublikası dövlətlərinin də ailə, qadın və uşaq məsələləri üzrə müvafiq nazirləri ilə görüşlər baş tutub.

16651019_10211146856001026_1190044814_o 16651069_10211146856281033_1188508465_o

16586733_10211146482711694_1381856793_o 16593815_10211146431790421_618763596_o 16650991_10211146437790571_1034496464_o

image_pdfimage_print

Dövlət Komitəsinin sədri İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri ilə görüş keçirdi

15 noyabr  2016-ci il tarixində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Cavad Cahangirzadəni qəbul edib.

Dövlət Komitəsinin sədri Hicran Hüseynova əvvəlcə, Türkiyədə keçirilən “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusundakı konfrans çərçivəsində İran Prezidentinin Ailə və Qadın məsələləri üzrə müavini Şahindoxt Molaverdi ilə görüşünü qeyd edərək, müzakirə olunan məsələlərin əhəmiyyətini vurğulayıb.

Daha sonra xanım Hicran Hüseynova dövlətin yaratdığı imkanlar sayəsində Azərbaycan qadınlarının fəaliyyətini, onların müxtəlif sahələrdə təmsil olunmasını diqqətə çatdırıb. Sahibkar qadınların saylarının ildən-ilə artmasını qeyd edən Dövlət Komitəsinin sədri İranda da qadın sahibkarların güclü potensialları olduğunu bildirib. Hicran Hüseynova beynəlxalq aləmdə müsəlman qadınlarına münasibətin birmənalı olmadığını, ancaq bunun əksinə onların hər bir sahədə inkişaf etdiyini, dövlət qurumlarında, özəl idarələrdə, iqtisadiyyatın hər bir sahəsində təmsil olunduğunu bildirib.

Komitə sədri Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanım Mehriban Əliyevanın fəaliyyətini xüsusilə qeyd edərək, onun qadınlarımız üçün bir nümunə olduğunu diqqətə çatdırıb.

Çıxış edən İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab    Cavad Cahangirzadə Azərbaycanla ilə bütün sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu bildirib. O, qadınların irəli çəkilməsi ilə bağlı İran təcrübəsini bölüşüb. Səfir İran İslam Respublikasında qadınların cəmiyyətdə kifayət qədər fəal olduqlarını, onlar üçün hər cür imkanların yaradıldığını qeyd edib. O, Azərbaycanla ikitərəfli əlaqələrin genişləndirilməsinin və təcrübə mübadiləsi aparılmasının  mühüm  əhəmiyyət kəsb etdiyini bildirib.

Görüş çərçivəsində gələcək planlar və növbəti ildə birgə konfransın keçirilməsi müzakirə olunub.

IMG_5767 IMG_5771 IMG_5776 IMG_5780

image_pdfimage_print

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində BMT QAK-ın Azərbaycandakı Nümayəndəsi ilə görüş keçirildi

11 noyabr 2016-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın BMT Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəsi Furio De Angelis ilə görüşü keçirilib.

Dövlət Komitəsinin sədri Hicran Hüseynova qonaqları salamlayaraq, əməkdaşlığın gücləndirilməsini qeyd edib. Daha sonra ölkəmizdə qaçqın və məcburi köçkünlər üçün dövlət tərəfindən hər cür şəraitin yaradılmasını və onların sosial problemlərinin həlli istiqamətində görülən işləri diqqətə çatdırıb. Hicran Hüseynova bildirib ki, qaçqın və məcburi köçkün ailələr üçün psixoloji yardım xidmətlərinin yaradılması, onların cəmiyyətə fəal reinteqrasiyası üçün mühüm tədbirlər edilib.

Komitə sədri onu da qeyd edib ki, qaçqın və məcburi köçkün qadınların sahibkarlığa cəlb edilməsi, uşaqların xarici dil və komputer kurslarına cəlb edilməsi üçün genişmiqyaslı layihələr həyata keçirilir. Və bu cür layihələrin daha da artırılmasına, qadınlara dəstək edilməsinə ehtiyac vardır.

Hicran Hüseynova Azərbaycanın bütün bölgələrində qadın resurs mərkəzlərinin, Komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin  fəaliyyətini və gördükləri işləri diqqətə çatdırıb.

BMT Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəsi Furio De Angelis səmimi qəbul üçün minnətdarlığını bildirib. O, Azərbaycan təcrübəsini, bu sahədə həyata keçirilən layihələri nümunə kimi qiymətləndirib və növbəti il də Azərbaycanla birgə yeni layihələrin keçirilməsində maraqlı olduqlarını əlavə edib.

Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri və qarşıdakı layihələr müzakirə edilib.

IMG_5702 IMG_5706 IMG_5707

image_pdfimage_print

Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ilə görüşü keçirildi

7 noyabr 2016-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində sədr Hicran Hüseynova Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri Erkan Özoralı qəbul edib.

Görüşdə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 1-3 noyabr tarixlərində İstanbulda keçirilən “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusundakı Nazirlərin VI Konfransının əhəmiyyətini xüsusilə qeyd edib. O, Türkiyə ilə ölkəmiz arasında imzalanan memorandum əsasında görülən işlər haqqında ətraflı məlumat verib.

Görüş zamanı Hicran Hüseynova Azərbaycan qadınlarının cəmiyyətdə tutduğu yüksək mövqe, müxtəlif sahələrdə qazandıqları uğurları barədə bəhs edib. Komitə sədri öz çıxışında vurğulayıb ki, son illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların da sayı artmaqdadır. Həyata keçirilən dövlət proqramlarında gender məsələləri mühüm yer tutur.

Komitə sədri vurğulayıb ki, türk dünyasında qadınlar müasirdir və əsas məsələlərdən biri də cəmiyyətdə formalaşdırılan bəzi stereotiplər dağıdılmalıdır. Hicran Hüseynova qadınlara qarşı zorakılıq, eləcə də, uşaq evlərini tərk edən qızların gələcək həyatı ilə bağlı məsələlərinə də toxunaraq, bu istiqamətlərdə işlərin genişləndirilməsinin əhəmiyyətini bildirib. O, həmçinin Dövlət Komitəsinin və nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşlarının ixstisaslarının artırılması istiqamətində TİKA ilə bu sahədə tədbirlərin davam etdirilməsini qeyd edib.

H.Hüseynova qadın hüquqlarının müdafiəsi sahəsində Türkiyə təcrübəsinin əhəmiyyətini vurğulayaraq, Azərbaycan ilə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini bildirib. O, Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayanı səfir vasitəsilə 2017-ci ildə ölkəmizə səfərə dəvət edib.

Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri Erkan Özoral səmimi qəbul üçün minnətdarlıqlarını bildirərək qeyd edib ki, “cəmiyyətin təməli qadınlardır”. O, Azərbaycanda qadın və uşaq problemlərinin həllinə yönəlmiş tədbirləri yüksək qiymətləndirib və ölkənin sosial-siyasi həyatında qadınların rolunun artırılması meyillərinin əhəmiyyətini xüsusilə vurğulayıb.

Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri və qarşıdakı layihələr müzakirə edilib.

14954340_10210234581874743_640775488_o 14971711_10210234580714714_1194679971_o

image_pdfimage_print