1369112451_index

Uşaq  hüquqlarının  həyata  keçirilməsinə  dövlət nəzarəti mexanizmi

Uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər

Valideyn məsuliyyətinin artırılması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər  haqqında

Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2006-cı il tarixli Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Komitədə fəaliyyət göstərən şöbələrdən biri Uşaq Problemləri şöbəsidir.

Şöbənin əsas fəaliyyəti:

  • Uşaq məsələlərini özündə əks etdirən Dövlət Proqramlarının layihələrinə rəy və təkliflərin verilməsi, həmçinin Dövlət Proqramlarının icra edilməsi
  • Dövlət uşaq müəssisələrində uşaqların vəziyyətinə dair monitorinqlər in keçirilməsi
  • Uşaq məsələləri ilə bağlı şöbəyə daxil olan vətəndaş müraciətlərinin araşdırılması, məsləhətlərin verilməsi, müvafiq köməklik göstərilməsi
  • Uşaq hüquqlarının təmin olunma səviyyəsinin öyrənilməsi məqsədilə mütəmadi olaraq tədqiqatların aparılması
  • Uşaq hüquqlarının müdafiəsi sahəsində mütəxəsislərə və uşaqlara mütəmadi olaraq təlim və tədbirlərin keçirilməsi
  • Azərbaycan Uşaqlarının Forumlarının keçirilməsi
  • Uşaq problemlərinin ayrı-ayrı sahələri üzrə ictimai maarifləndirmə kampaniyalarının təşkil edilməsi, sosial çarxlar, buklet və digər təbliğat vasitələrinin hazırlanması
  • Xüsusi kateqoriyadan olan (valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, qaçqın və məcburi köçkün ailələrdən olan) uşaqların problemlərinin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi
  • Hər il Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “İstedadlı uşaqlar festivalı”nın keçirilməsi

Hədəflər:

  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”na əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən elektron məlumat bankı yaradılacaq
  • “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının müvafiq bəndinə uyğun olaraq Milli Uşaq Strategiyası və Uşaq Məcəlləsi hazırlanacaq

Uşaq siyasəti ilə bağlı Dövlət Proqramları:

  • “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı;
  •  “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramının (2006-2015-ci illər) təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli 1386 nömrəli Sərəncamı;
  •  “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli Sərəncamı
  •  “Şəkərli diabet üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2005-ci il 7 iyun tarixli 101 nömrəli Qərarı;
  • “Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2006-cı il 15 sentyabr tarixli 211 nömrəli Qərarı;
  • “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2011-ci il, 1836 saylı Sərəncamı
  • 07 iyul 2011-ci tarixli, 1621 saylı “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı;
  • 04 may 2011-ci il tarixli, 1490 saylı “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı;
  • 13 dekabr 2010-cu il tarixli, 233 saylı “2011-2015-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı;
  • 26 noyabr 2010-cu il tarixli, 226 saylı “2011-2015-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı;
  • 26 noyabr 2010-cu tarixli, 225 saylı “2011-2015-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı;
  • 26 noyabr 2010-cu tarixli, 223 saylı “2011-2015-ci illər üçün talassemiyanın müalicə və profilaktikası üzrə Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı;
  • 26 noyabr 2010-cu tarixli, 224 saylı “2011-2015-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı;
  • 16 iyul 2010-cu tarixli, 137 saylı “Məktəbəqədər təhsilin dövlət standartı və proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı;
  • 14 aprel 2009-cu tarixli, 80 saylı “Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə Sosial-İqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Fərmanı;
  • 25 fevral 2010-cu il tarixli 44s “Narkomanlığın profilaktikası və müalicəsi üçün Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Sərəncamı;
  • “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırılmaq sahəsində Milli Fəaliyyət Proqramı” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı;
image_pdfimage_print