menu images menu images menu images menu images

SƏSVERMƏ

  • Sizcə məişət zorakılığının kökündə nə durur?

    Nəticələr

    Loading ... Loading ...

”ASAN məktub” layihəsini uğurla davam edir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “ASAN Könüllüləri” ilə birlikdə ”ASAN məktub” layihəsini uğurla davam etdirir. Layihənin keçirilməsində məqsəd həssas təbəqədən olan, 14 yaşınadək uşaqların arzu və istəklərinin reallaşdırılmasıdır.

Bu dəfə Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin köməkliyi ilə Hacıqabul rayonunda yaşayan, aztəminatlı ailələrdən olan 24 uşağın məktubda yazdığı hədiyyələr “Təmiz şəhər” ASC-nin maliyyə dəstəyi ilə alınaraq, aidiyyatı üzrə öz sahiblərinə təqdim edilmişdir.

 

17200928_1300305386673815_633190952335010060_n 17203187_1300305303340490_8737915065032235346_n 17352260_1300305540007133_4781174369541248479_n 17353335_1300305410007146_5002579692122626252_n

image_pdfimage_print

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Mərkəzlərdə tədbirlər təşkil edildi

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Saatlı, Sabirabad, Qəbələ, Şüvəlan, Hacıqabul və Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri bayram tədbiri təşkil edib və qadınları təbrik ediblər. Sağlamlıq imkanları məhdud, tənha qadınların evlərinə səfər edilərək onlara hədiyyələr təqdim edilib. Tədbirdə Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkil etdiyi “Əsgər anası” adlı bədii qiraət tədbirində şəhid analarına həsr edilmiş şeir və yazılar oxunub.

20170306_112809 20170307_101108 20170307_110645 20170307_111221 DSC06196 DSC08873 IMG_20170306_110809 IMG-20170306-WA0007 IMG-20170306-WA0008 IMG-20170307-WA0018

image_pdfimage_print

Hacıqabul rayonu üzrə gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qurupunun iştirakı ilə tədbir keçiriləcək

Azərbaycan Respublikası Prezidentinin  2011-ci il 28 iyun tarixli, 1578 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə Tədbirlər Planının (2011-2015-ci illər) 3.5.2.1.-ci bəndində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizminin yaradılması həvalə edilmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli, 667 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 13.5.7.-ci bəndində övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrdə monitorinqinin aparılması və bu məqsədlə yerlərdə monitorinq qruplarının yaradılması nəzərdə tutulmuşdur.

Bu məqsədlə bütün rayonlarda yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılmışdır.

Qruplarda “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli, 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 noyabr, 537 nömrəli Fərmanında göstərilən səlahiyyətli dövlət orqanlarının təmsil olunurlar.

Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizmi olaraq yerli monitorinq qrupları yerlərdə vəziyyətin qiymətləndirilməsi, həyata keçirilən tədbirlərin  effektivliyinin yoxlanılması, riskli ailələrin müəyyən edilməsi və lazımi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin araşdırılması və təhlil edilməsi, xüsusilə də baş vermiş ağır zorakılıq hallarının müzakirəsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi kimi funksiyalara malikdirlər.

10 mart 2017-ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hacıqabul rayon üzrə monitorinq qrupunun üzvləri ilə görüşü keçiriləcəkdir.

image_pdfimage_print

“Ünsiyyət terapiyasının əsasları” adlı təlim təşkil edilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Respublikanın Saatlı, Sabirabad, Hacıqabul, Şüvəlan, Zaqatala, Zərdab, Qəbələ, İsmayıllı, Ağdam, Göygöl və Goranboy rayonlarında fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin uşaq inkişafı üzrə mütəxəssislərinin fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə 06-10 fevral 2017-ci il tarixlərində “Ünsiyyət terapiyasının əsasları” adlı təlim təşkil edilib.

Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində təşkil edilmiş təlimin mövzusu ünsiyyət terapiyasının əsasları və  metodologiyası, ünsiyyət terapiyasının praktikada tətbiqi olub. Təlim zamanı iştirakçılar nəzəri biliklərlə yanaşı, praktik işlə də tanış olublar. Təlimdə 11 Uşaq və Ailələrə Dəstək Mərkəzindən ümumilikdə 15 nəfər mütəxəssis iştirak edib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

IMG-20170207-WA0016

image_pdfimage_print