menu images menu images menu images menu images

SƏSVERMƏ

  • Sizcə məişət zorakılığının kökündə nə durur?

    Nəticələr

    Loading ... Loading ...

Narkomaniyaya qarşı mübarizə

Martın 14-də Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə rayonun Mustafabəyli kəndində “Narkomaniyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Rayon polis şöbəsinin əməkdaşlarının, ağsaqqal şurasının sədrinin və kənd icra nümayəndəsinin iştirak etdiyi tədbirdə çıxış edənlər narkotik və digər zərərli vərdişlərin insan səhhətinə vurduğu zərərlər barədə danışdılar və məktəbliləri sağlam həyat tərzi keçirməyə səslədilər.

 

DSC00675 DSC00677

image_pdfimage_print

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Mərkəzlərdə tədbirlər təşkil edildi

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Saatlı, Sabirabad, Qəbələ, Şüvəlan, Hacıqabul və Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri bayram tədbiri təşkil edib və qadınları təbrik ediblər. Sağlamlıq imkanları məhdud, tənha qadınların evlərinə səfər edilərək onlara hədiyyələr təqdim edilib. Tədbirdə Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkil etdiyi “Əsgər anası” adlı bədii qiraət tədbirində şəhid analarına həsr edilmiş şeir və yazılar oxunub.

20170306_112809 20170307_101108 20170307_110645 20170307_111221 DSC06196 DSC08873 IMG_20170306_110809 IMG-20170306-WA0007 IMG-20170306-WA0008 IMG-20170307-WA0018

image_pdfimage_print

“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda tədbir

Fevralın 10-da Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi, fevralın 14-də Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda tədbir keçirilmişdir.

Saatlı rayon 2 saylı orta məktəbdə və Sabirabad rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirlərdə gənc qızlar iştirak etmişdir. Tədbirlərdə iştirakçılara mövzu haqqında məlumat verilmiş, ailə planlaşmasında qadın və kişinin üzərinə düşən vəzifələr barədə danışılmışdır. Ailədə tərəflərin bir-birilərinin fikrinə hörmətlə yanaşmalı olması vurğulanmış, gənc qızlara erkən nikahın qurbanı olmamaları məsləhət görülmüşdür.

Tədbirin sonunda mövzu ətrafında qızlarla maraqlı müzakirələr aparılmışdır.

20170210_104114 20170210_104133 20170210_104250 20170210_104832 20170210_105125 DSC02599 DSC02603 DSC02620

image_pdfimage_print

“Ünsiyyət terapiyasının əsasları” adlı təlim təşkil edilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Respublikanın Saatlı, Sabirabad, Hacıqabul, Şüvəlan, Zaqatala, Zərdab, Qəbələ, İsmayıllı, Ağdam, Göygöl və Goranboy rayonlarında fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin uşaq inkişafı üzrə mütəxəssislərinin fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə 06-10 fevral 2017-ci il tarixlərində “Ünsiyyət terapiyasının əsasları” adlı təlim təşkil edilib.

Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində təşkil edilmiş təlimin mövzusu ünsiyyət terapiyasının əsasları və  metodologiyası, ünsiyyət terapiyasının praktikada tətbiqi olub. Təlim zamanı iştirakçılar nəzəri biliklərlə yanaşı, praktik işlə də tanış olublar. Təlimdə 11 Uşaq və Ailələrə Dəstək Mərkəzindən ümumilikdə 15 nəfər mütəxəssis iştirak edib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

IMG-20170207-WA0016

image_pdfimage_print